127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2015 № 106 Sentyabr

№ 106 Sentyabr

Ələddin SULTANOV - Bir Ayə

بسم الله الرحمن الرحيم

قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ثُمَّ تُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

De ki: “Özündən qaçmaqda olduğunuz ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilənə(Allaha) qaytarılacaqsınız. O da sizə, etdiyiniz əməlləri xəbər verəcəkdir.(əl-Cümə, 8)

Ardını oxu...

 

Nurlan MƏMMƏDZADƏ - Həcc Şüuru

Həzrət Peyğəmbər İslamın əsaslarını hədisi-şərifində belə dilə gətirir:

“İslam beş təməl üzərində qurulmuşdur: Allahdan başqa ilah olmadığına və Muhammədin Allahın Rəsulu olduğuna şahidlik etmək. Namazı doğru qılmaq, zəkatı haqqı ilə vermək, Allahın evi olan Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq”.(Buxari, İman 1, 2)

Ardını oxu...

 
 

Fuad QULİYEV - Ən böyük məktəb - Həcc-

Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisi-şərifdə Hz. Peyğəmbərə (s.ə.s):

“-Əməllərin hansı daha fəzilətlidir?”,- deyə soruşulduqda: “Allaha və Rəsuluna iman etməkdir”,- buyurmuşdu.

“-Sonra hansıdır?”, - deyə soruşulan suala da: “Allah yolunda cihad etməkdir”,- deyə cavab vermişdi.

“-Daha sonra hansıdır?”,- deyə soruşulduqda isə: “Qəbul olunmuş həccdir”,- buyurmuşdu. (Buxari, Həcc, 4; İman, 18; Müslim, İman, 135.)

Ardını oxu...

 
 

Rufət Şirinov - HƏYATI -“LƏBBEYK” ŞÜURU İLƏ YAŞAMAQ

Allahın insanlara əmr etdiyi bütün ibadətlərin fərdi və sosial həyatı tənzimləyici rolu  vardır. Allah bu ibadətləri əmr edərək insanları onun istədiyi kimi yaşamağa sövq edir və cəmiyyət arasında nümunəvi şəxsiyyətlər olmasını istəyir. Məsələn namaz ibadəti ilə insanlar arasında birlik-bərabərlik şüuru formalaşır, oruc ibadəti ilə humanistlik duyğuları şəkillənir, zəkat ibadəti ilə yardımlaşma, paylaşma duyğuları cuşə gəlir. Eyni şəkildə həcc ibadəti ilə də bütün insanların, insan olaraq Allahın hüzurunda eyni olduğu, üstünlüyün təqva ilə olduğu, rəng və irgin heç bir dəyəri olmadğı anlaşılmış olur.

Ardını oxu...

 
 

Əziz Sultan - İsmayıl Qurbanı yoxsa İbrahimin Qurbanı?

Qurban bayramı yaxınlaşdıqca varlı-kasıb hər evdə bir qurban həyəcanı, qurban təlaşı hiss edilir. Qurbanı bayram kimi keçirmək üçün hazırlıqlar aparılır. Görəsən qurbanı bayram kimi keçirmək üçün sifariş verilən iyirmi kiloluq qoç, iri malda ortaq olunan bir hissə və yaxud süfrəni bəzəmək üçün edilən zənbil dolusu bazarlıq yetərlidirmi? Əlbəttə ki, bunlar da lazımdır, hətta uşaqları sevindirmək üçün bayram hədiyyəsi də alınarsa daha da gözəl olar. Lakin bütün bunların kölgəsində çox zaman yaddan çıxardılan bir xüsus var:Qurban niyə görə bayramdır?

Ardını oxu...

 
 

MÜSAHİBƏ - Əlişir ƏHMƏDLİ

İrfan:Əlişir müəllim, zəhmət olmasa özünüzü təqdim edərdiniz.

Əlişir Əhmədli:1960-cı ildə Gəncə şəhərində anadan olmuşam, orta və ali məktəbi bu şəhərdə bitirmişəm. Dini təhsilimi Türkiyədə almışam. Yeniyetməlik dövründən başlayaraq müxtəlif elmlərlə məşğul olmaqdayam. 7 Dünya Səyahəti həyata keçirmişəm. Bunlardan birincisini Şeyx Nizami Gəncəvinin 850 (1989), ikincisini Mevlana Muhəmməd Füzulinin 500-cü doğum ildönümünə (1993) bağlamışam. Yerdə qalan səyahətlərim barədə kitablarımdan oxunub xəbər tutula bilinər.

Ardını oxu...

 
 

Yrd. Doç. Dr. Əhməd Niyazov - Şueyb Əfəndi ibn İdris Baquni Nəqşibəndi (ö.1330 /1909) və onun“Nəqşibənd silsiləsinin bəyanı” qəsidəsi

Zaqatala tarixi keçmişidərin mənəviyyata sahib bir yurd, bir övliya diyarıdır. Bölgənin sərt təbiəti, dağı-daşı həmişə zikr sədaları ilə pöhrələnmiş, insanların mənəvi dünyası təsəvvüf böyüklərinin elm və irfanı ilə yoğrulmuşdur. Bu mənəviyyat böyüklərindən biri də Talalı Hacı Əhməd Əfəndinin (q.s) yetirməsi Şueyb Əfəndidir (q.s). Mürşidi-kamil, fəqih, sufi-alim Hacı Şueyb Əfəndi Baquni (h 1274) 1853-cü ildə Dağıstanın Baqin (indiki Çarodin) aulunda anadan olmuş, ömür fəaliyyətinin böyük hissəsini Car-Balakəndə keçirmişdir.

Ardını oxu...

 
 

Müşfiq Xəlilli - QURBANIN HİKMƏTİ

Qurban, ibadət niyyətiylə Qurban bayramı günlərində Allah rizası üçün kəsilən heyvana verilən addır. Qurban kəsmək hicrətin ikinci ilində əmr edilmişdir. İmkanı olan hər müsəlmana Qurban bayramı günlərində Qurban kəsmək  vacibdir.

Qurani-Kərimdə “Qurban” sözü üç yerdə işlədilsə də bu ibadətlə bağlı 20-dən çox ayədə müəyyən bilgilər, xatırlatmalar vardır.

Ardını oxu...

 
 

Saleh Şirinov - HƏCC İBADƏTİ

Həcc də, İslamın şərtlərindən biri olub, həm malla, həm də bədənlə edilən bir ibadətdir. Həcc, peyğəmbərlər silsiləsinin ilki olan Hz. Adəmdən (ə.s) son peyğəmbərədək davam edən və bu dünyada məhşərin bir bənzərini canlandıraraq “ölmədən əvvəl ölün” sirrinin həqiqətlərini anlamağa yol açan ülvi bir ibadətdir. Həm maddi, həm də bədənlə olan, çoxlu fəzilətlərlə dolu olan və İslamın beş təməl əsasından biri olan həcc ibadətini layiqincə yerinə yetirə bilmək, yüksək bir mənəvi hazırlığa, kamil bir imana və irfan üfqünə bağlıdır.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - Əhdə vəfa və nemətə şükr səadəti

Uca Allah Qurani-Kərimdə belə buyurur:

Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!) (ən-Nəhl, 65)

Ardını oxu...

 
 

Ramiz Məmmədov - Kainatın yaradılışı

Məlumunuz olduğu üzrə bu rubrikamızın mövzusunu təşkil edən ayələrin əsasən dünyəvi elmlərlə əlaqəli olacağını nəzərə alaraq bir məsələyə toxunmaq yerində olacaq,  O da  Qurani-Kərimdə dünyəvi elmlərlə əlaqəli ayələrin olmasının  Qurani-Kərimin tamamilə bir elmi kitab olduğu mənasını daşımamasıdır. Çünkü Qurani Kərimin endirilişindəki əsas məqsəd insanları həm bu dünyada, həm də axirətdə məsud edəcək doğru yolun rəhbərliyini etməkdir.

Ardını oxu...

 
 

Ələddin SULTANOV - Bir Ayə

بسم الله الرحمن الرحيم

لَنْ يَنَالَ اللهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ

“(Qurbanlıq heyvanların) nə ətləri, nə də qanları Allaha çatar. Lakin sizdən Ona çatacaq olan təqvadır. Beləcə onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!” (əl-Həcc, 37)

Ardını oxu...

 
 

Səfa MURADOV - BİR HƏDİS

 

عن أبي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: {مَنْ حَجَّ لِلَّهِ فَلَمْ يَرْفُثْ، وَلَمْ يَفْسُقْ، رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ}

            Əbu Hüreyrə (r.a) Rəsulullah (s.ə.s)-dən belə eşitdiyini nəql etmişdir: “Pis sözlər danışmadan və böyük günaha bulaşmadan həcc edən bir kimsə anasından doğulduğu gündəki kimi günahsız olaraq evinə qayıdar”.(Buxari, Həcc, 4; Müslim, Həcc, 79)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi q.s -2-

Xalid Bağdadi həzrətləri buyurur:

“Bütün fel və sözlərinizdə öz gücünüzdən və qüvvətinizdən vaz keçərək Allahın güc-qüdrətinə möhkəm sarılın”.[1]

Allah Rəsulu r İslamın küfrə qarşı ilk döyüşü olan Bədirdə iki ordunun qarşı-qarşıya gəldiyi əsnada yerdən bir ovuc torpaq götürüb düşmən tərəfinə atdı. Həmin torpaq düşmən səflərindəkilərin gözünə doldu. Nəticədə də məğlubiyyətlərinə səbəb oldu. Müsəlmanlar böyük zəfər qazandılar.

Ardını oxu...

 
 

İlham SOVQATOV -ÖNÜNDƏ CƏNAZƏ OLSAYDIQ!

Bir insan üçün həyatda təmiz yaşamaq nə qədər əhəmiyyətlidirsə, canını tapşırarkən təmiz ölmək də o qədər əhəmiyyətlidir. Xalq arasında gözəl bir deyim var: “Allah son ayıbdan qorusun”, “Allah axırını xeyir eləsin”. Həqiqətən, insanın ölməyi də bir ibrət ola bilir, bir qəhrəmanlıq simvolu ola bilir. Məsələn, döyüş meydanında bir əsgərin şücaət göstərərək ölməsi bir şəhidlikdir, vətəninə, millətinə, xalqına olan sədaqətin simvoludur. Bu cür ölümləri xalq əbədiləşdirir, necə deyərlər, bu cür ölümlərlə qürur duyurlar. 

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV -Yetimi himayə etmək

Aydınlıq şəhəri, nurlu diyar Mədinədə bir bayram səhəri idi.Rəhmət Peyğəmbəri təbrik üçün evləri gəzirdi.  Hər kəs sevinc içində idi. Xoşbəxtlik duyğusu insanların üzlərində təbəssümə çevrilmişdi. Ən çox sevinənlər də hərhalda uşaqlar idi. Bayramlıq paltarlarıyla sevinclə ora-bura qaçırdılar. Ümmətinin sevincini paylaşan Peyğəmbərimizin gözünə birdən uzaq bir küncdə boynunu bükmüş bir qız uşağı dəyir. 

Ardını oxu...

 
 

Eldar Kərimov - Tərs mütənasib

Bir aylıq yay tətili günlərində məmləkətin hüdudlarından kənara çıxmağı qərara alıb, qardaş Türkiyə torpaqlarına qədəm basdıq. Yolçuluq tarixi elə bir vaxta təvafüq etdi ki, Ramazan bayramını tarixi Osmanlı məmləkətində keçirmək şansına nail olduq. Bayram namazını Memar Sinanın, bəlkə də əvəzolunmaz əsərlərindən biri olan Səlimiyə məscidində böyük bir insan izdihamı ilə birlikdə əda edib, qonaq getdiyimiz ev əhlinin yaxın qohum-əqrəbaları ilə bayramlaşmağa başladıq.

Ardını oxu...

 
 

Adem Şahin- “ZALIM OLDUM”

XIX əsrə qədər dünyada yaşanan müharibələrin səbəbi ipək yolu, ticarət yolu, boğazlar, isti dənizlər kimi stratejik yerlərin ələ keçirilməsi şəklində olmuşdur. XIX və XX əsrlərlə birlikdə neft başda olmaqla dünya enerji qaynaqlarının nəzarət və paylaşımı səbəbi ilə müharibələr aparılmağa başlanmışdır. XXI əsrlə bərabər insanı nəzarət altına almaq, kütlələri idarə etmək və yeni dünya nizamı deyilən müasir (light) köləlik sistemini gətirmək üçün peyvənd, qida, təhsil sistemi, moda, media, musiqi və toxum üstündə çox durulmuşdur.

Ardını oxu...

 
 

Kamran Məmmədov - QURAN GÜNDƏLİYİ - HƏCC SURƏSI

Həcc surəsi, Mədinədə nazil olmuşdur, 78 ayədir.. Əhkamla əlaqədar mövzuları ələ alır. Mədinədə enən və əhkama ağırlıq verən digər surələr kimidir. Mədinədə enmiş olmasına baxmayaraq surəyə daha çox Məkkədə enən surələrin havası hakimdir. Çünki bu mübarək surədə iman, Allahın birliyi inancı, xəbərdarlıq, qorxutma, öldükdən sonra dirilmə, cəza və hesab, qiyamət və ondakı çətinlik səhnələri açıq bir şəkildə görülməkdədir. Hətta, oxucu az qala bunun Məkkədə nazil olduğunu düşünür. 

Ardını oxu...

 
 

Aqil Əliyev -BİRLİK VƏ BƏRABƏRLİK DİNİ

Bir olmaq, cəm olmaq demək, camaatla bərabər olmaq deməkdir. Rəbbimiz bizi camaat halında görmək istəyir. Dinimizin hardasa bütün əmrləri camaatla yerinə-yetirilən əmrlərdir. Gündəlik beş vaxt namaz, cümə, bayram namazları, həcc və s. Allah (c.c) bu yolda səf-səf olmuş, eyni cərgələrdə duran müsəlmanları sevir, rəhmətini və bərəkətini onların üstünə endirir. Şeytan isə dağılmış, bir divarın kərpicləri kimi pərçimlənməyən, bir-birilərinin sıxıntılarını həll etmək bir yana qalsın, bir-birinə problem çıxardan müsəlman tiplərini daha çox sevir.

Ardını oxu...

 
 

Rüstəm Hudulov - Təsəttür və Gənclik

Daim insanlığın səadət və rahatlığını istəyən Uca Allah, elçiləri və kitabları vasitəsi ilə haqq yolu göstərmiş və bütün insanlığın bu yolla getməsini əmr etmişdir. Məhz Hz. Muhamməd (s.ə.s) bu elçilərin, Qurani-Kərim isə bu kitabların sonuncusudur. İslam yalnız Allah ilə qul arasındakı vicdani bağlardan ibarət deyil, fərdlərin və cəmiyyətin bütün ehtiyaclarına cavab verən mükəmməl bir nizamdır. Müsəlman isə bu nizamı qəbul edib, onu sevə-sevə və layiqincə yaşayandır. 

Ardını oxu...

 
 

Rövşən Əhmədov - NÜMUNƏVİ MÜSƏLMAN

Bildiyimiz kimi, iman və ibadətin məqsədi sahiblərini kamil bir insan etməkdir. İnsan yaşadığı cəmiyyətdə, həyatında həm sevincli olur, həm də hər cür çətinliklərə, sıxıntılara, dərd və bəlalara düçar olur. İnsan bu çətinliklər və bəlalar qarşısında, dünyanı özünə zindan edirsə (ümidsizliyə qapılırsa) bunun səbəbi yaşayış və həyat tərzini əxlaqi qaydalara uyğunlaşdırmamasıdır. 

Ardını oxu...

 
 

Anar QURBANOV - SUAL CAVAB

Həccə getməyən bir şəxs başqasının əvəzinə həccə gedə bilərmi?

Cavab: Bəli, həccə getməyən bir insan başqasının yerinə həccə gedə bilər. Çünki Hz. Peyğməbərdən (s.ə.s) vəfat edən yaxınların və ya çox yaşlı insanların yerinə həcc etməyin caiz olub-olmamasını soruşanlara, o, hər hansı qeyd-şərtsiz onların əvəzinə həcc etməyin mümkün olduğunu bildirmişdir. O, burada əvvəldən həcc ibadətinin yerinə yetirilməsi şərtindən də bəhs etməmişdir(sözügedən hədis üçün bax.

Ardını oxu...

 
 

Alpay Əhməd-Nüvə böhranının sonu, yoxsa?

Bu ilin 14 iyul tarixində Viyanada nəhayət ki, on iki ildir davam edən gərgin danışıqlardan sonra İran altılıq ölkələri ilə (əslində hər şeydən öncə ABŞ-la) nüvə böhranı ilə bağlı müqavilə imzaladı. Həmin tarix, məlum olduğu kimi, Fransada 1789-cu ildə Bastiliyanın alınması günü idisə, 2015-ci ildə bu gündə baş verən hadisə isə simvolik mənada “böhrandan azad olma” günü adlandırıla bilər. Əlavələrlə bir yerdə yüz səhifədən çox olan bu sənədin əsas müddəaları aşağıdakılardır:

Ardını oxu...