Salih Zeki Meriç / SƏTİRLƏRDƏN KÖNÜLLƏRƏ…

Yazan redaktor 20.06.13 09:47

Həzrət Peyğəmbərin dünyasını dəyişməsi ilə bağlı Hz. Ömərin tövrü çox diqqətçəkicidir. Bu tövr qarşısında Hz. Əbu Bəkrin cavabı da bir o qədər ibrətlidir. 

Bir anlıq yada salaq:

Peyğəmbərimizə canları bahasına bağlı olan əshabi-kiram uzun illər Onun ətrafında pərvanə olmuş, Onu sevmiş, Onunla kədərlənmiş, Onunla sevinmiş bir cəmiyyət formalaşdırmışdı. Başlarında Allah Rəsulu vardı. Onun şəxsində özlərinə və ümmətə nazil olan vəhy. Rəsulullahın formalaşdırdığı yeni xarakterlər. Cəhalət bataqlığından çıxarıb İslamın nuruna qərq etdiyi məkkəli, mədinəli və digər bölgələrin insanları. Əsri-səadət adlanan bir dövrün zirvə şəxsiyyətləri.

Ardını oxu...

 

Eldar Kərimov / Məni oxu!...

Yazan redaktor 20.06.13 09:46

Oxunacaq çox şey var əslində. Rəflərini dolduran kitablar və gözünlə gördüyün yazıya tökülmüş hər şey. Hardan başlayacağını bilmirsən. Amma yenə də sən ilk əvvəl məni oxu. Əlində olan bütün kitabları kənara qoyub diz çök qarşımda. Ədəb və ərkanla göz gəzdir hikmət dolu kəlmələrimə. Sadəcə oxuyub keçmə bir müddət sonra unutduğun roman kitabları kimi. Məndə olan hər kəlmənin dərinliyinə qərq ol. Mən bir bəşər övladının xəyallarının məhsulu deyil, haqqın bəşər övladına bəxş etidyi hidayət rəhbəriyəm. Mən qaranlıq yolları aydınlatdığım kimi sənin zülmətə qərq olmuş qəlbinə də nur saçan bir vasitəyəm. Vaxtını boş-boş şeylərə keçirdiyin bəsdir artıq. 

Ardını oxu...

 
 

İbrahim Erol / İSLAM MƏDƏNİYYƏT XADİMİ: İMAM QƏZALİ

Yazan redaktor 20.06.13 09:44

İmam Qəzalinin əsl adı Məhəmməd bin Əhməddir. İslam dünyasında və təfəkküründə İmam Qəzali adı ilə məşhurlaşan bu şəxs hicrətdən 450 il sonra bugünkü İranın Tus şəhərində dünyaya gəlmişdir. Atası kasıb, lakin əməlisaleh bir zat idi. Yundan iplik əyirər və onu sataraq ailəsini dolandırardı. Qəzali hələ kiçik yaşlarında ikən atası vəfat etmişdir. Lakin vəfatından əvvəl yaxın bir dostuna oğlunun oxuması və təhsilini davam etdirməsi üçün bir miqdar pul vermişdi. Beləliklə böyük İslam aliminin elm həyat başlamış oldu. Bəzi rəvayətlərdə qeyd olunduğuna görə isə Qəzali qardaşı ilə birlikdə mədrəsəyə yollanır. Atasından miras qalan pul qurtardıqda atasının dostu Qəzalini ödənişsiz təhsil verən bir mədrəsəyə göndərir. Bu mədrəsə zöhd və təqva həyatını dərk etmək və yaşamaq baxımından onun həyatında mühüm yer tutur.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV / Peyğəmbərimizi Nə Qədər Sevirik?!

Yazan redaktor 20.06.13 09:43

Tövbə surəsi 128-ci ayədə Allah-Təala buyurur ki: “Sizə özünüzdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir (sizin səadətinizi istəyir, sizə çox düşkündür), möminlərlə şəfqətli, mərhəmətlidir!”

Peyğəmbərimiz (s.ə.v)-in bizə olan sevgisini Allah-Təala belə xəbər verir.

Ardını oxu...

 
 

Səhifə 2 > 4-dəan