Yazan redaktor 30.03.15 12:40
İslam mütəfəkkiri, mərhum şair Muhamməd İqbal bir şeirində sözə belə başlayır:“Bəzən bir gül yarpağı gəmi olur, xor görülən qarışqa qafiləsinə”.Xidmət adına atılan kiçik addımların əslində nə qədər böyük dəyər ifadə edə biləcəyinin sətirlərə tökülmüş şairanə deyimidir bu misra. Hər kəsin üzərinə düşəni etməklə mükəlləf olduğunun başqa bir ifadəsidir əslində.
Yazan redaktor 30.03.15 12:34
Günümüzdə istər yazılı və visual yayın orqanları olsun, istərsə də internet resursları və sosial media olsun hər cür informasiya vasitələrinin istifadəsi son dərəcə vacib, nə cür istifadə edildiyi məsələləsi isə bir o qədər əhəmiyyətli hesab edilir.
Yazan redaktor 30.03.15 12:32
İrfan: Əflatun müəllim, xoş gördük sizi. Jurnalımızın bu sayını mətbuat və mediaya həsr etmişik. Ümumiyyətlə cəmiyyət üçün mətbuatın əhəmiyyəti nədən ibadətdir?
Əflatun Amaşov: Mətbuat cəmiyyətin güzgüsüdür. Elə bilirəm ki, bu deyimin isbata ehtiyacı yохdur. Yəni, cəmiyyət necədirsə, mətbuat da elədir.
Yazan redaktor 30.03.15 12:30
Məlum olduğu kimi, Azərbaycan milli mətbuatının başlanğıcı 1875-ci ildə Həsən bəy Zərdabinin çıxardığı "Əkinçi" qəzeti ilə bağlıdır. "Əkinçi"nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi "Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.
Yazan redaktor 30.03.15 12:29
Bu yaxınlarda Parisdə məlum karikatura jurnalının redaksiyasında baş verən qanlı hadisədən sonra İslamofobiya və söz azadlığı məsələləri yenidən gündəmə gəldi. Bunun ardınca isə ABŞ-da üç müsəlmanın və Kanadada bir müsəlmanın, daha sonra Kopenhagendə Məhəmməd peyğəmbərin (SAS) karikaturasını çəkmiş rəssama qarşı edilən sui-qəsd və həmin şəhərdə sinaqoqun qarşısında bir yəhudinin öldürülməsi dini zəmində baş verən radikallaşmanın pik həddinə çatmasa da, şiddətli mərhələyə qədəm qoymasından xəbər verir.
Yazan redaktor 30.03.15 12:26
Texnologiya və sivilizasiyanın sürətli şəkildə inkişaf etməsində xəbərləşmə və xəbərləşmə vasitələrinin payı inkaredilməz dərəcədə əhəmiyyətlidir. Önəmi qədər düzgün və qərəzsiz olması da əsasdır. İslam dini hər eşidilən xəbəri və məlumatı qəbul etməyi düzgün hesab etmir.
Yazan redaktor 30.03.15 12:21
“Hər şeyin bir qədəri olduğu kimi sözün də qədəri var!”
İrfan:Əfəndim, yazmaq dedikdə nə başa düşməliyik? Sizin üçün yazı nə ifadə edir?
Abdullah Sərt:Yazı sadəcə bugünə yazılmır. Bəzən bu gün üçün yazılır, elə bu gün də oxunur. Bəzənsə bu gün yazılır, amma üstündən əsrlər keçdikdən sonra oxunur.
Yazan redaktor 30.03.15 12:15
Azərbaycanda Hz. Əli vəƏhli-beyt sevgisi “bize her yer Kərbəla, hərgün aşura” sözü ilə ifadə edilir. Bu sözü söyləyənlərin ürəyində Əhli-beyt sevgisi var. Əhli-beyt sevgisi eynilə bahar kimi günləri və hər yeri bürümüşdür.
Yazan redaktor 30.03.15 12:13
يَاأَيُّهَاالَّذِينَآمَنُوااجْتَنِبُواكَثِيرًامِنَالظَّنِّإِنَّبَعْضَالظَّنِّإِثْمٌوَلَاتَجَسَّسُواوَلَايَغْتَبْبَعْضُكُمْبَعْضًاأَيُحِبُّأَحَدُكُمْأَنْيَأْكُلَلَحْمَأَخِيهِمَيْتًافَكَرِهْتُمُوهُوَاتَّقُوااللَّهَۚإِنَّاللَّهَتَوَّابٌرَحِيمٌ
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”.(əl-Hucurat, 12)
Yazan redaktor 30.03.15 12:12
عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرَةَ، عَنْ أَبِيهِ، أَنَّ رَجُلاً قَالَ: يَا رَسُولَ اللهِ أَيُّ النَّاسِ خَيْرٌ، قَالَ: {مَنْ طَالَ عُمُرُهُ، وَحَسُنَ عَمَلُهُ}، قَالَ: فَأَيُّ النَّاسِ شَرٌّ؟ قَالَ: {مَنْ طَالَ عُمُرُهُ وَسَاءَ عَمَلُهُ}
Abdurrahman ibn Əbu Bəkrənin atasından rəvayət etdiyinə görə bir nəfər Rəsulullah (s.ə.s)-dən; Ya Rəsuləllah! İnsanların ən xeyirlisi (yaxşısı) kimdir? deyə soruşdu. Rəsulullah (s.ə.s): “Ömrü uzun, əməli gözəl olandır” buyurdu. Həmin adam; Bəs insanların ən şərlisi (pisi) kimdir? deyə soruşunca, Rəsulullah (s.ə.s): “Ömrü uzun, əməli pis olandır” cavabını verdi. (Tirmizi, Zöhd, 22)
Yazan redaktor 30.03.15 12:07
Bəyazid Bistami həzrətləri buyurur:
“Allahın vəli qullarını sev, sevgini büruzə ver və özünü onlara sevdir ki, onlar da səni sevsinlər. Allah-Təala hər gün və hər gecə yetmiş dəfə vəli qulunun qəlbinə baxar. Bəlkə bir vəlinin qəlbində sənin adına nəzər edər, beləliklə də səni sevər və günahlarını bağışlayar”.[1]
Yazan redaktor 30.03.15 12:05
Uca Allah Qurani-Kərimdə belə buyurur.
“Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız”!(Ali-İmran-132)
“Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!”(Muhamməd-33)
Yazan redaktor 30.03.15 12:03
Əmri bil-məruf və bəhyi anil-münkər... Yəni yaxşılığı əmr etmək, psilikdən çəkindirmək... 54 fərzdən biridir. Namaz, oruc, zəkat, həcc kimi ibadətlərdən sonra gələn, ikinci dərəcəli bir ibadətdir... Əhməd b. Hənbəl əmri bil-mərufun Quran və sünnə ilə sabit bir fərz olduğunu deyir. Müsəlman üçün mühüm məsuliyyət olaraq görüldüyü üçün bu qədər ön plana çıxmışdır.
Yazan redaktor 30.03.15 12:01
Söz yadigardır. Həmçinin də tarixdir. Sözdən söhbət açarkən yazılmış sözlərdən söhbət gedir. İşıq üzü görən hər hansı jurnal, qəzet və kitabların əksəriyyəti tarixi əhəmiyyətə malikdir. Vaxtı gələndə biz bu cür jurnallara, qəzetlərə və ya kitablara baş vururuq, onlardan məlumat əldə edirik.
Yazan redaktor 30.03.15 11:59
Düşünürəm ki, çoxunuz son illərdə xaricdən ölkəmizə gətirlən avtomobillərin yan güzgülərindəki ərəb, ingilis və ya korea dillərindəki yazıları görmüsünüz. Yan güzgülərdə yazılan bildirişin hansı dildə olmasına baxmayaraq mənaları eynidir.
Yazan redaktor 30.03.15 11:58
Bildiyimiz kimi I Dünya müharibəsindən sonra Rusiyada yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edən erməni millətinin siyasiləri uzun illərdən bəri bəslədikləri nifrətlə öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər.
Yazan redaktor 30.03.15 11:56
Uca Allahın bizim üçün seçdiyi son və haqq din heç şübhəsiz ki, İslamdır.
İslama inanan və inandığını həyatda tətbiq edən kimsələrə müsəlman adı verilir. Bütün bunlarla bərabər həqiqi müsəlman İslamın əmr və qadağalarını yalnız özü yerinə yetirməklə yetinməməli başqalarına da yaxşı işləri əmr edib pis işlərdən çəkindirməlidir.
Yazan redaktor 30.03.15 11:40
Kobud və acı dillə edilən xidmət sahibinə savab qazandırmaz, əksinə, günaha girməsinə səbəb ola bilər. Çünki qırılan bir vazanı təmir etmək qırılan qəlbi təmir etməkdən daha asandır.
Yazan redaktor 30.03.15 11:37
Quranın insanlar tərəfindən anlaşılıb izah edilə bilməsi və onların həyatında tətbiq edilməsi xüsusunda ilk və ən əhəmiyyətli rol Hz. Peyğəmbərə (s.ə.s) aiddir. Bu nöqtədə sünnə, Quranın açarı mahiyyətindədir. Nəhl surəsinin 44-cü ayəsində uca Rəbbimiz buyurur: “..Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”.
Yazan redaktor 30.03.15 11:34
Səhabələrdən Əbu Hüreyrə (r.a) belə rəvayət etmişdir:“Allah Rəsulunun yanına bir nəfər gəlib, insanlar arasında ən çox ilgi və əlaqə qurmağıma və ehtiram göstərilməyə daha çox layiq olan şəxs kimdir? deyə sual verdi. Allah Rəsulu (s.ə.s) ona belə cavab verdi; “Anandır!” O adam; “Sonra kimdir?” deyə soruşdu, “Anandır!” buyurdu. “Sonra kimdir?” dedi, “Anandır!” buyurdu. “Sonra kimdir?” deyincə, “Atandır!” buyurdu.” (Buxari, Ədəb, 2)
Yazan redaktor 30.03.15 11:30
Sual: Bilərəkdən qılınmayan namazların qəzası varmı?
Cavab: Dörd məzhəbə görə, hər hansı bir səbəbdən, yəni istər üzr olsun, istər olmasın qılınmayan namazlar qəza edilməlidir. Onların bu mövzudakı dəlilləri İslam hüququnda bir ictihad qaydası olan “övləviyyət” prinsipidir.