10.09.13 10:36 ərzində olan dəyişikliklər Yazan redaktor 10.09.13 10:22
İslam dini digər bir sıra dinlərdən və inanc sistemlərindən fərqli olaraq insanın yalnız ibadət həyatını nizamlamır, eyni zamanda onun gündəlik yaşam tərzini, insanlarla münasibətini, ailədəki rolunu, bir sözlə bütün hərəkət və hallarını istiqamətləndirir.
10.09.13 10:33 ərzində olan dəyişikliklər Yazan redaktor 06.06.13 08:42
Əşrəfi-məxluqat olaraq yaradılan insan Rəbbi tərəfindən müxtəlif nemətlərlə təchiz edilmişdir. Nədənsə hər zaman ilahi nemətlərə misal olaraq əsasən yediklərimiz və maddi olaraq sahibləndiklərimiz göstərilir. Halbuki bizə verilən ən böyük nemət hisslərimiz, duyğu və düşüncələrimizdir. Əslində xəyal qurmaq, fikirləşmək, sevinmək, kədərlənmək və bu kimi bütün hisslər bizə verilən hədsiz dərəcə qiymətli nemətlərdir. İnsan nisyan sözündən törəmişdir və unutqan varlıqdır. Şərqin dahisi Mövlana Cəlaləddin Rumi insanın nisyanını əslində Allahın ona verdiyi nemət sayır.
Yazan redaktor 06.06.13 08:40
Çox qəribədir, bu gün demək olar ki, böyük əksəriyyətlə insanlar özlərini unutmuşlar. Sual oluna bilər: İnsan özünü düşünmürsə, bəs onda nəyi düşünür? Cavab: Dünyanı, pulu, həyatı, evi, maşının modelini, patlarının gözəl olmasını, dükanların dizaynı. Doğru deyimli? Yəni bu gün sanki hər şey şəkildən ibarətdir, səthi xarakter daşıyır.
Yazan redaktor 06.06.13 08:38
ƏSLA UNUTMAYIN!
• Allahın tək ilah olduğunu,
• Varlığımızın əsas məqsədinin Allaha qulluq olduğunu,
• Məşriqdən məğribə qədər Allahın olduğunu,
• Bütün təbiət hadisələrinin Onun izni ilə baş verdiyini,
• Əsil dost və yardımçının yalnız Allah olduğunu,
Yazan redaktor 06.06.13 08:37
Kapitalizmin hökm sürdüyü günümüzdə mənfəət üzərinə qurulan münasibətlərdə demək olar ki, ən çox qarşılaşılan və yaxud da insanların üzləşdiyi ifadələr unutmaq və unudulmaqdır. İnsan oğlu sevməkdənsə sevilməyi daha çox arzu etdiyi kimi, unudulmağı da o qədər arzu etməz. Məsələn, ən çox dəyər verdiyiniz və sevdiyiniz bir şəxs sizə sizi unutduğunu söyləsə, yəgin ki, çox məyus olar və üzülərsiniz.
18.06.13 11:52 ərzində olan dəyişikliklər Yazan redaktor 06.06.13 08:32
Bütün səmavi dinlərin ortaq bir xüsusiyyəti var. Tövhid əqidəsini qorumaq və ideal bir cəmiyyət yetişdirmək. Tövhid bir olan Allahı (c.c) tanıyıb, yalnız Ona ibadət etmək, ideal cəmiyyət isə; elmli, çağdaş, mədəni, mənəviyyatlı, vicdanlı, vətənini və millətini sevən və bu dəyərlər uğrunda canını belə verməyə hazır olan bir cəmiyyətdir. Bu yuxarıda qeyd etdiyimiz dəyərləri isə insan kiçik yaşlarında, əvvəlcə öz ailəsində qazanır. Ailə böyük bir cəmiyyətin nüvəsi və çəyirdəyidir. Böyük toplumlar elə bu kiçik çəyirdəkdən meydana gəlməkdədir.
Yazan redaktor 06.06.13 08:28
Kamil Məmmədov: Elə dost seçmək lazımdır ki, Allahı unutdurmasın!
(ad-soyad şərtidir)
İrfan: Özünüzü təqdim edin zəhmət olmasa.
Kamil Məmmədov: 1973-cü il təvəllüdlüyəm. Bakı kəndlərindən birində anadan olmuşam. Hal-hazırda Səbail rayonunda yaşayıram. Usta işləyirəm.
Yazan redaktor 06.06.13 08:27
Əmr verən, qadağa qoyan hər şeyi yaradan Uca Allahdır. Onun əmr etdiklərinə fərz, qadağan etdiklərinə də haram adı verilir. Müsəlman olan bir kimsə Allahın əmrlərini yerinə yetirməli, qadağan etdiklərindən çəkinməlidir. Çünki, Uca Allahın bizlərə əmr etdiyi hər şey halal və gözəl, qadağan etdiyi şeylər də pis və çirkindir. Allah Təalanın qadağan etdiyi bu çirkin əməllərin başında heç şüphəsiz ki, içki və qumar durur.
06.06.13 08:27 ərzində olan dəyişikliklər Yazan redaktor 06.06.13 08:22
Fariz Quliyev: Dünyada heç nə əbədi deyil!
(ad-soyad şərtidir)
İrfan: Neçə yaşınız var?
Fariz Quliyev: Əlli iki.
İrfan: Çoxdan ibadət edirsiniz?
Yazan redaktor 06.06.13 07:56
İlahi feyz və bərəkətin coşduğu, bol olduğu mübarək və bərəkətli gecələrimizdən biri də Merac gecəsidir. Merac gecəsi üç ayların ikinci mübarək gecəsidir. Lüğətdə yüksəlmək mənasına gələn merac Əziz Peyğəmbərimiz Hz. Muhəmməd (s.ə.s)-in gecənin bir saatında Məkkədən (Məscidi-Haramdan), Qüdsdəki Məscidi-Əqsaya, oradan da göylərə səyahət etdiyi, uca məqama çıxarıldığı mübarək gecənin adıdır.
Yazan redaktor 06.06.13 07:51
ƏSAS MƏSƏLƏ ONU ANLAMAQDIR
İrfan: Əvvəlcə özünüzü təqdim edin zəhmət olmasa.
Prof. Dr. Yavuz Ünal: Samsunda 19 May Universitetinin Hədis kafedrasının müdiriyəm. Eyni zamanda Din İşləri Başqanlığının idarə heyətinin üzvüyəm.
İrfan: İlk dəfədirmi, Azərbaycana gəlirsiniz?
Yazan redaktor 06.06.13 07:49
Eşq fəlsəfəsi çox dərindir, bəlkə də onun yaranma tarixi bəşəriyyətin yaranma tarixi ilə eynidir. Eşq insana verilən yeganə hiss və duyğudur ki, yerini və səmtini dəyişmir, hər yerdə ona eşq deyilir. Onu təsəvvürlərə sığdırmaq çox çətindir. Elə insanın özü də eşqin şöləsindən yaranmışdı. Eşqin fəlsəfəsini dərk etmək üçün gərək insan onu öz qəlbində axtarsın.
Yazan redaktor 06.06.13 07:47
Bu günlərdə oxuduğum bir kitabda qarşılaşdığım maraqlı fikirləri və faktları sizlərlə bölüşmək istədim. Son zamanlar hər kəsin Qərb mədəniyyətinin aliliyindən və mükəmməlliyindən danışdığı bir vaxtda qərbli bir yazıçının gözündən Qərb həqiqətlərini seyr etmək maraqlı oldu mənim üçün. Yazıçı sözün əsl mənasında bizim uzaqdan gözəl gördüklərimizə yaxından şahidlik edib üzdə gözəl görünənlərin həqiqətdə olan bütün eybəcərliklərini ortaya qoymuşdu.
Yazan redaktor 06.06.13 07:45
Sürətlə inkişaf edən texnologiya çağı və bu inkişafa uyğunlaşmaqdan başqa “çarəsi” olmayan bizlərin virtual aləm-həqiqi aləm arasında yaşadığı ikili həyatlar yaşayışımızın hər yönünü ağuşuna almış vəziyyətdədir. ‘‘Texnologiya o qədər irəlilədi ki'' deyə başlayan cümlələrin sonu ümumiyyətlə şikayətlənmələrlə bitir. İşlərin bu qədər asanlaşmasına və virtual aləmdə istifadə edilən ifadə ilə “bir düyməylə hər şeyin əlimizin altında olmasına” baxmayaraq daim nələrinsə əskikliyini ruhumuzda duyuruq.
Yazan redaktor 06.06.13 07:44
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqq-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər”. (Ali-İmran 18 )
Yazan redaktor 06.06.13 07:43
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ
“İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər.”
Bəqərə surəsi, 8
İslam iman və əməl nöqteyi-nəzərindən səmimi və dürüst təslimiyyət mənalarını ifadə edir. Ziddi inancsızlıq, saxtakarlıq, münafiqlik və s. mənfi mənalardır. Yuxarıda keçən ayə münafiqlik xüsusiyyətinin əsas xarakteristik xüsusiyyətlərini ehtiva edir. Münafiq kimdir və hansı xüsusiyyətlərə malikdir?
Yazan redaktor 06.06.13 07:39
عَنْ أَبِي مُوسَى رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَثَلُ الَّذِي يَذْكُرُ رَبَّهُ وَالَّذِي لاَ يَذْكُرُ رَبَّهُ، مَثَلُ الحَيِّ وَالمَيِّتِ
Əbu Musadan (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allahı zikr edənlə, zikr etməyənin misalı ölü ilə dirinin misalı kimidir.” (Buxari, Dəavat, 66)
Rəsulullah (s.ə.s) hədisi-şərifdə zikr edənlərlə etməyənləri qarşılaşdıraraq Allahı zikr edənlərin diri, Allahdan qafil qalanların isə ölü olduğunu qeyd etmişdir.
Yazan redaktor 06.06.13 07:33
İmam Rəbbani həzrətləri buyurur:
“(Allahın razı olacağı gözəl bir qulluğa) nail olmağımızda sərf etdiyimiz əməklərimizin heç bir payı yoxdur! Nə varsa, hamısı Allahın lütfüdür. Ama mütləq buna hansısa bir səbəb göstərmək lazımdırsa, deyərdim ki, bütün lütflərin səbəbi gəlmiş və gələcək olan bütün bəşəriyyətin əfəndisi olan Rəsulullah r-ə bağlanıb, Onun mübarək izi ilə getməkdir...
Yazan redaktor 06.06.13 07:31
Qurani-Kərim ayə-ayə, surə-surə ehtiyaclara görə 23 ildə vəhy yolu ilə Hz. Peyğəmbərə gəlmiş, vəhy katibləri tərəfindən yazılmış, yüzlərlə hafiz tərəfindən əzbərlənmiş, təvatür yoluyla heç bir dəyişikliyə və əskikliyə uğramadan bizə qədər gəlib çatmışdır.
Yazan redaktor 06.06.13 07:29
BİZ BAŞA DÜŞMƏLİYİK Kİ, ÖZ DƏYƏRLƏRİMİZ VAR.
İrfan: İlk növbədə özünüz haqda qısa məlumat verin zəhmət olmasa.
Hacı Səlim Əfəndi: Səfərov Səlim Rəhim oğlu, 1940-cı ildə Şəki şəhərində anadan olmuşam. Atam müharibədə həlak olub. Orta məktəbi bitirdikdən sonra 1960-64-cü illərdə əsgərlikdə olmuşam. 1974-cü ilə qədər müəyyən sahələrdə çalışdıqdan sonra uşaqlıqdan dinə olan həvəsim nəticəsində dini sahədə fəaliyyətə başlamışam.
Yazan redaktor 06.06.13 07:26
Hədəf seçib, seçdiyi hədəfə çatmaq və uğurlu olmaq istəyən əksər insanların düşdüyü xətalardan biri də nəticə üçün tələsməkdir. İnsanlar bir hədəf seçib, həyatında nəyisə dəyişmək istəyərkən bunun qısa bir zaman içərisində olmasını gözləyirlər. Bu mümkünsüz olduğu üçün gözlədiyi vaxt müddətində bunun reallaşmamasına görə xəyal qırıqlığına düşür və bunu öz istedad və bacarıqsızlıqları ilə əlaqələndirirlər.
Yazan redaktor 06.06.13 07:22
Mükəmmələ yüksəlmiş yeganə insan Hz. Muhamməddir!
İrfan: Bülent bəy, Azərbaycana nə ilə əlaqdədar gəlmisiniz? Bakını bəyəndinizmi?
Bülent Akyürek: Buraya konfrans vermək üçün dəvət olundum. 10-a yaxın yerdə konfrans verdim. Bakıya, yəni Azərbaycana gəlişimin səbəbi budur. Şəhərinizi çox bəyəndim. Mütləq görüləcək yerlərdəndir. Ümumiyyətlə dünyanın harasına gedirsən get, bizim yazıçılara faydalı olacaq imkanlar var.
Yazan redaktor 06.06.13 07:18
QƏRİBƏ İŞLƏR
Cinayət, intihar və qəza hadisələrindən sonra təmizlik işləri görülməlidir. Ölənin yaxınları bunu edə bilməz. Amerikada ölümdən sonra təmizlik işləri aparan “Hadisə yerini təmizləmə şirkətləri”ndə 500-ə yaxın adam işləyir.
Yazan redaktor 06.06.13 07:16
Hər çözülməyən problem dərddirmi? Bu suala hardasa “Hə”, hardasa “Yox” cavabı vermək olar. Məsələn, ümummilli səviyyədə elə bir problem ola bilər ki, onu əhalinin böyük bir hissəsi özü üçün dərd hesab etməz. Fransada, eynicinslilərin evliliklkərinin leqallaşdırılmasına etiraz edən fransızlar çoxsaylı nümayişlər keçirdir, amma bütün bunlara baxmayaraq Senat həmin mənfur qanunu qəbul edir, prezident təsdiq edir və bununla bağlı, etiraz edənlər çiyinlərini tərpətməklə, yəni nə etmək olarla, kifayətlənə bilər.
Yazan redaktor 06.06.13 07:13
Tövbə Edən Gənc
Allah-Təala Musa Peyğəmbərə: “Ey Musa! Filan məhəllədə bizim dostlarımızdan biri vəfat etdi. Get onun cənazə işlərini gör. Sən getməzsənsə, bizim rəhmətimiz onun işlərini görər”,- buyurdu. Həzrət Musa əmr olunan məhəlləyə getdi. Ordakılardan: “Bu gecə burada Allah dostlarından biri vəfat etdimi?”,- deyə soruşdu.
Yazan redaktor 06.06.13 07:04
Sual: İslamda içki necə haram edildi?
Cavab: İçki insanın həm fiziki, həm də ruhi cəhətdən sağlamlığına zərər vurduğu üçün bütün ilahi dinlərdə qadağan olunmuşdur. İslamdan əvvəl və İslamın Məkkə dövründə cahiliyyə ərəbləri içki içir və bunu həyatlarının bir hissəsi kimi qəbul edirdilər.