127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2015 № 108 Noyabr

№ 108 Noyabr

Nurlan MƏMMƏDZADƏ - ACI BİR XATİRƏ

2015... Bir yaz günü, Ramazan mövsümü...

Yer: Türkiyə / Rizə şəhəri...

Universitetə imtahan verib magistr təhsili üçün haqq qazanmışdılar. Sənədlərini vermək üçün qeydiyyat gününü gözləyirdi yol yoldaşı ilə. Əvvəlki günlərdə olduğu kimi axşam azanına doğru bələdiyyənin iftar çadırına gəlmişdilər.

Ardını oxu...

 

Ali ÇINAR - CƏMİYYƏTİMİZDƏKİ ƏLSİZ-AYAQSIZLAR

 

Allah-Təalainsanı kainatın ən şərəfli məxluqu etmiş, yaratdığı hər şeyi də ona əmanət etmişdir. Ona lütf edilən böyük bir səlahiyyətlə yaşayan insanın Xaliqi qarşısında ciddi bir qulluq şüuru və ehsan duyğusu içində olması zəruridir.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLLİ - Yetimləri himayə etmək

  Bu dünyaya göz açan insanın həyatı acı və şirin bir çox xatirələrlə doludur. Bir qisim insanlar ana və atalarının isti nəfəsləri, şəfqət və  mərhəmətlərinin himayəsində böyüyürlər. Bir qisim insanlar da, Allahın təqdiriylə hələ doğulmadan vəya kiçik yaşlarında ana və atalarını itirərək onların sevgi və şəfqətindən məhrum qalaraq sıxıntılı bir ömür keçirirlər. Dinimiz ana və atasından birini vəya ikisini itirən bu kimsələrə “yetim” adını vermişdir.

Ardını oxu...

 
 

Əziz SULTAN - Heç Kim Sahibsiz Deyil

“Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

Sənəçaşqın (nə edəcəyini bilməz) vəziyyətində yol göstərmədimi?!

Səni yoxsul ikən dövlətli etmədimi?!

Ardını oxu...

 
 

AqiL ƏLİYEV - İSLAMDA YETİMLƏRİN HİMAYƏSİ.

Bu dünya həyatında insanın məruz qala biləcəyi ən böyük imtahan və sıxıntı, daha kiçik ikən kimsəsiz və himayəsiz qalmasıdır. Digər sıxıntı, müsibət və imtahanlara bir vasitə ilə dözmək və öhdəsindən gələrək dəf etmək mümkündür, ancaq yetimlik və kimsəsizlik, bir ömür boyu insanla bərabər var olan, hər an insanın qarşı-qarşıya qaldığı acı və çox çətin bir sınaqıdır.

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV - OĞURLANAN XƏYALLAR

Müharibə bir travmadır. Bu səbəblə hər yaşdan insanda zədə sonrası stress pozuqluğu əlamətləri görülür. İnsan övladının illərdir, əsrlərdir, minillərdir ən çox əzab çəkdiyi,sönməyən bir ocaq kimidir müharibə. Yaşlısı,cavanı, qadını, uşağı bu yolda həlak olur. Çox uzağa getməyəcəm, yaşadığımız XXI əsrin dəhşətlərindən danışmaq istəyirəm. Daha doğrusu, bu dəhşətin günahsız körpələrini göz önünə gətirmək istəyirəm.

Ardını oxu...

 
 

Rüfət ŞİRİNOV - Peyğəmbər və Himayə Ədəbi

Bu bir həqiqətdir ki, güclülərin zəif və kimsəsizləri əzdiyi kapitalist dünyada yaşayırıq. Rəhmət və mərhəmət duyğularının yerini daha çox zəngin olma və güclü olma duyğuları əvəz etmişdir. Haqsızlıqlar haqlılıq kimi görünməyə başladı. Əlbəttə bu haqsızlığa ən çox məruz qalanların başında, arxa-dayağı olmayan yetim və kimsəsizlər gəlir. Heç şübhəsiz ki, İslam dini hər zaman məzlumun və kimsəsizlərin yanında olmuşdur. Bunu Hz. Peyğəmbərin (s.ə.s) həyatında və tətbiqatlarında aydın şəkildə görə bilirik. Yeri gəlmişkən onu da ifadə edək ki, Hz. Peyğəmbər özü də  hələ anasından doğulmadan yetim qalmış və heç bir zaman yetim olduğuna görə kədərlənməmişdir.

Ardını oxu...

 
 

Ahmed SADIK - YAZDIQLARI İLƏ KÖNÜLLƏRDƏ TAXT QURAN ŞAİR

Mərhum Məmməd Aslanın əziz xatirəsinə

Tarixin gedişatında Türk-İslam coğrafiyası XX əsrin əvvəllərində acı və kədərli günlər yaşadı. Həm Anadoluda, həm də Osmanlı coğrafiyasından qopan torpaqlarda dərin hüzn və həsrət yaşandı. Anadolu o qədim coğrafiyaya həsrətlə baxarkən, əksəriyyətində SSRİ-nin hökm sürdüyü torpaqlarda da Türkiyə üçün qəlbi hicranla dolu, can verməyə hazır minlərlə ürək vardı.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - BİR AN

Əslində aldıqlarımızı xərclədiyimiz pullarla almırıq,xərclədiyimiz pulları qazanmaq üçün sərf etdiyimiz anlarımız və həyatımızla alırıq. Bir ömür veririk bir ömür qazanmaq üçün. Hər şeyi bir şey qurban verməklə əldə edirik. Biz də özümüzü qurban verərək özümüzün olmayan şeylərə sahib olmağa çalışırıq. Pulun qarşılığında yaratmağa çalışdığımız yalançı xoşbəxtlik daha sonra bizi xoşbəxt edə bilmir.

Ardını oxu...

 
 

Dr. Abbas QURBANOV - Dünyanın Mərkəzinə Səyahət

Doğrusunu söyləsəm, neçə gündür bu məqaləni hazırlamaq üçün, atalar demişkən:“Min ölçüb bir biçməyə çalışıram”.Bilirəm, inşallah, başlaya bilsəm davamı gələcək. Amma yenə də hər şeyin başlanğıcı kimi bunda da bəzi sıxıntılar oldu. Bu xatirə yazıma Dünyanın Mərkəzinə Səyahət adını qoydum. Bunun doğru olduğunu sanıram. Sadəcə orada olanlar bunu doğrulaya bilər, ora həqiqətən də dünyanın mərkəzidir.

Ardını oxu...

 
 

Saleh Şirinov - İslam ilə Düzgün Münasibət

İslamla münasibətdən söhbət gedərkən “istifadə etmək, yoxsa yaşamaq” deyə bir sual da qarşıya çıxır və “islamı yaşamağın” qarşısında “istifadə etmək” kimi bir məsələdən danışacaq hala gəlmək, böyük bir təhlükədən söhbət gedir deməkdir.

Ardını oxu...

 
 

Ələddin SULTANOV - Bir ayə

وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ لاَ نُكَلِّفُ نَفْسًا إِلاَّ وُسْعَهَا وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى وَبِعَهْدِ اللّهِ أَوْفُواْ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Həddi-büluğa çatana qədər yetimin malına gözəl şəkildə (yetimin o maldan faydalanması üçün, xeyirxah məqsədlə)olması xaricindəyaxınlaşmayın! Ölçüdə və çəkidə ədalətə riayət edin!Biz hər kəsə, yalnız gücü yetdiyi qədər (məsuliyyət)yükləyirik. Söz söylədiyiniz zaman, (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın!Allaha olan əhdinizi yerinə yetirin! (Allah) bunları sizə əmr etmişdir ki, bəlkə düşünüb öyüd alasınız!(əl-Ən`am surəsi, 152.)

Ardını oxu...

 
 

Səfa MURADOV - Bir Hədis

عَنْ سَهْلٍ، قَالَ: رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {وَأَنَا وَكَافِلُ اليَتِيمِ فِي الجَنَّةِ هَكَذَا} وَأَشَارَ بِالسَّبَّابَةِ وَالوُسْطَى، وَفَرَّجَ بَيْنَهُمَا شَيْئًا

            Səhl (r.a)-dan rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s): “Mən və yetim(ləri) himayə edən kimsə cənnətdə bu şəkildə yanaşı olacağıq”, – deyə buyurdu və şəhadət barmağıyla orta barmağını bir az aralayaraq işarə ilə göstərdi. (Buxari, Talaq, 24; Müslim, Zöhd, 2)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi -q.s- (4)

Xalid Bağdadi həzrətləri buyurur:

“Kim məni süvirsə, Sünneyi-Səniyyəyə tabe olmam və hüsnü-xatiməyə (son nəfəsimi yaxşı vermək üçün) nailiyyətim üçün dua etsin. Mən də eyni şəkildə ona dua edirəm”.[1]

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - Mərifətullah əhlindən müşahidə dərsləri

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur.

Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!(Fussilət-53)

Ardını oxu...

 
 

Fuad QULİYEV - Yetimlərin sadəcə qarınları doyurulmamalı, qəlbləri də oxşanmalı !!

İnsanların haqq və hüquqları məsələsi üzərində dinimiz o qədər etina ilə durmuşdur ki, bir haqqın o haqqı əlində tutan sahibinə aid olduğunu, haqsız yerə bu haqqın onun əlindən alına bilməyəcəyini, haqsızlıq olduğu təqdirdə günahkarların həm bu dünyada, həm də axirətdə cəzaya məruz qalacağını qətiyyətlə bildirmişdir. Şübhəsiz, hər kəsin haqqı müqəddəsdir, ancaq məsələ ata-anası olmayan, yetimlərin haqqına gələndə İslam hüququ onların haqlarının müdafiəsi üçün daha kəskin cizgilər qoyur. Peyğəmbərimiz (s.ə.s) ümmətinə yetimlərlə, onların həm maddi, həm də mənəvi qayğıları ilə nə cür məşğul olunmasını təfərrüatı ilə təlqin etmişdir. Qeyd edək ki, Allahın Elçisi (s.ə.s) özü də yetim olaraq dünyaya göz açmış və bu duyğuları iliklərinə qədər hiss edərək yaşamış, bir çox əziyyət və çətinliklər içərisində  böyümüşdür.

Ardını oxu...

 
 

Yar.Dos.Dr Əhməd NİYAZOV - Nəqşibənd, Xalidiyyə İsmailiyyə Mahmudiyyə qızıl silsiləsi (1322/1905)

Nəqşibəndilik, Azərbaycan tarixində iki dövrü XV və XX əsrləri əhatə edir. Xalidi Bağdadinin təriqət prinsiplərinin İsmail Siracəddin Şirvani Kürdəmiri vasitəsilə Qafqazda yayıldığı XIX əsr nəqşibəndilik axımı, ölkənin tarixi baxımından əhəmiyyəti olan sufizm hərəkatıdır. Bir tərəfdən Qafqazda ənənəvi İslamın kökləşməsinə xidmət etməsi, digər tərəfdən Çar Rusiyasının parçalama siyasətinə qarşı vəhdət konsepsiyasını dirçəltməsi səbəbilə bu təsəvvüf axımı çar çinovnikləri üçün ciddi narahatçılıq səbəbi idi. Mürşid və müridlərin bəziləri həbs edildi, bəziləri isə sürgünə göndərildi. Təqiblərə məruz qaldılar. Mülkləri müsadirə edildi. Ancaq  ruhdan düşməyən hərəkat bəzi məqamlarda rus çinovniklərini onlarla “barışmağa” məcbur etdi. Onlardan biri də təriqət ədəbiyyatının (senzuralı) nəşri idi.

Ardını oxu...

 
 

Adəm ŞAHİN - KİM KOMADADIR?

Televizor izləyərkən özünü qapdırmış uşaqlar özlərinə səslənildiyini çətin eşidərlər. Uşaqların səsə verdikləri qarşılıq xəstə bir insanın gücsüzlüyü və yorğunluğu kimi solğundur. Böyüklərin də özlərini qapdırdıqları kabelli və ya Wi-Fi torlardan qurtulmaları çox çətindir. Tordan qurtulmaq rahatdır ki? İnternet əlaqələri üçün “tor” ifadəsinin işlədilməsi çox isabətlidir.

Ardını oxu...

 
 

Hacı BƏKİROV - ƏSİL DOSTLUQ

        Hər insan "yaxın dost" axtarır. Xoşbəxt günlərini paylaşan, çətin anlarında özünə dəstək olan, çarəsiz qaldığı mövzuların həlli yollarını göstərən, özünü qeydsiz - şərtsiz sevən, sədaqət göstərən, qoruyub saxlayan, səhvlərinə şəfqətlə yanaşan, sağlığında olduğu qədər xəstə olanda da yanında olan insan axtarır.        Ancaq insanın belə bir dost tapa bilməsi üçün qarşısında iki fərqli yol vardır. Bunların biri Allah rizasını güdən möminlərin seçdiyi, Quran əxlaqının tələb etdiyi yoldur. Digəri isə dünya mənfəətini qаrşısınа məqsəd qoyan və maddiyyata söykənən dostluqların yoludur.

Ardını oxu...

 
 

İlham SOVQATOV - Budur, biz yenə gəldik

Fransız general Qurod (Gouraud) 1920-ci ildə Şamı işğal etdikdən sonra, üçüncü səlib yürüşünün qarşısını almış Səlahəddin Əyyubinin türbəsinə gedərək təkəbbürlə və zövqlə belə demişdi: “Budur, biz yenə gəldik, Səlahəddin[1].

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - HUMƏZƏ SURƏSİ

Huməzə surəsi Məkkədə nazil olmuşdur və 9 ayədən ibarətdir. Bu surə insanları ayıblayan, səfehlərin etdiyi kimi onlara lağ edərəktəhqir eləyən və qüsur taparaq namus və şərəflərini zədələyən pis xarakterli kimsələrdən bəhs edir.

Ardını oxu...

 
 

Anar QURBANOV - Sual Cavab

Kenquru əti və ondan hazırlanan kolbasalar halaldırmı?

Cavab: İslam dininə görə, azıdişi ilə ovlayıb parçalayan və özünü müdafiə edə bilən heyvanların ətinin yeyilməsi qadağandır. Belə ki, canavar, ayı, aslan, pələng, şir, samur, meymun, kaftar, fil, it, pişik, tülkü, gəlincik kimi dördayaqlı heyvanlar bu qrupa daxildir. Azıdişi olduğu halda başqasına hücüm etməyən bir heyvanın isə əti yeyilə bilər. 

Ardını oxu...