127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2013 № 83 Okyabr

№ 84 Noyabr

Nurlan MƏMMƏDZADƏ / AİLƏ SƏADƏTİ ÜÇÜN ƏHLİ-BEYT NÜMUNƏSİ

PDF faylını alÇapE-poçt

20.11.13 07:09 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 09:32

       Həzrət Peyğəmbərin həyatına baxdığımız zaman cəmiyyətin bütün təbəqələrinə mənsub olan insanların ondan alacağı ibrət və nümunəvi davranışlarla qarşılaşırıq. Allah-Təala onu cəmiyyətin ən zəif təbəqəsi olan yetimlikdən dövlət başçısı kimi ən yüksək təbəqəyə qədər addım-addım, pillə-pillə yüksəltmişdir. Qurani-Kərimin Əhzab surəsində Uca Yaradan: Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”,- buyurur (əl-Əhzab, 21). Şübhə yoxdur ki, hər bir insan gününün əsas hissəsini evdə, ailəsi ilə birlikdə keçirir. 

Ardını oxu...

 

Rüfət ŞİRİNOV / ƏHLİ-BEYTİ SEVMƏK

PDF faylını alÇapE-poçt

20.11.13 07:10 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:41

      Bütün möminlər Allah tərəfindən rəhmət timsalı olaraq göndərilən Hz. Muhammədin (s.ə.s) ümmətidir. Mömin şəxs Allahın əmrlərini və Peyğəmbərin (s.ə.s) həyat fəlsəfəsini özünə rəhbər seçən kimsədir. Bu mənada həyatın hər mərhələsində həm sevgi və nifrətdə, həm də dostluq və düşmənçilikdə Allah və Rəsulunun göstərdiyi yol bizim üçün meyar olmalıdır. Əks təqdirdə bağlılıqda qüsur yaranar və qaşı düzəltmək əvəzinə göz çıxartmış olarıq. Məhərrəm ayı ərəfəsindəyik. Buna görə də yazımızı O mübarəkin (s.ə.s) əhli-beytinin sevgisinə həsr etmək istəyirik. Bu yazımızda əhli-beyt sevgimiz necə olmalı, məqsədin xaricinə çıxılarsa, hansı təhlükələrlə üzləşə bilərik kimi suallara cavab axtarmaq istəyirik.

Ardını oxu...

 
 

İlham SOVQATOV / KƏRBƏLA FACİƏSİ

PDF faylını alÇapE-poçt

20.11.13 10:55 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:39

    Aşura, məhərrəmlik, Kərbəla deyiləndə ağla, birinci olaraq, İmam Hüseynin şəhid edilməsi gəlir. 1400 ildən çoxdur ki, bu acı həqiqət müsəlmanların ürəklərində ağır iz qoymuşdur. Tarix səhifələrində qəmli iz buraxan bu faciə bütün dünya müsəlmanları üçün ağır bir nisgildir. Hər il məhərrrəmlik ayı gələndə, aşura günü yaxınlaşanda ürəklərdə qabar bağlamış yaralar təzədən qövr edir, qanamağa başlayır. Vaxtilə başqa mahiyyət kəsb edən Aşura indi başqa məna ifadə edir. Aşura (Məhərrəm ayının 10-cu günü) İslam aləmində xüsusi yer tutur.

Ardını oxu...

 
 

Prof. Dr. Hüseyin ALGÜL / HƏZRƏT HÜSEYN ƏDALƏT NAMİNƏ MÜBARİZƏNİN SİMVOLUDUR!

PDF faylını alÇapE-poçt

20.11.13 07:15 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:36

     İrfan: Əvvəlcə özünüz haqda oxuculara məlumat verərdiniz mümkünsə.

     Prof. Dr. Hüseyin Algül: 1945-ci ildə Konyada dünyaya gəlmişəm. İbtidai təhsilimi aldıqdan sonra Konya Topraklık Məscidinin imamı Mərhum Mustafa Asim əfəndinin yanında hafizliyimi bitirərək Konya İmam Xətib məktəbinə daxil olmuşam. Buradan məzun olduqdan sonra 1964-cü ildən etibarən İstanbul Yüksək İslam İnstitutunda ali təhsilə başlamışam və 1968-ci ildə buradan məzun olmuşam.  Bir müddət İmam Xətib Məktəblərində müəllimlik etdikdən sonra 1975-ci ildən etibarən Bursa Yüksək İslam İnstitutunda “Siyəri Nəbi və İslam Tarixi” müəllimi olaraq işə başladım. 

Ardını oxu...

 
 

D.r Abbas QURBANOV / NƏQİBÜL ƏŞRAFLIQ

PDF faylını alÇapE-poçt

20.11.13 07:18 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:31

            Peyğəmbər (s.ə.s) buyurur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm! Hüseyni sevəni Allah sevər”.[1]

Ardını oxu...

 
 

Ali Əhmədoğlu NİYAZLI / Bakuvi Təfsirində Əhli-Beyt

PDF faylını alÇapE-poçt

20.11.13 07:18 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:27

     Pak və təmiz bir şəcərə olan Peyğəmbərin (s.ə.s) soyu müqəddəs bir əmanət kimi tanınmış, həmişə hörmət və məhəbbətlə yad edilmişdir. Əhli-beyt adı ilə tanınan bu ailəyə hörmətlə yanaşmaq, onlara və onların yoluna sadiq qalmaqla həmişə Allah rizası umulmuş, onlara sədaqət müqəddəs bir borc və vəzifə hesab edilmişdir. Çünki bu, birbaşa ayə və hədislərin müqəddəs əmanətidir. 

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV / MATƏM ŞÜURU

PDF faylını alÇapE-poçt

20.11.13 07:22 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:23

       Vəfat edənin və ya itən bir əşyanın arxasından üzülmək və ağlamaq, yas və hüzn... Cahiliyyə dövründə əri ölmüş qadın bir il mağara kimi bir yerə qapanar, heç kimlə əlaqəsi olmaz, yuyunmaz, saçlarını daramaz, dırnaqlarını kəsməzdi. Hətta həmin dövrün ərəbləri arasında bəziləri öz ölümündən sonra yaxşılıqlarını dilə gətirərək çığır-bağırla ağlamaları üçün vəsiyyət edənlər də var idi.

Ardını oxu...

 
 

Dr. Elşad MAHMUDOV / Müsəlman təqvimin başlanğıcı Məhərrəm ayı və əhəmiyyəti

PDF faylını alÇapE-poçt

20.11.13 07:23 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:19

     Məlum olduğu kimi, Məhərrəm ayı müsəlman təqviminə görə hicri-qəməri tarixin başlandığı aydır. Bir sözlə, Məhərrəm ayı ilə İslamda yeni bir hicri-qəməri il başlayır. Bu ayın müsəlman təqviminin başlanğıcı kimi qəbul edilməsinin erkən dövr İslam tarixi ilə yaxından əlaqəsi vardır. İslamaqədərki dövrdə əksər ərəblər müəyyən tarix və təqvimin yerinə mühüm hadisələri tarix təqvimi kimi istifadə edirdilər.

Ardını oxu...

 
 

Dr. ƏHMƏD NİYAZOV / İLİSU SULTANININ ƏHLİ-BEYT SEVGİSİ

PDF faylını alÇapE-poçt

20.11.13 07:24 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:16

     İslam ümməti Quran və Sünnəyə müvafiq Peyğəmbərə və onun ailəsinə həmişə sadiq qalmış, onlara olan hörmətini həmişə Allah rizası möhtəvasında göstərmişdir. Bir qismi dilinin döndüyü qədər dua və salavatlarla, bəziləri övladlarına qoyduğu adlarla, bəziləri də şeir və qəsidələrlə onları yad etmişdirlər. Ancaq bir nümunə də var ki, bu Allaha və Əhli-Beytə olan təvəccöhün nadir timsallarındandır. Qax-İlisu sultanı Sultan Danyalın (?-1873) xüsusi möhrünə həkk olunmuş ərəbcə yazılar məhz bu cür tarixi bir nümunədir.

Ardını oxu...

 
 

REPORTAJ / Gəncliyə Yardım Fondunun icraçı katibi Necmeddin AKBULUT: BİZ SİZİ ÇOX SEVDİK!

PDF faylını alÇapE-poçt

20.11.13 07:28 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:13

     İrfan: Bir neçə il çalışdığınız Azərbaycandan ayrılma ərəfəsindəsiniz. Ölkəmizdə neçə ildir xidmət edirsiniz?

    Necmeddin Akbulut: 2005-Cİ ildən bəri burada, Azərbaycanda Gəncliyə Yardım Fondunun icraçı katibi olaraq fəaliyyət göstərirəm. Məqsədimiz buradakı qardaşlarımıza xidmətdir. Hər bir azərbaycanlı mənim üçün əzizdir. Deyə bilərəm ki, burada ünsiyyət qurduğum hər kəsi çox sevdim.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV / "TƏBBƏT" SURƏSİ

PDF faylını alÇapE-poçt

20.11.13 07:30 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:09

    “Təbbət” surəsi beş ayədir və Məkkədə nazil olmuşdur. Buna "Ləhəb" və "Məsəd" surəsi də deyilir. “Fatihə” surəsindən sonra tam olaraq nazil olan ikinci surədir. Bu surə, Allah və Rəsulunun düşməni Əbu Ləhəbin başına gələnlərdən bəhs edir. Əbu Ləhəb Hz. Peyğəmbərə (s.ə.s) həddən ziyadə düşmənlik edir və insanların ona iman etmələrinə mane olmağa çalışırdı. Bu səbəblərdən nazil olan surə onu axirətdə girəcəyi alovlu atəşlə təhdid edir. Arvadının da  onunla birlikdə atəşə girəcəyini və yandırılaraq cəzalandırılacağını bildirir.

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR İmam Rəbbani q.s -6-

PDF faylını alÇapE-poçt

20.11.13 07:31 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:07

         İmam Rəbbani Həzrətləri buyurur:

         “Allah-Təalanın qəzəbini söndürmək üçün « Lə iləhə illəllah » sözündən daha faydalı heç nə yoxdur. Bu söz cəhənnəmə girməyə səbəb olan qəzəbi söndürürsə, başqa qəzəbləri daha tez söndürər. Çünki digər qəzəblər cəhənnəm əzabını doğuran qəzəbdən daha xəfifdir. Necə söndürməsin ki, insan bu sözü təkrarlayaraq masivadan üz çevirmiş, onları rədd etmiş və qəlbinin qibləsi Haqq-Təala olmuşdur. Zatən qəzəbin səbəbi də qulun başqa tərəflərə meyil etməsidir. Kəlmeyi-tövhidlə bunlar aradan qalxdığı üçün əzab da sükunət tapar…[1]

Ardını oxu...

 
 

Fuad QULİYEV / BİR AYƏ

PDF faylını alÇapE-poçt

20.11.13 07:32 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:06

 

النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ ۗ

 وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَنْ تَفْعَلُوا إِلَىٰ أَوْلِيَائِكُمْ مَعْرُوفًا ۚ

 كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا

Ardını oxu...

 
 

Səfa MURADOV / BİR HƏDİS

PDF faylını alÇapE-poçt

20.11.13 07:33 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:03

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ، قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّتِهِ يَوْمَ عَرَفَةَ وَهُوَ عَلَى نَاقَتِهِ القَصْوَاءِ يَخْطُبُ، فَسَمِعْتُهُ يَقُولُ:  يَا أَيُّهَا النَّاسُ إِنِّي تَرَكْتُ فِيكُمْ مَا إِنْ أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا: كِتَابَ اللَّهِ، وَعِتْرَتِي أَهْلَ بَيْتِي

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU / AXİRƏTİN İLK MƏNZİLİ QƏBİR!!!

PDF faylını alÇapE-poçt

20.11.13 07:33 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:59

      İlahi iradənin bənzərsiz əsəri olan insan övladı yaranış və qulluq həqiqətlərinin idrakı və onları həyata keçirən, yolunda addımlayan bir yolçuya bənzəyir. Maddi və mənəvi bütövlüyünü ilahi iradənin qanunları ahənginə uyğunlaşdıraraq izlənilən yolun səadət yolu olacağı şübhəsizdir. Lakin yalnız dünya həyatını əsasa alaraq cəhalət və rəzalət girdabında sürülən həyatda əbədi uğursuzluğa zəmin yaradan bir yanlışlıqdır.

Ardını oxu...

 
 

Adəm ŞAHİN / KÖŞKÜNÜ SATAN MÜDRÜK

PDF faylını alÇapE-poçt

20.11.13 07:33 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:55

      Oxumağa heç nə tapmayıb “Ferrarisini Satan Bilge” adlı kitabı oxudum. Sözügedən kitab 2006-cı ildə Türkiyədə ən çox satılan kitabların başında gəlir. Kitabın ana mövzusu dünyanı tərk etmək və ona könül verməməklə bağlıdır. Ferrarisini satan müdrik-bilgə əlli yaşlarında çox varlı və məşhur bir vəkildir. Yaşadığı infarkt xəstəliyindən sonra var-dövlətini, ferrarisini sataraq bütün pulunu banka qoyur. Pulunun aylıq faizi ilə dolanmağa başlayır və Hindistana gedib buddistlərdən müdrikliyin sirlərini öyrənməyə başlayır.

Ardını oxu...

 
 

REPORTAJ / QURBAN BAYRAMINDA TANZANİYAYA YARDIMA GEDƏN KÖNÜLLÜLƏRİMİZ: İSMƏT ƏMRAHOV VƏ SƏRXAN İSGƏNDƏROV

PDF faylını alÇapE-poçt

20.11.13 07:34 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:49

     İrfan: Bu il qurban bayramını Tanzaniyada keçirdiniz. Oradakı insanlar bayramı necə qarşılayırlar? Hansı təəssüratları bölüşmək istəyərdiniz?

   İsmət Əmrahov: Ümumiyyətlə, Qurban bayramı İslam dünyasında həyacanla qarşılanan bir bayramdır. Amma Afrikada keçirilən qurban bayramı bizim düşündüyümüzdən də fərqli bir bayram oldu. Bildiyimiz kimi, Afrikada aclıq var və kəsilən qurban ətlərindən bir pay almaları onların sevincinə səbəb olur.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV / MÖMİNİN MAL-DÖVLƏTLƏ İMTAHAN OLUNMASI

PDF faylını alÇapE-poçt

20.11.13 07:36 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:46

     Rəşidi-xəlifələrdən ikincisi olan Hz. Ömərin (r.a.) belə bir hikmətli sözü var: "Çox gülməyi tərk edənə heybət, çox danışmağı tərk edənə hikmət, çox yeməyi tərk edənə ibadətlərin ləzzəti, çox zarafat və lağlağını tərk edənə incəlik, dünya və mal-dövlət sevgisini tərk edənə isə axirət sevgisi verilər". Yenə tarix və siyər kitablarının qeyd etdiyinə görə, Hz. Ömərin (r.a) xəlifəliyi zamanında Sasani İmperiyası müsəlmanlar tərəfindən süquta uğradılaraq zəfər qazanılıb, Kisra saraylarının qəniməti Mədinəyə yola düşüncə, bir çapar bu müjdəli xəbəri tələm-tələsik Hz. Ömərə (r.a) çatdırır. Ədalət və hikmət sahibi olan böyük xəlifə bu xəbərə sevinsə də, "Hər nemətin bir külfəti, bir imtahanı var" düşüncəsi ilə xəyallara dalır və bir neçə gün fikirli gəzir. 

Ardını oxu...

 
 

Salih Zəki MERİÇ / RƏHMAN VƏ RƏHİMLİ OLAN ALLAHIN QƏZƏBİ

PDF faylını alÇapE-poçt

20.11.13 07:37 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:42

     Bir çoxumuz cümə və ya başqa zamanlarda məscidlərdə verilən vəzləri dinləyəndə istifadə olunan dilin kəskinliyindən, İslamın şəfqət dilinin işlədilməməsindən şikayətlənirik. Onlarca müjdə ayəsi, yüzlərlə cənnətlə əlaqəli ayə olduğu halda, davamlı şəkildə cəhənnəmdən və oradakı insanların çəkdikləri əzablardan bəhs edilməsini doğru qarşılamırıq. Bu yanaşmada haqlı olduğumuz qədər obyektivliyimizi də müzakirə etmək lazımdır.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV / KİŞİLƏRİN KİTABI YOX (SA)?

PDF faylını alÇapE-poçt

20.11.13 07:37 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:38

      Son zamanlarda fərqli düşüncə insanlarının kitablarının dilimizə tərcümə olunmasıyla bərabər insanlar arasında maraqlı fikirlərin sayı da artıb. Bu fəaliyyətləri daha da yüksək qiymətləndirmək olar, ancaq bəzi əmmaları olmasa. Dünyada illər öncə öz sözünü demiş bu fikir insanları indi də bizim oxucularımızın fikirini qarışdırır. Nəzərə alsaq ki, bizimkilər illərdir monoton fikirlərin daşıyıcısı və təbliğçisi olub, onda fərqli düşüncələrin onlara necə mənfi təsir edəcəyini rahatlıqla deyə bilərik. 

Ardını oxu...

 
 

Murad BABAYEV / AĞSAQQAL NƏSİHƏTİ : “Qəbirlərini də özlərinə qazdırmışdılar”

PDF faylını alÇapE-poçt

14.11.13 12:01 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:31

     İrfan: Zəhmət olmasa, özünüz haqda qısa məlumat verəsiniz?

     Babayev Murad: Mən, Babayev Murad Fərrux oğlu 1929-cu ildə Astaranın Lovayn kəndində anadan olmuşam. Birinci sinifdən dördüncü sinfə qədər elə Lovayn kəndində oxumuşam. Maddi cəhətdən imkan olmadığına görə, məktəbi davam etdirə bilmədim. Məcbur olduq işləməyə. 

Ardını oxu...

 
 

Nureddin RÜSTƏMOV / BURA VƏTƏNDİR

PDF faylını alÇapE-poçt

13.11.13 07:30 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:27

     “Vətəni sevmək imandandır” şüarı ilə yazıya başlamaq istəyirəm.  Həyatda az-az  insan tapılar ki, vətəni sevməsin. Ümumilikdə vətən çoxları üçün sevilən bir məkandır. Bir xalqı, bir milləti vətənsiz, yurdsuz yuvasız, təsəvvür etmək qeyri-mümkündür.  Belə bir vəziyyəti dil ilə ifadə etmək çox çətindir. Ona görə ki, belə bir vəziyyəti təsəvvür etmək üçün gərək yurdsuz, yuvasız yaşayasan və ondan sonra azadlığın ölçülməz qiymətini analyıb başa düşürsən

Ardını oxu...

 
 

İsmayıl VƏLİYEV / NƏHƏNG HƏDƏFLƏRİ OLANLAR ÜÇÜN...

PDF faylını alÇapE-poçt

14.11.13 12:19 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:20

   Hədəfinizə doğru gedərkən çətinliklərlə üzləşdikdə qətiyyət göstərməkdə UĞURSUZ olsanız, uğursuz olmaq üçün qətiyyət göstərmiş olacaqsınız.  Böyük Hədəflər seçmək və bu uğurda sonuna kimi mübarizə aparmaq üçün sarsılmaz cəsarət ən həyati inqridentdir. Çünki hədəfini dediyin anda tənqidçilər də, inandırıcı neqativ fikirlərini beyninə doldurmağa çalışacaq. Özləri bacarmayanlar sənin də bacarmağına inanmırlar, inansalar da bacarmağını istəmirlər … Bu cür səslər hər tərəfdən hayqırdığında onları duymayacaq və onlara qarşı kar, daim ürəyinin, ruhunun ən dərinindən gələn və bacaracaqsan deyən o zəif səsi bir hayqırış kimi duyacaq qədər də cəsarətli olmalısan… Ətrafdakı cılız səsləri ciddiyə alıb dinlədiyin hər saniyə, mübarizəndən geriyə atdığın məğlubiyyət addımlarıdır… nəhəng hədəfləri cücə beyinlərin müzakirəsinə açmaq öz potensialına xəyanətdir.

Ardını oxu...

 
 

Dr.Alpay ƏHMƏDOV / İSLAM LİBERALİZMİ, YOXSA ƏNDRƏBADİLİK?

PDF faylını alÇapE-poçt

13.11.13 07:38 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:13

     Dəfələrlə müxtəlif fikir adamları ilə söhbətlərdə demişəm və düzünü deyim deməkdən (hələ ki) yorulmamışam: İslam və demokratiya, daha doğrusu, sonuncunun dünyada geniş vüsət alan liberal cərəyanı bir-birinə zidd ideologiyalardır. İslam ehkamlara, yeri gələndə bu və ya digər dərəcədə sərt qadağa və qaydalara əsaslanır. 

Ardını oxu...