Home Arxiv 2013 № 82 Sentyabr

№ 82 Sentyabr

İRFANİ BAXIŞ: Nurlan MƏMMƏDZADƏ / BİR VƏFA ABİDƏSİ

PDF faylını alÇapE-poçt

12.09.13 10:53 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 07:26

      XX əsr dünya çapında bir sıra dəyişikliklərin yaşandığı, yeni sistemin və dövlətlərin qurulduğu, məhz bu baxımdan verimli zaman kəsiyidir. Lakin kimlər üçünsə müsbət dəyişiklik demək olan bu kimi yeniliklər Türk dünyası üçün nə ifadə edirdi? Əlbəttə ki, uzun illərdən bəri davam edən və Şərqlə-Qərb mübarizəsinin bir sonrakı mərhələsi sayılan XX əsr hadisələri bütövlükdə Şərq-İslam dünyası üçün, eləcə də Türk dünyası üçün bir o qədər də ürəkaçan hadisələrdən xəbər vermirdi. 

Ardını oxu...

 

Eşən RZAYEV / QARDAŞLIQ ORDUSU

PDF faylını alÇapE-poçt

12.09.13 09:29 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 07:22

     Düz 95 il əvvəl Azərbaycan xalqı rus-erməni birləşmələri tərəfindən kütləvi şəkildə qətl edilirdilər. Bu, normal bir cinayət deyildi. Qətl edilənlər müsəlman-türk əhalisi idi. Qətl edilməyi labüd edən heç bir günah işləməmişdilər, sadəcə öz mənfur niyyətlərini həyata keçirmək istəyən ermənilərin qəzəbinə tuş gəlmişdilər.

Ardını oxu...

 
 

REPORTAJ / Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru FAZİL MUSTAFA

PDF faylını alÇapE-poçt

13.09.13 04:23 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 07:19

         İrfan: Fazil müəllim, Qafqaz İslam Ordusu xalqımız üçün nə ifadə edir?

     Fazil Mustafa: Xalqımız üçün bu ad fiziki mövcudluq və dövlət qurma şansı deməkdir. Qədirşünas Azərbaycan insanı öz xilaskarı haqqında doğru bilgilərə sahib olduğundan, Qafqaz İslam Ordusunun adı çəkiləndə mütləq tarix yaddaşının oyandığını hiss edir.

Ardını oxu...

 
 

Rüfət ŞİRİNOV / "KAŞ CAHİL OLARDIM" -DEMƏDƏN

PDF faylını alÇapE-poçt

13.09.13 04:24 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 07:14

     XXI əsr elm və texnologiya əsri kimi qəbul edilir. Yəni bu əsrin əsas inkişaf amilləri elm və texnolgiya üzərinə qurulub. Bu dövr elə sürətli hərəkət edir ki, onunla ayaqlaşa bilməyən, elmi ilə texnoloji tərəqqisi ilə ondan geri qalan şəxs və cəmiyyətlər geri qalmış, inkişaf etməmiş və əzilməyə məhkum kimi qəbul edilir. Əlbəttə ki, həyatın hər sahəsində öz sözünü söyləmiş İslam dini əsrlər öncə elmə, alimə və əslə müvafiq (kitab və sünnəyə uyğun) tərəqqini dəstəkləmiş və təşviq etmişdir. Bu barədə həm Qurani-Kərimdə, həm də Peyğəmbərimizin (s.ə.s) hikmət dolu sözlərində çoxlu kəlam və tövsiyələr yer almaqdadır. 

Ardını oxu...

 
 

QFQAZ İSLAM ORDUSUNUN ƏZİZ XATİRƏSİNƏ

PDF faylını alÇapE-poçt

13.09.13 04:20 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 06:45

Ümmü Gülsüm

Görüyordum ağ dümanlar, qara sislər altında

Türk elinin səadəti, xanimanı yaxılır.

Ləpə çalan qan içində, girdabların ağzında...

Ardını oxu...

 
 

REPORTAJ / Tarix elmləri doktoru, professor ANAR İSGƏNDƏRLİ

PDF faylını alÇapE-poçt

13.09.13 04:10 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 06:41

     İrfan:   Anar müəllim, sizi “İrfan jurnalı” adından salamlayırıq və xahiş edirik ki, oxucularımıza özünüz haqda məlumat verəsiz?

     Anar İsgəndərli:  Anar İsgəndərli-tarix elmləri dokturu, professor, Bakı dövlət Universitetinin kafedra müdiri işləyirəm. Tədqiqat sahəmə XIX-XX əsrlərdə Osmanlı və Cənubi Qafqazda erməni-türk və Azərbaycanlı-erməni münasibətlərinin  tarixşünaslığı daxildir. Bir tarixçi olaraq tədqiqatlarımı erməni hərbi birləşmələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirtdiyi soyqırımlar sovet, vətən, mühacir və qərb müəlliflərinin əsərləri əsasında araşdırmışam.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV / İSLAM VƏ ELM

PDF faylını alÇapE-poçt

13.09.13 04:40 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 06:26

     Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

     “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi?...

Ardını oxu...

 
 

İlham SOVQATOV / MƏNİ DƏ MƏKTƏBƏ APARIN

PDF faylını alÇapE-poçt

Yazan redaktor 12.09.13 06:23

Yay tətili qurtardı. Dərslər başlandı. Məktəblər üç aylıq həsrətdən sonra qollarını öz şagirdlərinə açır. Onları bağrına basır və əzizləyir. Şagirdlər məktəb həyətinə, məktəb binalarına həvəslə, canfəşanlıqla, böyük coşqu ilə daxil olurlar. İlk dəfə məktəbə getmənin xoşbəxtliyini unutmaq olmur. On bir il davam edən bu həyəcan hər il başqa cür, daha maraqlı olur.

Ardını oxu...

 
 

Nurəddin RÜSTƏMOV/ ELMİN FƏSADLARI.

PDF faylını alÇapE-poçt

13.09.13 04:31 ərzində olan dəyişikliklər Yazan redaktor 12.09.13 06:16

     Günümüzdə elm sürətlə inkişaf edir. Bu çox sevindirici haldır ki, elmin sürətlə inkişaf etməsi insan həyatına rahatlıq gətirmişdir. Bu gün insanlar bir vaxtlar arzu etdikləri həyatı indi rahatlıqla yaşaya bilirlər. Günümüzdə elmi-texniki naliyyətlərdən yararlanmayan insan yoxdur. Sözsüz ki, elm hər bir dövrdə insanı istənilən arzuya çatdırmağı qarşısına məqsəd qoymuşdur. Bu gün elm adamlarının da məqsədi günü-gündən elm sahəsində yeni nailiyyətlər qazanmaqdır. Şübhəsiz ki, ildən-ilə qazanılan bu nailiyyətlərin şahidi oluruq.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU / ZİKRİN FƏZİLƏTİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 11.09.13 12:16

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ya Rəsulum!) Söylə:

Ardını oxu...

 
 

Fuad QULUYEV / BİR AYƏ

PDF faylını alÇapE-poçt

12.09.13 09:42 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 12:14

 

وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاء وَلَكِن لاَّ تَشْعُرُونَ

      “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”   Bəqərə surəsi, 154

      Bu ayeyi-kərimə şəhidlərə ölü deyilməsini qadağan etməkdə və onların ölü olmadıqlarını açıqlamaqdadır. Təfsir alimlərinin əksəriyyətinə görə bu ayə Bədr müharibəsində şəhid düşmüş səhabələr haqqında nazil olmuşdu. Bədr şəhidlərinin timsalında vətəni, milləti, dini, namusu uğrunda canından keçmiş iman sahibi insanların nail oduqları mərtəbənin adıdır “şəhidlik” məqamı.

Ardını oxu...

 
 

Səfa MURADOV / BİR HƏDİS

PDF faylını alÇapE-poçt

13.09.13 04:39 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 12:13

     عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللَّهُ لَهُ طَرِيقًا إِلَى الجَنَّةِ»

      Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim elm öyrənmək üçün bir yolçuluğa çıxarsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırar” (Tirmizi, Elm, 2).

Ardını oxu...

 
 

Osman NURİ TOPBAŞ/ HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

PDF faylını alÇapE-poçt

12.09.13 09:39 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 12:10

İmam Rəbbani həzrətləri buyurur:

“İnsanın yaradılışındakı məqsəd ona əmr olunan ibadətləri yerinə yetirməkdir. İbadətlərin ədasından da məqsəd imanın həqiqəti sayılan “yəqin” duyğusunu qazanmaqdır.

Ardını oxu...

 
 

REPORTAJ / ŞƏKİ AĞSAQQALI NADİR PİRİMOV

PDF faylını alÇapE-poçt

13.09.13 04:15 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 12:08

İrfan:  Nadir Əfəndi sizi “İrfan” jurnalı adından salamlayırıq. “Ağsaqqal Nəsihəti”nin buaykı qonağı sizsiniz. Xahiş edirik, əvvəlcə oxucularımıza özünüzü təqdim edəsiniz.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV / QURANIN HƏYAT TƏRZİMİZDƏKİ YERİ VƏ ƏHƏMİYYƏTİ

PDF faylını alÇapE-poçt

13.09.13 04:28 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 12:06

      İnsanları yoxdan var edən Uca Rəbbimiz həyatlarına yön verməsi üçün onlara Quran göndərmiş və onların Quranı haqqıyla anlamalarını istəmişdir.

Ardını oxu...

 
 

Saleh Zeki MERƏÇ / BƏVVABI-NƏBİ

PDF faylını alÇapE-poçt

13.09.13 04:21 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 12:03

      Allah Rəsulu (s.ə.s) buyurur: “Evimlə minbərin arası Cənnət bağçalarından bir bağçadır” (Tecrid –i Sarih Tercümesi, IV, 268). “Mənim bu məscidimdə qılınan bir namaz Məscidul-Haram xaricindəki digər məscidlərdə qılınan min namazdan daha xeyirlidir” (Tecrid, IV, 249). 

      Sözügedən fəzilətləri ehtiva edən məsciddə Hz. Muhəmmədin (s.ə.s) dəfn olunduğu “Hücreyi-Səadət” Kəbə daxil yer üzünün hər nöqtəsindən, göylərdən və ərşdən daha üstün və şərəfli qəbul edilmişdir (Tecrid, IV, 258).

Biz Rəsulullahın “Cənnət bağçası” deyə ifadə etdiyi o mübarək yerin sətirlərə sığmayan gözəlliyini və sinələrdən qopan məhəbbət tərənnümlərini məhdud kəlmələrlə necə ifadə edə bilərik ki!

      Rəsulullah eşqi ilə bağrı yanan bir aşiqin bir il Mədinədə qalaraq Rəsulullahın (s.ə.s) ayaqlarının dəydiyi, nəfəsinin toxunduğu, gözlərinin baxdığı o mübarək diyarda yerləşən Rövzeyi-Mutahhara ilə əlaqəli xatirələrini qeyd etdiyi kiçik risaləni oxuyanda əcdadımızın Rəsulullah (s.ə.s) məhəbbətinə bir daha şahid oldum.

      Eyni zamanda şərəfli bir rütbə olan Əğavati-Rəsul və Bəvvabi-Rəsul vəzifələrinin günümüzə qədər gələn yönlərini Rövzədə izləməyə, müşahidə etməyə çalışdım.

      Dərviş Əhməd Peşkarinin bundan təqribən iki yüz il əvvəl qələmə aldığı “Tayyibətül-Əzkar”, yəni, “Şirin Xatirələr” adlı kitabını oxuyanda Rövzeyi-Mutahharanın ətrafında xidmət etmə şərəfinə nail olmuş xadimlərin necə də müqəddəs bir vəzifədə çalışdıqlarını yenidən düşündüm.

      Məscidi-Nəbi təqribən bir milyon insanın eyni anda namaz qılacağı bir sahəyə malikdir. Yüzlərlə vəzifəli, polis, məmur və s. var. Ancaq digər insanlardan paltarı və halları ilə dərhal seçilən, məscidin təmizliyi ilə vəzifəli insanların insana yaşatdığı duyğular o qədər dərin və fərqlidir ki! Bu insanların vəzifəsi Peyğəmbərimizin (s.ə.s) məscidini, Rövzəsinin ətrafını təmiz tutmaqdır. Ətrafda yayıla biləcək natəmziliyə anında müdaxilə edərək bu mübarək ərazinin təmiz qalmasını təmin etməkdir.

      Onların yaşıl, mavi və qırmızı paltarları hər tərəfdən fərqlənmələrinə səbəb olur. Adətən, orada olan yüz minlərlə insanın yükünü çiyinlərinə almış kimi öz halıyla qarışqa kimi çalışırlar. Bu insanlar davamlı olaraq Peyğəmbərimizin (s.ə.s) yanındadırlar. Davamlı olaraq onun məscidin içindədirlər. Və daima o havanı tənəffüs edirlər. Böyük bəxtiyarlıqdır. Həccə və ya Ümrəyə gedən insanlar müəyyən zaman ərzində orada olurlar. Ancaq bu bəxtiyarlar həm Mədinədə, Rövzədə həm də Kəbə və ətrafında davamlı olurlar və oranın təmizliyinə baxırlar.

      “Allah Dostunun Dünyasından” adında kitab şəklində nəşr edilən əsərdə Mərhum Musa Əfəndi həzrətləri söhbətinin bir yerində Ustad Sami Əfəndidən (q.s) rəvayətən Rəsulullahın məscidini təmizləyən vəzifəlilərlə əlaqəli Ustadın diqqətə layiq bir xüsusiyyətini xatırlayır:

      “Sami Əfəndidə Rəsulullah (s.ə.s) məhəbbəti o dərəcə idi ki, Bəvvabı-Nəbi deyilən təmizləyənlərin əllərini öpməyə çalışır, onlara ayrı məhəbbət göstərir və “Bunlar Rəsulullahın xadimləridir”- deyərdi” (s. 121).

      Məscidi-Nəbəvinin indiki təmizliyi, nəzarəti, təhlükəzliyi, şübhəsiz, ən gözəl şəkildə icra edilir. Ancaq çox yaxın bir keçmişdə Osmanlı Dövlətinin nəzarətində olan bu gözəl məkanın xidmətləri daha da diqqətli və müəyyən tərtib üzrə vəzifələri yerinə yetirilirdi.

      Dərviş Əhməd Peşkarinin “Şirin Xatirələr” adlı əsərinə baxdığımızda “Cənnət Bağçası” deyilən Rövzənin işıqlandırılmasından təmizliyinə, gül ətirlərinin sürtülməsindən xalçaların yenilənməsinə qədər hər bir fəaliyyətin elə-belə təsadüfi olmadığını görürük. Əcdadın Peyğəmbərimizə (s.ə.s) olan məhəbbətini bu mübarək məkana qarşı göstərdiyi həssasiyyətindən irəli gəldiyinin şahidi oluruq.

      Əhməd Peşkarinin qeydlərindən bəziləri bizim duyğularımızı dilə gətirəcək səviyyədədir. Bəlkə indi bir çox kimsə tərəfindən bilinməyən Rövzənin xidmətləri ilə əlaqəli bəzi məfhumları xatırlamada fayda vardır:

      Bəvvabi-Nəbi- Bəvvab qapıcı və ya gözətçi deməkdir. Rəsulullahın (s.ə.s) məscidində xidmət edən insanlara verilən addır.

      Ağavat- Məscidi-Nəbinin xidmətkarlığını öhdəsinə götürən və “Ağalar” deyə adlandırılan insanlardır. Bunların da öz aralarında müəyyən bir vəzifə bölgüsü vardır.

      Fərasət- Kəbə və Peyğəmbərimizin Rövzəsinin xadimliyi, oranı süpürmə vəzifəsi və sifətidir. Qədimdən bu iş fərmanla insanlara verilir, onlar da hər il ora pul ilə bir vəkil göndərirdilər. Padşahın bu iş üçün göndərdiyi vəkilə fərasəti-şərif vəkili deyilir və bu digərlərinin başçısı olurdu.

      Əhməd Peşkari risaləsində Rövzənin təmizliyinə dair bu qeydləri qələmə alır:

      Rəsulullahın (cami və türbəsinin) xidmətləri ilə məşğul olan səksən ağa vardır. Qırxı əcəmidir, yəni battal deyə ifadə olunur. Qırxı da hubzi deyilən xidmət əhlidirlər. Əgər bir ayrılarsa, battallardan birini yerinə qoyarlar. Hubzi deyə ifadə edilən qırx ağanın on altısı Peyğəmbərimizin qapıçılarıdır. Bu bəvvab deyilən xidmət sahiblərinə Şeyxul-Hərəm də daxildir. Bu on altı bəvvabın xəzinədari-Hərəm və naqibi-Hərəmdir. Və bu on altı bəvvab növbə ilə gecədə dörd nəfər Hücreyi-Səadətdə xidmət edərlər.

      Əshabı-Süffə məqamında diz üstə oturub kimi tilavət edər, kimisi də zikr ilə məşğul olar. Çox mübarək insanlardır. Gecə-gündüz onların dua və məhəbbəti üzərimizə lazımdır.

    Hücreyi-Muattara və Rövzeyi-Mutahhara rəflərində Osmanlı padşahları və müsəlmanlar tərəfindən göndərilən əşyaların qeydləri və mühafizəsi  Hərəm Mütəsəllimi, Naqibul-Ağavat və Bəvvabini Hərəmi-Nəbəvinin cavabdehliyindədir. Bu məmurlardan xəbərsiz əşyalar şkaflardan çıxarmaq olmazdı. Altı ayda bir Şeyxul-Hərəm, Mədineyi-Münəvvərə mühafizi, qazisi ilə Hərəmi-Şərifi Həzrət Nəbəvi müdirindən təşkil olunan komissiyanın xəbəri olandan sonra əşya və təbərrüqat nəzarət edilirdi.

      İndilərdə bu və buna bənzər ayinlər varmı bilmirəm. Ancaq insanı ən çox təsirlədirən, yaşlısı ilə gənci, çox təvazökar halı ilə davamlı ayaqda və davamlı Məscidi-Nəbəvinin təmizliyinə baxan bu insanların dünyanın ən gözəl işlərindən birini yerinə yetirdikləridir. İçlərindən ərəb olanlarla birlikdə çoxu hindistanlı və maleziyalı bu insanlar həmişə Peyğəmbərimizin (s.ə.s) məscidində olma bəxtiyarlığındadırlar...

 
 

Dr. Əhməd NİYAZOV / DUA İBADƏTİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 11.09.13 12:01

Dua dinimizdə başlı-başına bir ibadət növüdür. Numan ibn Bəşir (r.a) nəql edir ki, Həzrət Peyğəmbər əleyhissalam: “Dua ibadətdir” dedi və sonra bu ayəni oxudu: “Rəbbiniz buyurdu:

Ardını oxu...

 
 

Adəm ŞAHİN / TƏTİL DÜŞÜNCƏLƏRİ

PDF faylını alÇapE-poçt

13.09.13 04:21 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 11:59

1- “Yerində və zamanında söyülən söyüş bəlağətdir”, “yerində və zamanında edilən zarafat vaxtında yeyilən yemək kimidir”,- demuşlər. Hava limanında vidalaşırıq. Arxada qalanlardan biri qəmgin səslə “haqqınızı halal edin, biz indi avtobusa minib qarşıya keçəcəyik, siz əminliklə uçacaqsınız, bəlkə görüşmədik”,- deyir.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV / KÖLGƏLƏR ŞƏHƏRİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 11.09.13 11:58

İsti yay günləri. Gecələr qısa gündüzlər uzun. Günəşin insan beynini əridən isti şüaları. Yollarda istidən yaranmış isti ilğımlar. Yorğunluqdan açılmayan göz qapaqları. Halsız bədənlərdə taqətsiz ruhlar. Beş-on manat çörək pulu üçün köz kimi yanmış fəhlə bədənləri. Küçələrdə susuzluqdan dillərini çıxarıb ləhləyən sahibsiz itlər. Özünü var etmək üçün başqalarını yox etməyə hazır olan vəhşiləşmiş insan gözləri. 

Ardını oxu...

 
 

Aqil ƏLİYEV / FƏZİLƏTLİ ƏMƏLLƏR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 11.09.13 11:56

Bu dünya axirətdəki haqq-hesaba hazırlıq üçün imtahan məkanı olduğuna görə, biz də hesab gününə hazırlaşmalı, böyük-kiçik fərqi qoymadan hər cür faydalı əməlləri axtarmalı və buna əməl etməyə çalışmalıyıq. Mizan tərəzisi qurulanda ən kiçik faydalı əmələ belə ehtiyacımızın olacağını unutmamalıyıq. Zərrə qədər savab və ya günah olsa belə, heç bir şey gözdən qaçmayacaqdır. Uca Allah buyurur:

Ardını oxu...

 
 

Dilarə MANAFOVA / XƏCALƏT

PDF faylını alÇapE-poçt

12.09.13 09:51 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 11:52

     Bayaqdan bəri pəncərənin önündə gəzişir, özünə heç cür rahatlıq tapa bilmirdi. Gah pəncərədən yağan payız leysanını seyr edir, gah da damasanın üstünə qoyduğu saralmış şəklə sancılıb qalırdı baxışları. Əliylə sanki şəklin üstünü silirmiş kimi barmaqlarını ehmalca şəklin üstündə gəzdirdi. Xəyal onu bu gün olub keçənlərin, XƏCALƏT dənizinin burulğanında  yelləyirdi...

Ardını oxu...

 
 

Alpay ƏHMƏD. Tarix elmləri üzrə fəlsəfə elmləri doktoru / MÜSƏLMAN TOLERANTLIĞININ HƏDLƏRİ

PDF faylını alÇapE-poçt

12.09.13 09:47 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 11:47

      İş elə gətirib son illərdə nəinki İslam, eləcə də xristian dünyasında daha çox insanların dini inancları təhqir, lağ, ikrah və ironiya obyektinə çevrilir. Etiraf edək ki, Qərb bu cür hücumlara o dərəcədə tolerantlıq göstərib ki, hətta demək olar, onlar mövcud durumla bir növ barışası olublar.

Ardını oxu...

 
 

Nizami MƏMMƏDOV / GÖZƏL ALMA ÇÜRÜK ALMADAN BETƏR

PDF faylını alÇapE-poçt

12.09.13 09:48 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 11:43

Ucqar kəndlərin birində məşhur bir bağban var idi. Həmin bu bağban öz alma bağı ilə hər yerdə tanınmışdı. Hər kəs demək olar ki, onun bu alma bağından danışırdı. Günlərin birində bu bağbanın xarici ölkədən bir dostu gəlir. Bu dost bağbana xaricdə olan yeniliklərdən danışır və bağban dostuna təklif edir ki, ona xaricdən gətirmiş olduğu yeni alma ağaclarından birini versin. O alma ağacının özəlliyi o idi ki, bu ağac həm həddən artıq məhsuldar, həm də zahiri baxımdan çürüməyən, gözəl görünüşlü, lakin çürük alma  qədər belə faydası olmayan ağac növü idi. 

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV / "MÜDƏSSİR" SURƏSİ

PDF faylını alÇapE-poçt

12.09.13 09:50 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 11:38

     “Muddəssir” surəsi Məkkədə nazil olmuş və 56 ayədir. Hz. Peyğəmbərin (s.ə.s) şəxsiyyətinin bəzi yönlərini izah edir. Ona görə “Müddəssir” surəsi deyilmişdir. Bu mübarək surə Peyğəmbərə (s.ə.s) dəvət məsuliyyətini, təbliğ vəzifəsini cəhd və səylə yerinə yetirməsini, kafirləri xəbərdar etmə və Allah, Onunla düşmənləri arasında öz hökmünü 

Ardını oxu...