Home Musahibələr


TƏSƏVVÜF QAYĞIKEŞLİK, FƏDAKARLIQ TƏLİMİDİR!

PDF faylını alÇapE-poçt

15.01.14 13:37 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:21

TƏSƏVVÜF QAYĞIKEŞLİK, FƏDAKARLIQ TƏLİMİDİR!

Prof. Dr. Necdet Tosun kimdir?

Prof. Dr. Necdet Tosun 1971-ci ildə Bandırmada anadan olmuş, 1993-cü ildə  Marmara Universiteti İlahiyyat Fakültəsini bitirmişdir. 1995-ci ildə  Marmara Universiteti Sosial Elmlər İnstitutunda “İbn Ərəbi Öncəsi Təsəvvüfdə Xəlvət və Uzlət” adlı magistratura işini, 2002-ci ildə isə “Təsəvvüfdə Xacəgan Ekolu XII-XVII əsrlər-” adlı doktorantura işini tamamlamışdır. 2006-cı ildə dosent, 2012-ci ildə isə professor ünvanını almışdır. Hal-hazırda təsəvvüf sahəsində dekandır. Osmanlı, Orta Asiya və Hindistan təsəvvüfü haqqında elmi araşdırmaları var. İngilis, ərəb, fars və urdu dillərdini bilən Prof.Dr. Necdət Tosunun başlıca əsərləri bunlardır: Bəhaəddin Nəqşbənd: Həyatı, Görüşləri, Təriqəti; İmam Rəbbani Əhməd Sirhindi: Həyatı Əsərləri Təsəvvufi Görüşləri; Zikr və Təfəkkür;  Türküstan Dərvişlərindən Yadigar.

Ardını oxu...

 

BU SÖZ İNSANLAR ARASINA SEVGİ TOXUMLARI SƏPİR

PDF faylını alÇapE-poçt

15.01.14 13:39 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:20

İlahiyyatçı-mütəxəssis, araşdırmaçı Fuad QULİYEV:

BU SÖZ İNSANLAR ARASINA SEVGİ TOXUMLARI SƏPİR

- Salam, Fuad müəllim! Bildiyimiz kimi, İslam mədəniyyətində salamlaşma böyük əhəmiyyət kəsb edir. Salamlaşmanın insanlar arasında yaratdığı müsbət keyfiyyətlərdən, hallardan, zəhmət olmasa, qısaca danışardınız.

- İlk növbədə, məni qonaq kimi dəvət etdiyinizə görə “İrfan” jurnalı kollektivinə təşəkkür edirəm. Mən də sizləri, “İrfan” heyətini və oxucularını səmimi qəlbdən salamlayıram. Haqqında bəhs edəcəyimiz mövzu elə bir mövzudur ki, mənsubu olduğumuz əqidə, inanc və yolun bütün keyfiyyət və təfərrüatını özündə birləşdirmə xüsusiyyətinə malikdir. Belə ki, insanlararası ünsiyyətin açarı mahiyyəti daşıyan “salam” ifadəsi dil baxımından təhlil edildikdə bir-birinə yaxın bir çox mənada istifadə edildiyini görə bilərik. 

Ardını oxu...

 
 

ONUN MƏHƏBBƏTİ DAİM QƏLBLƏRDƏ YAŞAYACAQDIR

PDF faylını alÇapE-poçt

15.01.14 13:35 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:19

Doç. Dr. Mehmet Rıhtım:

ONUN MƏHƏBBƏTİ DAİM QƏLBLƏRDƏ YAŞAYACAQDIR

İrfan: Mehmet bəy, ölkə ictimaiyyətinin də bildiyi kimi, araşdırmalarınızın mərkəzində Seyyid Yəhya Şirvani – Bakuvi xüsusi yer tutur. Haqqında məqalələr, kitablar yazmış, seminarlar vermiş biri olaraq Bakuvinin Azərbaycan, o cümlədən İslam dünyası üçün nə ifadə etdiyini izah edərdinizmi?

M. Rıhtım: 90-cı illərdə Yəhya Şirvani həzrətlərinin izinə düşdüyüm ilk zamanlar onun İslam aləmi üçün bu qədər önəm kəsb edən bir şəxsiyyət olduğunun özüm belə fərqində deyildim. Sadəcə Xəlvəti böyüklərindən olan Yəhya Şirvani haqqında tədqiqat aparacaqdım. Lakin araşdırmalar dərinləşdikcə, dünyanın dörd bir tərəfində yaşayıb-yaratmış Xəlvətiyyə mənsubu müəlliflərin əsərlərilə tanış olduqca çoxusunun Seyid Yəhyanın müridi, yetişdirməsi, yaxud yolunun davamçısı olduğunu öz dillərindən öyrəndim. Uşaqlığımızdan bəri qulaqlarımıza dolmuş Həbib Qaramani, Dədə Ömər Rövşəni kimi Anadolunun dərviş babalarının Seyyid Yəhya məktəbinin davamçısı olduğunun şahidi oldum.

Ardını oxu...

 
 

AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDAKI KÖNÜL KÖRPÜLƏRİNİN TARİXİ ÇOX QƏDİMDİR

PDF faylını alÇapE-poçt

15.01.14 13:38 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:17

Prof. Dr. Hasan Kamil YILMAZ:

AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDAKI KÖNÜL

KÖRPÜLƏRİNİN TARİXİ ÇOX QƏDİMDİR

İrfan: Əfəndim, İslam dünyasında tanınmış Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq simpozium məqsədilə Azərbaycandasınız. Bakuvi və onun timsalında digər irfan ərlərinin Türkiyə-Azərbaycan arasında hansı mühüm rolu var?

Prof. Dr. H. K. Yılmaz: Bildiyiniz kimi İstanbul boğazı Qara dənizinin sularını Marmaraya ötürən önəmli bir boğazdır, amma bu görünən şəkli ilə belədir. Bunun bir də görünməyən, yəni aşağıdan axışı var, o da Marmaranın sularını Qaradənizə ötürən cəhətidir. Yəni Qaradəniz və Marmara İstanbul boğazı sayəsində bir-birinə öz gözəlliklərini ötürməkdədirlər. Eynilə Marmara və Qara dənizin İstanbul boğazı ilə bir-birinə axması kimi, Azərbaycan və Türkiyə tarix boyunca könül körpüləri və ariflər, irfan əhli vasitəsilə həmişə bir-birinə axmışdır. Üstdən axış ümumiyyətlə, Azərbaycandan Türkiyəyə olmuş, zaman-zaman altdan da, yəni Türkiyədən Azərbaycana ciddi bir mənəvi axının olduğunu bilirik.

Ardını oxu...

 
 

"QURBAN QARDAŞLIĞIN ƏHYASIDIR!"

PDF faylını alÇapE-poçt

15.01.14 13:33 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:13

Qurban bayramında Tanzaniyaya yardıma gedən könüllülərimiz İsmət Əmrahov və Sərxan İsgəndərov bizimlə Afrika təəssüratlarını bölüşdülər:

"QURBAN QARDAŞLIĞIN ƏHYASIDIR!"

İrfan: Bu il qurban bayramını Tanzaniyada keçirdiniz. Oradakı insanlar bayramı necə qarşılayırlar? Hansı təəssüratları bölüşmək istəyərdiniz?

İsmət Əmrahov: Ümumiyyətlə, Qurban bayramı İslam dünyasında həyacanla qarşılanan bir bayramdır. Amma Afrikada keçirilən qurban bayramı bizim düşündüyümüzdən də fərqli bir bayram oldu. Bildiyimiz kimi, Afrikada aclıq var və kəsilən qurban ətlərindən bir pay almaları onların sevincinə səbəb olur.O gün onlar ət yeyirlər, qarınları doyur. Əsilində belə deyərdim, Türkiyədən və Azərbaycandan qeyri hökumət təşkilatlarının dəstəyi ilə kəsilən qurbanlar onları çox sevindirir.

Ardını oxu...

 
 

BİZ SİZİ ÇOX SEVDİK!

PDF faylını alÇapE-poçt

15.01.14 13:13 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:09

Gəncliyə Yardım Fondunun icraçı katibi Necmeddin AKBULUT:

BİZ SİZİ ÇOX SEVDİK!

İrfan: Bir neçə il çalışdığınız Azərbaycandan ayrılma ərəfəsindəsiniz. Ölkəmizdə neçə ildir xidmət edirsiniz?

Necmeddin Akbulut: 2005-ci ildən bəri burada, Azərbaycanda Gəncliyə Yardım Fondunun icraçı katibi olaraq fəaliyyət göstərirəm. Məqsədimiz buradakı qardaşlarımıza xidmətdir. Hər bir azərbaycanlı mənim üçün əzizdir. Deyə bilərəm ki, burada ünsiyyət qurduğum hər kəsi çox sevdim.

Ardını oxu...

 
 

Səhifə 1 > 2-dəan