Home Arxiv 2013 № 77 Aprel

№ 77. Aprel

Nurlan MƏMMƏDZADƏ / ŞEİRİN ÜFÜQÜNDƏ ONA CAN ATMAQ

PDF faylını alÇapE-poçt

08.05.13 13:04 ərzində olan dəyişikliklər Yazan redaktor 07.05.13 05:10

Zaman; zamanların ən gözəli, əsri-səadət. Həzrət Rəsul həyatda, Mədinədə əshabıyla birlikdə...

Məkan; Məkkə... Kəbə bütlərlə dolu, qəlblər küfr və şirk bataqlığında. Hələ müsəlman deyil Əbu Süfyan, İkrimə, Xalid və digərləri; Günəşin yaxınlığında...

Ardını oxu...

 

Hacı Sabir HƏSƏNLİ / Peyğəmbər Sevgisi

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 05:08

 

Bildiyimiz kimi Allah-Təala Həzrət Peyğəmbəri öz lütfündən bəşəriyyətə ərməğan etmişdir. Onun uca əxlaqı və yaşadığı möhtəşəm həyatı iman gətirənlər üçün ən müstəsna nümunədir. Onu öyrənmədən dinimizin incəliklərindən xəbərdar olmaq mümkün deyil. Qurani-Kərimdə yaradılış qayəmizin Allaha qulluq olduğu bildirilir. Həzrət Peyğəmbər isə bizə bu qulluğun necə olacağını, yəni Rəbbimizə nə cür qul olacağımızı öyrədən Rəsuldur. Həqiqi sevgi sevilənə tabe olmağı zəruri qılır. Bir insanın sevgisi sevdiyinə bağlılığı, itaəti nisbətində ölçülür. Xatəmül-Ənbiyaya sevgimizin ölçüsü də məhz Ona itaətimizdə öz əksini tapır. Üstəlik Ona tabe olmaq Rəbbimizin bir əmridir:

Ardını oxu...

 
 

Məmməd MƏMMƏDZADƏ / AZƏRBAYCAN ƏDƏBİYYATINDA PEYĞƏMBƏR MÖVZUSU

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 05:05

 

Min ildən də artıqdır ki, bəşəriyyət VI yüzillikdə Ərəbistanda doğan Günəşi – iki cahan sərvəri, 124 min peyğəmbərin sonuncusu Xatəmül-Ənbiya Muhamməd (s.ə.s)-i vəsf edir, həyatında baş verən ən adi, kiçik hadisələri, ömrünün hər gününü, hər saatını, dəqiqəsini usanmadan, yorulmadan öyrənməyə çalışır və öyrəndiklərini hamının malı etmək istəyir. Məhz buna görədir ki, haqqında ən çox yazılan yeganə şəxsiyyət o Uca Peyğəmbərdir. Şanlı Peyğəmbərimizi vəsf edənlər arasında, şübhəsiz ki, şairlərin özünəməxsus yeri var. Azərbaycan ədəbiyyatının qədim və orta əsrlərində yaşayan hər bir şair daxilində alovlanan  Peyğəmbər sevgisini dönə-dönə vəsf edərək Şərq ədəbiyyatında Rəsulullaha həsr edilən şeirlər – nətlər yazdı.

Ardını oxu...

 
 

İbrahim Erol / İMAM BUSAYRİ VƏ QƏSİDEYİ-BÜRDƏ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 05:02

 

İmam Busayri həzrətlərinin əsil adı Məhəmməd bin Səid bin Hammaddır. Böyük övliya və qabaqcıl İslam alimi, Peyğəmbər aşiqidir. Hz. Peyğəmbərə olan sevgisini, eşq və məhəbbətini dilə gətirdiyi bir çox şeir, beyt və nəti-şərif yazmışdır. İmam Busayri həzrətləri 1212 (609), yaxid 1211 (H. 608) tarixində Misirin Busayr şəhərində anadan olmuşdur. Təhsilini harada alması ilə bağlı qaneedici məlumat yoxdur. Uşaqlıq illərindən etibarən Quran təhsili aldığı və Qurani-Kərimi əzbərlədiyi məlumdur. Daha sonrakı dövrdə Qahirəyə gedərək təhsilinə davam etmişdir. Şeyx Əbdüzzahir Məscidində İslam elmləriylə birlikdə dil və ədəbiyyat dərsləri almışdır. Daha çox siyər və hədis elmlərinə maraq salaraq bu sahələrdə ixtisaslaşdı.

Ardını oxu...

 
 

Tanınmış şair Məmməd ASLANLA REPORTAJ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:59

 

Böyük şair Məmməd ASLAN:

O QƏSİDƏ TÜRKÜN ƏN BÖYÜK ƏSƏRLƏRİNDƏN BİRİDİR

İrfan: Bildiyimiz kimi Hz. Peyğəmbərin şəninə çox şeirlər yazılıb. Türk dünyasının yetişdirdiyi ustad şairlərin qələmə aldığı nətlər barədə nə deyə bilərdiniz?

Ardını oxu...

 
 

PEYĞƏMBƏR SEVGİSİNİN YANİQ TƏRƏNNÜMLƏRİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:50

 

Gözlər işıq alır ayaq tozundan,

Aləm işıqlanır daima ondan.
Səndən işığını almayan bir şam
Sönər öz yeliylə, qaralar müdam.

                                  Nizami Gəncəvi

Ardını oxu...

 
 

Rüfət ŞİRİNOV / XXI əsrdə Onu anmaq

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:48

 

Anmaq sevməyin bir təzahürüdür. Anmaq duyğuların yenilənməsidir. Anmaq bağlılığın nişanəsidir. Bəzi insanlar var ki, onların dünyasını dəyişməsi eyni zamandan onun hər kəsin yaddaşlarından silinməsidir. Bəzi insanlar da var ki, onların dünyasını dəyişməsi bəşəriyyət üçün qurtuluş ve sevincdir. Amma bəzi şəxsiyyətlər var ki, onların dünyasını dəyişməsi bəşəriyyət üçün hicrandır, həsrətdir. Şübhəsiz ki, belə şəxsiyyətlərin başında Həzrət Muhamməd (s.ə.s) gəlir. O hələ təzəlikcə vəfat etmişkən bəzi səhabələrin buna inana bilməyib qəbullana bilməməsini bu həsrətin bir nişanəsi kimi başa düşməliyik. Çünki onlar özlərini bataqlıqdan çıxarıb, cəmiyyəti gülüstana çevirən Peyğəmbəri (s.ə.s) canlarından, mallarından və övladlarından daha çox sevir, “anamız-atamız sənə fəda olsun, ya Rəsulallah!”- deyərək xitab edirdilər. Ondan 14 əsr sonra bəs biz?...

Ardını oxu...

 
 

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Din Xidmətləri Müşaviri Dr. Sadık ERASLANLA REPORTAJ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:47

 

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Din Xidmətləri Müşaviri Dr. Sadık ERASLAN: BƏŞƏRİYYƏT ONU TANIMAĞA MÖHTACDIR.

İrfan: Sadık bəy, Hz. Peyğəmbərin Mübarək Doğum Həftəsi yaxınlaşır. Bu barədə nə deyə bilərsiniz?

Ardını oxu...

 
 

Eldar Kərimov / İnsandan müsəlmana

PDF faylını alÇapE-poçt

07.05.13 04:43 ərzində olan dəyişikliklər Yazan redaktor 07.05.13 04:32

 

Dünyada yüksəkliklərə qalxmaq üçün bir nərdivan vardır. O nərdivanın adı həyat nərdivanıdır. Bu həyat nərdivanının ilk pilləsi isə insan olmaqdır. İnsanaxas xüsusiyyətlərə sahib olan bir insan olmaq. Çirkli dünyada yaşayıb üzərimizi bulaşdırmamaqdır əsas olan. Bizi doğruya aparmalıdır tutduğumuz yol. Qorxaraq deyil sevərək üz tutmalıyıq Yaradana doğru.  Bizə yaxşı desinlər deyə etməməliyik yaxşılıqları. Yaxşılıq etməyin boynumuzun borcu olduğunu unutmamalıyıq. Ətrafımızdakı insanlara yad insanlar olaraq deyil, eyni ata-ananın övladları olaraq baxa bilməliyik. İlahi bir sevginin əsəri olduğumuzu unutmamalıyıq heç vaxt.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU / AXİRƏT ƏNDİŞƏSİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:29

 

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl borc verin, özünüz üçün öncə nə yaxşı iş görsəniz, Allah dərgahında onun xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmanızı diləyin. Həqiqətən Allah bağışlaayandır, rəhm edəndir.” (Müzzəmmil, 20)

Ardını oxu...

 
 

Yazar Veysel Akkaya ilə Reportaj

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:21

 

 

Yard. Doç. Dr. Veysel Akkaya: Amerikada ən çox onu oxuyurlar.

Veysel Akkaya kimdir?

Veysel Akkaya Türkiyə cümhuriyyətinin Mərmərə Universiteti İlahiyyat Fakültəsi məzunudur. Təsəvvüf sahəsində “İsmayıl Haqqı Bursəvinin Töhfeyi-Ataiyyə adlı əsəri” ilə magistraturasını, 2009-cu ildə Mərmərə Universitetində “Muhyiddin İbn Ərəbidə İdris Peyğəmbər” adlı elmi işini tamamlayaraq doktorluq ünvanı almışdır. Hal hazırda KTÜ İlahiyat fakültəsində dərs deyir. Bir çox əsərin müəəllifidir. Bir neçə kitabı azərbaycan, rus, tayland və gürcü dillərinə tərcümə edilmişdir.

Ardını oxu...

 
 

Fuad QULİYEV / BİR AYƏ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:18

 

وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ ۛ وَأَحْسِنُوا ۛ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ

(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.Bəqərə 2/195

Bu ayənin eniş səbəbi Allah yolunda mucadilə aparmaqdan və Onun uğrunda mal xərcləməkdən boyun qaçırmağın təhlükəli bir əməl olduğunu xatırlatmaqdan ibarətdir. Bəzi hədis mənbələrində belə bir rəvayət keçir:

Ardını oxu...

 
 

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əbul-Həsən Haraqani (q.s) -3-

PDF faylını alÇapE-poçt

21.05.13 06:54 ərzində olan dəyişikliklər Yazan redaktor 06.05.13 15:08

 

Əbul-Həsən Haraqani həzrətləri buyurur:

“Dünyada hər zaman və məkanda Allahın zikri ilə dolu olan könüldən daha qiymətli heç nə yoxdur”.[1]

[Göylərdə və yerdə olan bütün varlıqlar öz dillərində Allahı zikr edərlər. Allah-Təala bu həqiqəti ayeyi-kərimədə belə bəyan edir:

Ardını oxu...

 
 

Səfa Muradov / BİR HƏDİS

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 15:01

 


عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ اللهَ لَا يَنْظُرُ إِلَى صُوَرِكُمْ وَأَمْوَالِكُمْ، وَلَكِنْ يَنْظُرُ إِلَى قُلُوبِكُمْ وَأَعْمَالِكُمْ)

Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah sizin (xarici) görünüşünüzə və var-dövlətinizə deyil, qəlblərinizə və əməllərinizə baxar. (Müslim, Birr, 10; İbn Macə, Zöhd, 9)

Ardını oxu...

 
 

Musfiq XƏLİLOV / Peyğəmbərimizin uşaqlara münasibəti

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 14:58

 

İslam dininin uşağa münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışına əsaslanır. Çünki uşaq dünyaya tərtəmiz bir yaradılışla və günahsız olaraq gəlir. Həddi-büluğ yaşına qədər etdiyi hərəkətlərinə görə dini baxımdan məsuliyyət daşımır. Dünyaya yeni gələn körpə hər cəhətdən böyüklərin köməyinə möhtac olub, müəyyən yaşa qədər valideynlərinə bağlıdır. Bu səbəbə görə uşaq lazım olan qayğının ona göstərildiyi təqdirdə sağlam bir şəxsiyyət kimi formalaşa bilər. Bu nöqteyi-nəzərdən baxanda Hz. Peyğəmbərin (s.ə.s) uşaqlara münasibəti və onların yetişdirilməsinə aid tövsiyələri son dərəcə diqqətə layiqdir.

Ardını oxu...

 
 

MUHAMMED ALİ EŞMELİ / HİLYEYİ-ŞƏRİF

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 14:53

 

İslam düşüncə tərzi bütləşdiriləcək şəxsiyyətlərin təsvirlərinin çəkilməsinə qarşı olmuş, bu səbəblə heç kim Hz. Muhammədin şəklini çəkməyə gərək görməmişdir. Xəyali bir rəsm çəkməkdənsə, səhih rəvayətlərdən yola çıxaraq Onu anlatmaq hər kəsin könlündə təcəlli etdiyi şəkliylə Peyğəmbəri təsəvvür edib, Ona bağlanmağa imkan verir.

Ardını oxu...

 
 

Əlyazmalar İstitutunun elmi işçisi Zaur Orucovla REPORTAJ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 14:47

 

AMEA M. Füzuli adına Əlyazmalar İstitutunun elmi işçisi

Zaur Orucov:

Sənət insan ruhunun zahirə əks etməsidir.

Ardını oxu...

 
 

PEYĞƏMBƏR SEVGİSİNİN YANİQ TƏRƏNNÜMLƏRİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 14:40

 

Ayı barmağıyla bölübsə əgər,

Yumruğu önündə günəş neyləyər?!

Ardını oxu...

 
 

Salih Zeki Meriç / CƏMİYYƏTİN İSLAMI - İSLAMIN CƏMİYYƏTİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 14:38

 

Nəsillər sürətlə inkişaf edir, böyüyür. Zaman sürətlə axır. İnsan ömrü nədir ki? Bir il, beş il, on il, əlli, altmış və yetmiş... Həyat bitir.

İslamın təməl əsasları deyə ifadə edilə biləcək mənbələr; başda Quran və Sünnədir. İslam alimlərinin ictihadları və cəmiyyətin adət-ənənəsi bu iki mənbədən sonra gəlir. Bunların hamısı bir dəyər ifadə edir. Hər nəslin özündən sonrakı nəslə buraxdığı bu əsas dəyərləri qəbul edən nəsil həmin dəyərləri qorumaqla və eyni həssaslıqla özündən sonrakı nəsillərə çatdırmaqla məsuldur.

Ardını oxu...

 
 

Adem ŞAHİN / NATIONAL GEOGRAPHIC, İNTERNET VƏ TABU SƏNƏDLİ FİLMLƏRİ -1

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 14:33

 

National Geographic  dərgisi 1888-ci ildən etibarən mütəmadi olaraq nəşr edilir. 32 dildə çıxan jurnal ayda qırx milyon insana çatdırılır. National Geographic  bəlgəsəl kanalı da 164 ölkədə, 27 dildə izlənir. İnternet hərbi qurumlarda xəbərləşmək məqsədi ilə qurulmuşdur. Mərkəzi Vaşinqton olan National Geographic dərnəyinin də hərbi kəşfiyyat və istismar olunacaq ölkələri hərtərəfli tanımaq məqsədilə qurulduğu iddia edilir.

Ardını oxu...

 
 

Ağsaqqal nəsihəti

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 05:28

 

İrfan: Əvvəlcə özünüzü tanıdın zəhmət olmasa.

Vaqif Nuriyev: Mən, Vaqif Bilal oğlu Niriyev 1941-ci ildə aprel ayının 24-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşam. 1961-ci ildən dövri mətbuatda çıxış edirəm. "Kommunist", "Sovet Kəndi", "Yeni Şirvan" qəzetlərində və "Kənd Həyatı" jurnalında müxtəlif oçerklərlə, hekayələrlə çıxış etmişəm. Eyni zamanda "Gənc Sabirçilər" Ədəbi Dərnəyinin fəal üzvlərindən biriyəm.

Ardını oxu...

 
 

Anar Qurbanov / Sual Cavab

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 05:25

 

Sual: Xına, saç boyası, dırnaq lakı və dodaq pomadası kimi kosmetik vasitələr          dəstəmaz və qüslə əngəl təşkil edirmi?

Cavab: Xınadan sonra üzvdə qalan sadəcə olaraq rəngdir. Xına suyun dəri və ya dırnaqla təmas etməsinə əngəl təşkil etmir. Məhz bu səbəbdən xına qoymaq dəstəmaza əngəl deyil.

Ardını oxu...

 
 

Musfiq XƏLİLOV / Boşanma

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 04:27

 

Ailələr cəmiyyətin ana sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyət bir o qədər sağlam olar. Ailə iki nəfərin qurduğu bir müəssisədir. Ailə sağlam bir cəmiyyətin formalaşması üçün qoyulan bir kərpicdir. Necə ki, sağlam ailələrdən sağlam cəmiyyət formalaşır. Ailə kralların belə girə bilmədiyi bir qaladır. Ancaq çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə bu ailə qalası yıxılmaqda, boşanmaların sayı sürətlə artmaqdadır.

Ardını oxu...

 
 

Mustafa ŞAHİN / AĞAC YAŞ İKƏN ƏYİLƏR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 04:26

 

Heç birimiz mükəmməl deyilik, amma çox vaxt başqalarından, xüsusilə də uşaqlarımızdan mükəmməl olmalarını gözləyirik. Halbuki “yaxşı övlad yetişdirməyin birinci şərti yaxşı valideyn olmaqdır”. Burada uşaq tərbiyəsi ilə bağlı gözardı edilən bəzi həqiqətləri diqqətinizə çatdırmağa çalışacağıq.

Ardını oxu...

 
 

Rövşən QƏNİYEV / 31 Mart - Qondarma soyqırımın kölgəsində gerçək soyqırım

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 04:24

 

Müstəqilliyin bəxş etdiyi əvəzsiz nemətlərdən biri də odur ki, bu gün biz tarixi keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişik. Totalitar təzyiq və təqiblər nəticəsində illərlə gizli saxlanılan, inkar edilmiş, təhrif olunmuş həqiqətlər bu gün özünün həqiqi qiymətini tapır. Tariximizin uzun illər gizli saxlanılan, elmi ədəbiyyatda bir neçə cümlə ilə “Əksinqilabi qiyamın qarşısının alınması” kimi xarakterizə edilən 31 Mart Soyqırımı bu gün artıq xalqımız tərəfindən fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz bir gün kimi qəbul olunmuşdur.

Ardını oxu...

 
 

Rüfət Şirinov / KEÇMİŞLƏRƏ QURAN OXUYAQ YA YOX?

PDF faylını alÇapE-poçt

Yazan redaktor 06.05.13 04:21

 

Dünyasını dəyişən insanlar üçün Qurani-Kərimin oxunub-oxunmaması ilə əlaqəli mübahisələr XXI əsrdə hələ də aktuallığını qoruyur. Ünvanımıza gələn bəzi xahişləri də nəzərə alaraq bu sayıdakı yazımızda İslam alimlərinin bu mövzudakı bəyanlarını oxucularımıza çatdırmaq istədik. Mövzuya Həzrət Peyğəmbərin “Ölülərinizə Yasin surəsini oxuyun” (Əbu Davud, İbn Macə, Əhməd ibn Hənbəl) hədisini izah edərək başlamaq istərdim.

Ardını oxu...

 
 

Səhifə 1 > 2-dəan