Yazan redaktor 26.06.15 10:23
İnsanın qədərində dünya həyatını məkan və zaman çərçivəsində yaşamaq vardır. Həyat çayımız durmadanbu iki sahil arasında axaraq mənsəbinə doğru yol qət edir. Tükətdiyimiz dəqiqələrlə gəldiyimiz yerə doğru hər gün bir az daha yaxınlaşırıq. Hər dəqiqə bir addım, hər saniyə ölümə doğru bir axış...
Yazan redaktor 26.06.15 10:21
İlk dəfə görüşmüşdülər onunla bu ayda. Dağ başında, yalnız və dərin düşüncələrin içinə daldığı bir zamanda, Hira mağarasında. İlk vəhyi gətirmişdi ona, “oxu!” demişdi ona, “oxu, yaradan Rəbbinin adıyla oxu!” deyərək başlamışdı ilk vəhyə, ilk tanışlığa.
Yazan redaktor 26.06.15 10:20
Allah bəşər övladını insan olaraq yaradaraq ona cənnəti qazanma fürsəti vermişdir. Hər bir insan bu fani dünyada bir dəfə yaşayır və verilən fürsəti lehinə və yaxud əleyhinə istifadə edir. Odur ki, həyatımızda dünya və axirət üçün önəmli fürsətlər vardır.
Yazan redaktor 26.06.15 10:18
İslam dininin əsaslarından birini də oruc ibadəti təşkil edir. Digər dinlərdə olduğu kimi İslam dinində də, oruc, müsəlmanlara Allah tərəfindən bəxş edilmiş əvəzolunmaz nemətdir. Bu mənada Qurani-Kərimdə belə buyrulmuşdur: “Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi”.(əl-Bəqərə, 183)
Yazan redaktor 26.06.15 10:16
Ramazan ayı dedikdə ağla gələn ilk ibadət təbii ki, orucdur. O oruc ki, bizi mənəvi olaraq yüksəldir. Nemətlərin qədrini bildirir. Əxlaqımızı gözəlləşdirir.
Yazan redaktor 26.06.15 10:13
İrfan: İlk öncə zəhmət olmasa özünüzü təqdim edərdiniz.
Azər N.: Oğuz rayonu Xaçmaz kəndində 1981-ci ildə anadan olmuşam. 1994-1997-ci illərdə Şəki İslam Mədrəsəsində hafizlik üzrə təhsil almışam.
Yazan redaktor 26.06.15 10:11
Əziz Peyğəmbərmiz (s.ə.s) buyurur ki:
“Qiyamət yaxınlaşarkən zaman bir-birinə yaxınlaşacaq. Bir il bir ay kimi, ay bir həftə kimi, həftə bir saat kimi, saat isə bir anda yanıb kül olan xurma yarpağı kimi sürətlə gəlib keçər”.
Yazan redaktor 26.06.15 10:09
Sülhü, sosial barışı, ədaləti təlqin edən dinimiz insan faktorunu hər zaman həyatın mərkəzinə yerləşdirərək onun dünya və axirət səadəti üçün çox sayda düsturlar təsis etmişdir. Müqəddəs Qurani-Kərim və Hz. Peyğəmbərimizin (s.ə.s) sünnəsi məhz bu düsturları ehtiva etməklə yanaşı bir çox məsələləri tənzim edərək insanların istifadəsi və qurtuluşuna vəsilə olma məqsədi daşıyır.
Yazan redaktor 26.06.15 08:36
Kamil müsəlman başlı-başına bir vəqfdir
İrfan:Naci bəy, zəhmət olmasa özünüzü təqdim edin.
Naci Öztürk: Balıkesir Gönəndə dünyaya gəlmişəm. 1959-cu ildən İstanbulda yaşayıram. 1986-cı ildən etibarən isə Aziz Mahmud Hüdayi Vəqfində xidmət göstərirəm. Məqsədimiz vəqfin sosial xidmət sahəsində fəaliyyətlərini ən mükəmməl şəkildə həyata keçirməkdir. Təxminən 28 ildir ki, bu fəaliyyətimiz davam edir.Kimsəsiz, yoxsul və möhtac insanlara xidmət etdiyim üçün özümü xoşbəxt hiss edirəm.
Yazan redaktor 26.06.15 08:34
Haqq-Təala bizə Qurani-Kərimi bir hidayət rəhbəri,könüllərə şəfa və rəhmət olaraq ərməğan etmişdir. Allaha inanan bir insan üçün ən böyük dünya və axirət neməti,Qurani-Kərim və Sünnəti-Səniyyənin hikmətinə görə ruhani bir həyat yaşaya bilmək və ömür boyunca Quranın xidmətində dura bilməkdir.
Yazan redaktor 26.06.15 08:31
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar (onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşər və Ondan daha çox qorxarlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (möminləri) bağışlayandır!” (Fatır,28)
Yazan redaktor 26.06.15 08:30
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللهَ بِهِ عَلِيمٌ
“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləmədikcə yaxşılığa (cənnətə, Allahın rizasına) nail ola bilməzsiniz. Hər nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir”. (Ali-İmran, 92.)
Yazan redaktor 26.06.15 08:28
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «الصِّيَامُ جُنَّةٌ»
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Oruc qalxandır”. (Buxari, Savm, 2; Müslim, Siyam, 30)
Yazan redaktor 26.06.15 08:14
Bəyazid Bistami həzrətləri buyurur:
“Nəfsimi ilahi vüslət səfərinə dəvət etdim. Bu məşəqqətli səfərdə nəfsim mənə qarşı gəldi. Mən də onu tərk edib (nəfsin mənfi arzularını tərk edib) Allah-Təalanın hüzuruna təkbaşına yollandım!”.[1]
Yazan redaktor 26.06.15 08:07
Rəbbimizin ən şərəfli varlıq olaraq yaratdığı insan[1], bəşərivəsfləriylə və mələkixüsusiyyətləriylə digər yaradılanlardan fərqlidir.
Yazan redaktor 26.06.15 08:05
Xalq artisti Alim Qasımov
İrfan: “Ramazan” deyəndə sizə nəyi xatırladır?
Alim Q.: Ramazan, möminlərin sevincidir, Allah qəbul etsin, bir paklaşma ayıdır.
Yazan redaktor 26.06.15 08:01
Mobil telefonun zəngi 6:20-də çaldı. Həmişəki kimi gözüyumulu əlini uzadıb düyməni basdı və kəmşirin yarıyuxuya getdi. Yarıyuxu ona sübh namazının bitəcəyi vaxta, – təqvimdəkinə uyğun 7:30-a qədər dura biləcəyinə inam verirdi; yəni bu vəziyyətdə bir növ öz yuxusunu idarə edirdi. Amma az sonra hiss etdi ki, tam şirin yuxuya doğru gedir.
Yazan redaktor 26.06.15 08:00
Hər şey birdən-birə başlamadı. Yavaş-yavaş dəyişdirdilər bizi. Biz görə-görə və öz istəyimiz ilə. Heç xəbərimiz belə olmadan yaşamağa başladıq bu gün yaşadıqlarımızı. Bizə gözəl göstərdilər, biz də istədik. Alqışladıq. Biz də istəyirik, bizə də verin dedik.
Yazan redaktor 26.06.15 07:58
Məktəbdə oxuyardıq, Çanaqqala haqqında eşidəndə. Hər dəfə bu mövzu gələndə oxusaq da, danışsaq da tam olaraq anlamırdıq. Yaşa dolduqca insan keçmişin acı həqiqətlərini daha da qabarıq bir şəkildə görməyə başlayır. Düzdür, bilmək olmaz indidən belə nə olacaq?
Yazan redaktor 26.06.15 07:56
İbtidai sinif dərsliklərində “May - gilas ayı” başlığına bənzər hekayələr oxuduldu bizə. İlin hər ayını bir meyvə ilə simvollaşdırdılar. Payız və qışın gəlişi mandarin və portağalla (C vitamini), yay ayları isə böyrəyin dərmanı qarpızla yada düşür.
Yazan redaktor 26.06.15 07:54
Müsəlman, bir qarışqanı belə əzməyəcək qədər incəlik və mərhəmət sahibi, rəhmət kitabı olan Qurana inanan və onu həyatında yaşadan, incə anlayışlı və zərif ruhlu olmalıdır. Allahın son elçisinə inanıb itaət edən bir müsəlman mərhəmət sahibi, alçaqkönüllü və başadüşən olmalıdır.
Yazan redaktor 26.06.15 07:35
Əbəsə surəsi Məkkədə nazil olmuşdur, 42 ayədir. Bu surə inanc və peyğəmbərlik işi ilə əlaqədar mövzuları ələ alır. Eyni zamanda insan, bitki və yeyilen şeylərin yaradılması barəsində Allahın birliyini və qüdrətini göstərən dəlillərdən bəhs edir.
Yazan redaktor 26.06.15 07:33
Stefan Makovski Berlində işləyən məhşur bir qrafik mütəxəssisi idi.İşləmək üçün seçdiyi atelye ilə bağlı çox peşəkarcasına hərəkət edirdi və Alman sənətkarın əsərləri göstərildiyi sərgilərdə çox izləyici cəlb edirdi.
Yazan redaktor 26.06.15 07:28
Sahura (obaşdan) qalxa bilməyənin tutduğu oruc sayılırmı?
Cavab: Sahura durmaq müstəhəb, yəni dini baxımdan xoş qarşılanan əməldir, vacib əməllərdən deyildir. Hz. Peyğəmbər (s.ə.s) sahura durmağı təşviq və tövsiyə etmişdir.