Yazan redaktor 22.05.15 07:54
İlahi vəhy məhsulu olan İslam insan fitrətinə ən uyğun din olduğu üçün bəşəriyyətə təqdim etdiyi həyat tərzi də mükəmməlliyi ilə seçilir. İslam ümumiyyətlə ilk insandan etibarən Allahın göndərdiyi bütün peyğəmbərlərin və kitabların dəvət etdiyi dinin adıdır.
Yazan redaktor 22.05.15 07:52
Yaşadığımız dövrdə sanki hər yeri bürüyən bir fəlakətlə qarşı-qarşıyayıq. İslamın gülərüzünü fobiyaya, qorxuya, dəhşətə çevirməyə çalışan bəzi naxoş hadisələr var ki, bunlar bizi “əsl İslam bu deyil!”, deməyə vadar edir. Həqiqətən biz əsri-səadətdən, Hz. Peyğəmbərin yaşadığı çağdan günümüzə hər kəslə, hər mühitdə yaşaya biləcək mənəvi anlayışla bu günə gəlmişik.
22.05.15 07:52 ərzində olan dəyişikliklər Yazan redaktor 22.05.15 07:50
Uca Allah Qurani-Kərimdə belə buyurur: “İnsanları Allaha tərəf dəvət edən, saleh əməl işləyən və mən müsəlmanlardanam deyən kəsdən daha gözəl sözlü kim ola bilər?” (Fussilət, 33)
İnsanları Allahın yoluna,haqq yola dəvət edən insanın mütləq gözəl niyyəti,bir hədəfi və məqsədi olmalı, öz hədəfinə bağlanmalı və bu hədəfinə çatmaq üçün bütün məşru vasitələrdən istifadə etməyi bacarmalıdır. Bir dəvətçi necə olmalıdır? Özündə hansı əlamətlər toplanmalıdır? Dəvətçinin xüsusiyyətləri nələrdir?.. və s. Bu kimi suallara aşağıdakı kimi cavab verilə bilər:
Yazan redaktor 22.05.15 07:48
Hər keçən günün və anın, dünya görüşü və düşüncə tərzi baxımından sürətli formada dəyişdiyini görməmək mümkün deyil.Bu sürətli axışın paralelində bir çox problem və məsələlərin də ortaya çıxması qaçınılmaz bir hal alır.
Müsəlman olduğunu iddia edən kəs, həyat tərzini də dinin irəli sürdüyü və hər nə olursa olsun ondan geri addımın atılmadığı əxlaqi prinsiplər üzərində formalaşdırmaq məcburiyyətindədir.
Yazan redaktor 22.05.15 07:46
Ağlımız kəsəndən bəri özümüzü “Müsəlman” sayırıq. “Sən müsəlman deyilsən” ifadəsini bir təhqir hesab edirik. Bəzən “müsəlman olmayanları” qınayır, aşağılayır, düşüncələrimizdə xor görür və sözlərimizlə alçaldırıq. Günahkarların günahlarını elə ağız dolusu müzakirə edir, mübahisələrə doymuruq ki, sanki elə hey kimisə mühakimə etməyə fürsət axtarırıq.
Yazan redaktor 22.05.15 07:45
Qədim yunan dilindən gəlmiş olan və günümüzün ingilis dilində də yüzlərlə kəlmənin yanında işlədilərək yeni kəlmələr törədən “fobia” kəlməsi “qorxu” mənasına gəlməkdədir. Məsələn, zoofobiya: heyvan qorxusu, antlofobiya: sel qorxusu və s. Verdiyim misallardan da anlaşılacağı kimi, nəzər nöqtəsinə qoyduğumuz “islamofobiya” kəlməsi, “islam qorxusu”, “islamlaşma qoxusu” kimi tərcümə edilir.
Yazan redaktor 22.05.15 07:43
ABŞ-da yerləşən “PEW” araşdırmalar mərkəzi bu yaxınlarda demoqrafik təxminlərlə bağlı yeni bir araşdırmasını icitimaiyyət ilə paylaşıb. Araşdırmada müsəlman əhalinin sayı ilə əlaqədar çox maraqlı məqamlar yer alır. Hərçənd ki, bir çoxumuz proqnozların yer aldığı 2050-ci ilə qədər yaşamayacağıq, yenə də insanlarda gələcəyə aid bu fikirlər çoxlu maraq doğurub.
Yazan redaktor 22.05.15 07:43
ABŞ-da yerləşən “PEW” araşdırmalar mərkəzi bu yaxınlarda demoqrafik təxminlərlə bağlı yeni bir araşdırmasını icitimaiyyət ilə paylaşıb. Araşdırmada müsəlman əhalinin sayı ilə əlaqədar çox maraqlı məqamlar yer alır. Hərçənd ki, bir çoxumuz proqnozların yer aldığı 2050-ci ilə qədər yaşamayacağıq, yenə də insanlarda gələcəyə aid bu fikirlər çoxlu maraq doğurub.
Yazan redaktor 22.05.15 07:41
Jurnalımızın əməkdaşlarından Firdovsi Həsənov və Şirin Hacıyev Bakı şəhərindəyolda təsadüfi olaraq qarşılaşdıqları bəzi vətəndaşlarla İslam haqqında qısa bir sorğu keçiriblər. Bu sorğudan çıxardılacaq çox dərslər olduğunu gördük. Buna görə də sorğunun nəticələrini, “olduğu kimi”sizinlə bölüşürük.
Yazan redaktor 22.05.15 07:38
Tarix boyunca dünyada yaxşı ilə pis, xeyir ilə şər mübarizə və müharibə halında olmuşdur. Adəm babamızın oğulları Habil ilə Qabilin arasında yaranan münaqişə bunun başlanğıc nöqtəsidir. Ümumiyyətlə insanlar pis və şər əməlləri xoş qarşılamazlar. Əlbəttə ki, bu terminlər şəxs və cəmiyyətlərə görə fərqlilik ərz edir.
Yazan redaktor 22.05.15 07:35
Allah-Təala bütün məxluqatı içərisində ən mükəmməl və ən şərəfli varlıq olan insan oğlunu bir məqsəd üçün yartmışdır. Bu məqsədi bilmək, tapmaq və onun üçün yaşamaq insanın ən birinci vəzifəsidir. Xeyrini və zərərini hesablamayan bir tacirin iflas etməsi, ziyana uğraması necə zəruridirsə, məqsədini bilməyən və ya bilsə belə məqsədinə çatmaq üçün çalışmayan bir insanın da, dünyada və axirətdə pərişan olması o cür zəruridir. Təkcə insan oğlu yox, həyatdakı bütün məxluqat müəyyən bir məqsədlə yaradılmışdır.
Yazan redaktor 22.05.15 07:34
Uca Allah Qurani-Kərimdə belə buyurur:
Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə) kafirlə birdirmi?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”(Zümər-9)
Yazan redaktor 22.05.15 07:32
بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ {2} الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ {3}
“Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbləri titrəyər, özlərinə Onun ayələri oxunduğu zaman (bu) onların imanlarını artırar və (yalnız) Rəblərinə təvəkkül edərlər.Onlar namazı düzgün bir şəkildə qılar və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər.” (Ənfal, 2-3)
Yazan redaktor 22.05.15 07:28
عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: {المُسْلِمُ مَنْ سَلِمَ المُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ، وَالمُؤْمِنُ مَنْ أَمِنَهُ النَّاسُ عَلَى دِمَائِهِمْ وَأَمْوَالِهِمْ}
Əbu Hüreyrədən (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Müsəlman, əlindən və dilindən (digər) müsəlmanların zərər görmədiyi kimsədir. Mömin, insanların canları və malları mövzusunda əmin olduqları kimsədir.” (Tirmizi, İman, 12; Nəsai, İman, 8)
Yazan redaktor 22.05.15 07:25
Bəyazid Bistami həzrətləri buyurur:
“Kəramət göstərən, hətta havada bardaş qurub oturan birini görsəniz, bu halına aldanmayın. İlahi əmr və qadağalara riayət edib-etmədiyinə, şəriətin hökmlərini layiqincə yerinə yetirib-yetirmədiyinə baxın”.[1]
Yazan redaktor 22.05.15 07:16
BƏZİ ŞEYLƏRİ YAŞAMADAN QƏLƏMƏ ALMAQ İMKANSIZDIR
Bahadır Yenişehirlioğlu kimdir?
1962-ci ildəAkhisarda dünyaya göz açan Bahadır Yenişehirlioğlu 1979-cu ildə doğulduğu şəhərdə orta məktəbi bitirdikdən sonra Dokuz Eylül Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1985-ci ildə buradan məzun olmuşdur.
Yazan redaktor 22.05.15 07:11
Sən özünü nə qədər çox düşünsən, insanlar səni o qədər az düşünər. Sən insanlara əhəmiyyət vermədiyin kimi onlar da sənə əhəmiyyət verməzlər. İşin qəribə tərəfi də odur ki, insanlar başqalarına dəyər vermədikləri halda özlərinə qarşı dəyər və qiymət verilməsini arzu edərlər. Amma bu o qədər də etik bir davranış deyildir.
Yazan redaktor 22.05.15 07:08
Xalq arasında “Üç Aylar” olaraq bilinən mübarək bir mövsüm yaxınlaşır. Müsəlmanlar arasında əhəmiyyəti böyük olan üç aylar, eyni zamanda bir çox mübarək gecəni də içində saxlamaqdadır. Yaxşı,üç ayların əhəmiyyəti nədir? Üç aylar nə zaman başlayır? Üç aylar necə qiymətləndirilməlidir?
Yazan redaktor 22.05.15 07:05
“Peyğəmbərlər beşiyi olduğunu hiss etmək mümkündür”
İrfan:Zəki bəy, İslam dinində müqəddəs yerlərdən sayılan Məscidi-Əqsanın yerləşdiyi Qüdsə səfəriniz oldu. Bu səfər hansı istəkdən doğdu, sizi oraya aparan səbəb nə idi?
Yazan redaktor 22.05.15 06:59
Kocaelidə avtobus gözləyirik. Yarısına qədər quyruğu yandırılmış bir bala pişik dükanın qarşısındakı stulda əyləşən kişinin ayaqları altında dolaşır.
Yazan redaktor 22.05.15 06:57
Tin surəsi Məkkədə nazil olmuşdur, 8 ayədir.Surə bu iki məşhur mövzunu ələ alır:
1. Uca Allahın insanı qiymətli yaratması.
2. Hesab və cəzaya inanmaq.
Yazan redaktor 22.05.15 06:55
Məlumdur ki, klassik politoloji anlamda dünya müharibəsi ikidən çox dövlətin qatıldığı müharibəyə deyilir. Bu gün Yaxın və Orta Şərqdə gedən proseslərə nəzər salanda, istər-istəməz sual meydana çıxır: biz regional müharibənin şahidiyik, – ən pisi, məzhəb elemetlərinin də iştirak etdiyi, – yoxsa artıq dünya müharibəsinin ərəfəsindəyik?
Yazan redaktor 22.05.15 06:49
İstəsən gəl, bir beş dəqiqə ölümü düşünək… Amma sənin ölümünü, necəmi? Belə:
Düşün ki, heç hesabda olmayan, həmişə təxirə saldığın ölüm, sənə gənc yaşda gəldi… Evə xəbər saldılar: “uşağınız haqqın rəhmətinə qovuşdu…”
Yazan redaktor 22.05.15 06:47
İRFAN jurnalı 100-cü nömrəsini qeyd etdi
2005-ci ildən nəşr olunan “İrfan” ictimai fikir jurnalı aprel ayının 4-də 100-cü sayının çıxması münasibəti ilə tədbir təşkil etdi.