Home Arxiv 2014 № 95 Oktyabr

№ 95 Oktyabr

Müşfiq XƏLİLLİ / Həcc ömrün zəkatıdır

PDF faylını alÇapE-poçt

01.11.14 05:45 ərzində olan dəyişikliklər Yazan redaktor 01.11.14 05:35

     Həcc Kitab, Sünnə və ümmətin icması ilə sabit olan ən qüvvətli fərzlərdən biridir. Şərtlərinə sahib olan möminlərin ömürlərində bir dəfə həccə getmələri fərzdir.

    Həcc Hz. İbrahimin canı, malı, övladı və hər şeyi ilə Rəbbinə göstərdiyi təvəkkül, tam təslim olma və itaətin qiyamətə qədər davam edəcək ən gözəl bir simvoldur.

Ardını oxu...

 

Nurlan MƏMMƏDZADƏ / “KÖNÜL KƏBƏSİNİ TƏVAF ET!”

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 08:12

Qəlb mədəniyyəti olan İslam daha çox insanın mənəvi tərəfinin inkişafına çalışır. Mənəviyyatın yeri isə heç şübhəsiz ki, qəlbdir. Ona görə də Qurani-Kərimdə ən çox üzərində durulan mövzulardan biri məhz qəlbdir. Statistik olaraq baxdıqda, müqəddəs kitabımızda sırf qəlb kəlməsi 135 yerdə zikr olunmuşdur. Bununla yanaşı sadr, fuad, lübb kimi ifadələr də işlədilmişdir ki, hər biri qəlb ilə yaxınmənalıdır.

Ardını oxu...

 
 

Rüfət ŞİRİNOV /SAĞLAM QƏLBDƏ SAĞLAM İMAN!

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 08:09

Yaradılan ilə Yaradan arasındakı münasibətləri tənzimləyən əsaslara din deyilir. Müsəlmanlar üçün bu dinin adı İslamdır. İslam dini yaradılan ilə Yaradan arasındakı dəyərləri və münasibətlərdəki keyfiyyəti, insanın qəlb aləminə, könül dünyasına bağlayır. Yəni bir müsəlmanın qəlb aləmində Yaradana nə qədər yer ayrılmışsa onun müsəlmançılığı o qədərdir, Allah dərgahındakı dəyəri o nisbətdədir. Əgər qəlbində ilah olaraq Allahdan başqa nə isə varsa, buna da İslam dini şirk deyir. Şirk İslam dinində əfv edilməyən böyük günahlardan qəbul edilir. Odur ki, bir müsəlmanın qəlbinə hakim olması və sahib çıxması çox böyük önəm kəsb edir.

Ardını oxu...

 
 

Saleh Şirinov / Qəlbin qorunması üçün Halal Loğma

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 08:05

Həyatımızı davam etdirə bilməmiz üçün hər canlı kimi bizim də yeməyə və içməyə ehtiyacımız var. Əlbəttə, yaşamaq üçün yeyib-içməliyik, lakin halal və harama diqqət etmək şərtilə.

Allah-Təala insanı imtahan etmək üçün yer üzündə bəzi şeyləri halal, bəzi şeyləri də haram qılmışdır. Bu səbəblə insan oğlunun ən başda gələn vəzifələrindən biri də halal hüdudları içərisində yaşamaq, halal qazanmaq və halal yolda xərcəməkdir.

Ardını oxu...

 
 

Dr. Adem Ergül / Könül Yorğunu Olmamaq

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 08:03

Yorucu və məşəqqətli bir səfərdən sonra böyüklərdən birinə utanaraq: “Əfəndim, sizi çox yorduq, lütfən, bizi üzrlü hesab edin!”. Xidmət və irşad öndəri o gözəl insan da öz növbəsində belə buyurur: “Qardaşlar, Rəbbimiz könül yorğunluğu verməsin, bədən yorğunluğu nədir ki?”. Bəli, “könül yorğunu” olmamaq. Həyəcan və şövqün sönərək, qəlbin tənbəlləşməsi.

Ardını oxu...

 
 

Nurəddin Rüstəmov / SALEH və SADİQLƏRLƏ BƏRABƏRLİK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 08:01

Hər gün Allaha yaxınlaşan, Onunla könül bağlılığı olan mömin əslində Hz. Muhammədin (s.ə.s) həyatına bənzər həyat yaşamağa səy göstərir. Hal və hərəkətləri ilə yanaşı demək olar ki, bütün davranışlarında - gülüşü, yerişi, ədəb və əxlaqında Ona bənzəməyə çalışır. Məhz bu, insandakı Rəsulullah (s.ə.s) sevgisinin əlamətidir.

Ardını oxu...

 
 

İlham SOVQATOV / Qəlbin mərəzləri

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 07:59

İnsanı yaşadan ürəkdir. Əgər ürək öz fəaliyyətini dayandırsa, insan ölmüş sayılır. Bəlkə də dünyada ən gözəl nemət elə ürəkdir. Ancaq biz adətən, dəyərli orqan kimi gözü götürürük. Dünyada ən dəyərli nemət gözdür. Bəli, insana Allah tərəfindən bəxş edilən hər bir orqanın, hər bədən üzvünün öz yeri, öz dəyəri var. Ancaq mənə elə gəlir ki, ürəyin dəyəri digərlərindən üstündür.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV / QURBAN MÜLKÜN SAHİBİNƏ YAXINLAŞMAQDIR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 07:57

Qurban ibadəti də digər ibadəltər kimi ilk insanla başlamışdır. Adəmin (ə.s) iki oğlu olan Habil və Qabilin Uca Yaradana qurban təqdim etmələri Qurani Kərimdə qeyd olunmaqdadır. Bu haqda belə buyururlur; “(Ya Muhamməd) Onlara Adəmin iki oğlu ilə əlaqəli xəbəri haqq olaraq oxu. Hansı ki, hər ikisi (Allaha) qurban təqdim etmişdilər birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi...”  (əl-Maidə, 27) Bəşər tarixində bütün səmavi dinlərdə qurban kəsmək insanı mənən Allaha (c.c) yaxınlaşdıran bir ibadət sayılmışdır.

Ardını oxu...

 
 

Dr. Əhməd NİYAZOV / Qurbanla bağlı bir neçə məsələ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 07:48

 A. Qurban pulunu sədəqə vermək

Qurban, digər ibadətlərdə olduğu kimi, şərtləri və məqsədlərinə müvafiq olaraq qurbanlıq bir heyvanın, üsuluna uyğun kəsilməsilə yerinə yetirilən bir ibadətdir. Heyvanın qiymətini yoxsula verərək buna nail olmaq olmaz. Əgər verilsə belə bu, bir sədəqə mahiyyətində olar. Qurban ibadəti yerinə yetirilmiş olmaz. 

Ardını oxu...

 
 

Adəm ŞAHİN / ƏHMƏD YƏSƏVİ HƏZRƏTLƏRİNİN HÜZURUNDA

PDF faylını alÇapE-poçt

20.10.14 08:19 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:46

Təhsil müəssisələrində hər şöbənin özünəxas ətri var. Gözləri bağlanan adam əgər diqqətli isə, olduğu otağın sinif, məscid, mətbəx, kitabxana, yoxsa yataqxana olduğunu asanlıqla hiss edə bilər…

Ardını oxu...

 
 

Fuad Quliyev /BIR AYƏ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.10.14 07:43

                                بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ                    

أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”.

Rəd surəsi, 28

Ardını oxu...

 
 

Səfa MURADOV/ BIR HƏDIS

PDF faylını alÇapE-poçt

20.10.14 07:43 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:36

عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ العَبْدَ إِذَا أَخْطَأَ خَطِيئَةً نُكِتَتْ فِي قَلْبِهِ نُكْتَةٌ سَوْدَاءُ، فَإِذَا هُوَ نَزَعَ وَاسْتَغْفَرَ وَتَابَ سُقِلَ قَلْبُهُ، وَإِنْ عَادَ زِيدَ فِيهَا حَتَّى تَعْلُوَ قَلْبَهُ، وَهُوَ الرَّانُ الَّذِي ذَكَرَ اللَّهُ {كَلاَّ بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ}

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ /TƏSƏVVÜF QURAN VƏ SÜNNƏ İLƏ KAMİLLƏŞMƏKDİR - 4

PDF faylını alÇapE-poçt

20.10.14 07:42 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:33

Allah-Təala biz bəndələrini heç bir əvəz ödəmədiyimiz halda “əhsəni-təqvim”, yəni ən gözəl şəkildə və İslam fitrəti üzrə yaratdı. Fəqət bizi imtahan etmək üçün “təqva”ya da, “fücur”a da, yəni xeyrə də, şərə də, savaba da, günaha da meyilli “nəfs” ilə təchiz etdi.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU/ELM HAQQ DİNİ YAŞATMAQ NAMİNƏ MÜCADİLƏDİR

PDF faylını alÇapE-poçt

01.11.14 05:42 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:29

   Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

“Allah (c.c) Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.”  (Ali-İmran, 18)

   Bizləri xəlq edən, Özündən başqa heç bir İlah olmayan Rəhman və Rəhim olan Uca Allah (c.c) şükürlər və həmdü sənalar olsun. Gətirdiyi şəriətə tabe olmadan qurtuluşun  mümkünsüz olduğu rəhmət peyğəmbəri  Hz. Mühammədə salətu-salam olsun.

Ardını oxu...

 
 

Eldar Kərimov / ƏN BÖYÜK XƏZİNƏ

PDF faylını alÇapE-poçt

20.10.14 07:42 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:25

   O, hələ maddi problemləri düşünə bilməyəcək qədər kiçik yaşda idi. Hər şey istəyir, amma heç nə istədiyi kimi olmurdu. Xəyallarında geyinmək istədiyi paltarlar, yemək istədiyi yeməklər elə xəyal olaraq da qalırdı. İstədiyini ala, aldığını da doya-doya istifadə edə bilmirdi. Düşündüyü və yaşamaq istədiyi dünya çox uzaqlarda görünürdü. 

Ardını oxu...

 
 

Əziz SULTANOV OXU VƏ YUXU

PDF faylını alÇapE-poçt

20.10.14 07:41 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:22

“Oxu” əmri insanlar üçün tarix boyu keçmişi aydınladan, gələcəyə işıq salan bir məşəl olub. İnsan ona möhkəm sarıldıqca irəli gedib, ondan uzaqlaşdıqca yerində donub qalıb. Düzdür, insan hər zaman kitab oxumayıb. Zaman-zaman tarixi oxuyub, həyatı oxuyub, təbiəti oxuyub, özünü oxuyub. Bu oxumağın və oxuduğunu dərk etməyin kefiyyəti nisbətində də irəli gedib.

Ardını oxu...

 
 

Ulvi MƏMMƏDOV HƏYAT DƏFTƏRİNDƏN

PDF faylını alÇapE-poçt

20.10.14 07:41 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:20

Həyatın Mənası

Qədim zamanlarda bir gənc həyatın mənasının nə olduğunu öyrənmək istəyir. Öz-özünə nə qədər götür-qoy etsə də bir cavab tapmır. Nəhayət, qarşısına çıxana bu sualı vermək qərarına gəlir. Kəndbəkəd, şəhərbəşəhər gəzsə də istədiyi cavabı ala bilmir ki bilmir. Bütün ümidlərini itirdiyi anda bir kəndin sakinləri qarşı yatan dağıda yaşlı bir müdrikin yaşadığını və bu sualın cavabının onda ola biləcəyini söyləyirlər. Gənc uzun və məşəqqətli səfərdən sonra nəhayət müdrikin yaşadığı evə gəlib çatır. Qapıdan içəri girib həyatın mənasının nə olduğunu soruşur. Müdrik qoca:

Ardını oxu...

 
 

Kamal SƏLİMOV "Müəllimlər Günü"

PDF faylını alÇapE-poçt

20.10.14 07:41 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:17

Nəzər salaq gələcəyə, keçmişə

Bəxş edibdir hər yetənə bir peşə.

Böyük aqillər də deyib həmişə,

Ən yüksək, şərəfli addır müəllim.

Ardını oxu...

 
 

Alpay Əhmədov Yas məclislərində dini söhbətlər

PDF faylını alÇapE-poçt

20.10.14 08:28 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:13

Belə bir mülahizə var ki, Azərbaycandakı yas mərasimləri, – üç, cümə axşamları, yeddi, qırx və il Sovet dönəmində vaxtilə ateizmin aparıcı ideologiya olaraq hökm sürdüyü bir dövrdə, məhz dini ənənələrin qorunması məqsədilə həyata keçirilirmiş. Əgər belə olubsa, çox yaxşı, amma fikrimizcə, indi müəyyən qədər dini azadlığın olduğu bir zamanda hüzrlə bağlı müəyyən adətlərə xitam vermək olar. Bu barədə biz keçən məqaləmizdə, yas mərasimlərində olan israfçılıq probleminə nəzər salmışdıq. Elə yazı çapa gedən ərəfədə dövlət, necə deyərlər, bu məsələyə əncam çəkdi, - hüzr məclislərində yeməklə bağlı israfçılığın qarşısının alınması ilə bağlı məlum qərarı qəbul etdi.

Ardını oxu...

 
 

Kamran Məmmədov QURAN GÜNDƏLİYİ

PDF faylını alÇapE-poçt

20.10.14 07:40 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:10

KAFİRUN SURƏSİ
Kafirun surəsi Məkkədə enmişdir və 6 ayədir. Allahı birləmə, şirk və azğınlıqdan uzaq olmağı açıqlayan surədir. Müşriklər Hz Peyğəmbəri (s.ə.s) razılaşmağa çağırdılar və bir il onun öz ilahlarına ibadət etməsini bir il də özlərinin onun Allahına ibadət etmələrini təklif etdilər. Bunun üzərinə kafirlərin bu həvəslərini kəsmək, iki qrup yəni möminlərlə bütpərəstlər arasındakı mübahisəni aradan qaldırmaq və bu pozğun fikrin nə indi, nə də gələcəkdə əsla mümkün olmayacağını kafirlərə bildirmək üzrə bu surə nazil oldu.

Ardını oxu...

 
 

Xəbər

PDF faylını alÇapE-poçt

20.10.14 07:39 ərzində olan dəyişikliklər Yazan redaktor 20.10.14 07:00

Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda rəsmi səfərdə oldu

Türkiyənin baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Bakıya rəsmi səfərə gəlib. Səfər proqramına Cənubi Qafqaz qaz dəhlizinin təməlqoyma mərasimində, həmçinin “Azəri-Çıraq-Günəşli” neft müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak, eləcə də Azərbaycan rəhbərliyi ilə danışıqlar nəzərdə tutulurdu. 

Ardını oxu...