Home İrfan Məclisi

İrfan Məclisi

“KÖNÜL MEMARLARI VƏ İRFAN YOLU” ADLI TƏDBİR KEÇİRİLDİ

PDF faylını alÇapE-poçt

Yazan Administrator 17.01.14 13:39

Bilindiyi kimi İrfan jurnalı zaman-zaman “İrfan Məclisləri” quraraq dəyərli elm xadimləri, tanınmış ziyalılar, şair və yazıçılarla görüşlər təşkil edir. o cümlədən bugünlərdə, 20.12.2013-cü il tarixində "İrfan" jurnalının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına Konfrans zalında "Könül Memarları və İrfan Yolu" adlı tədbir keçirilmişdir.

Tədbirdə çoxsaylı qonaqlarla yanaşı, ölkəmizə səfərdə olan, Türkiyədən qonaq gəlmiş Marmara Universitetinin proffessoru Necdet Tosun, Erciyes Universitetinin dosenti Osman Nuri Küçük iştirak ediblər.

Ardını oxu...

 

İrfan jurnalının təşkilatçılığı ilə “Əhli-Beytin anası- Həzrət Fatimə” adlı seminar keçirildi

PDF faylını alÇapE-poçt

Yazan Administrator 17.01.14 13:35

Məlum olduğu kimi İrfan jurnalının fəaliyyət sahələrindən biri də ənənəvi “İrfan Məclisləri” təşkil etməsidir. Bu məclislərdə istər ölkə sərhədləri daxilində tannmış, istərsə də sərhədlərimizdən kənarda fəaliyyət göstərən elm və irfan əhli iştirak edir. Mart ayının 3-də də məhz bu tədbirlərdən biri kimi Türkiyə Cümhuriyyətinin Yüzüncü Yıl Universitetinin müəllimlərindən olan, Türkiyədə Əhli-Beyt və Səhabələr haqda yazdığı onlarla kitabın müəllifi kimi tanınan Adem Saraçın “Əhli-Beytin anası – Həzrət Fatimə” seminarı keçirildi. Çox sayda iştirakçının qatıldığı seminarda Həzrət Fatimənin Əhli-Beyt içərisindəki müstəsna yeri, İslam dünyasının qadınları üçün nümunəvi şəxsiyyətindən söz açılmış və slayd göstərilərək ətraflı məlumat verilmişdir. Duyğulu anların da yaşandığı tədbir iştirakçıların xatirində silinməz izlər qoydu.

Ardını oxu...

 
 

İRFAN JURNALI “İRFAN MƏCLİSLƏRİ”NƏ START VERDİ

PDF faylını alÇapE-poçt

17.01.14 13:34 ərzində olan dəyişikliklər Yazan Administrator 17.01.14 13:20

30 yanvar 2010-cu il tarixində İrfan jurnalının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun konfrans salonunda Azərbaycanın və Türk dünyasının tanınmış şairi Məmməd Aslanın həyat və yaradıcılığına həsr edilmiş “İrfan Məclisi” keçirilmişdir.         

İrfan jurnalı öz fəaliyyət sahəsini daha da genişləndirərək yeni layihələr də həyata keçirir. Bunlardan biri də “İrfan məclisləri”dir. Bundan sonra ay keçiriləcək “İrfan məclisiləri” Azərbaycanın tanınmış insanlarının, alimlərinin, şair və yazıçılarının, elm xadimlərinin həyatına həsr olunacaqdır. 

Ardını oxu...