Eldar Kərimov / BİR YAZININ SİRRİ

20.06.13 09:21 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:45

Ağır işlərlə keçən bir həftənin son günü. Mənimlə yalnızlığı paylaşan iş otağı. Aldığım nəfəsləri eşidəcək qədər səssizlik.  Yorğun bədənim və yanımda soyumuş bir sətəkan çay. Başımın ön tərəfində hiss etdiyim şiddətli ağrı. Manitora baxan gözlərimdən süzülən yaşlar. Şiddətli soyuq və qardan sonra üzümə düşən günəş şüaları. Ətrafımda təbiətin, daxilimdə  fikirlərimin donduğu an. Varlıq və yoxluğun tam ortası. Xoş sözlərə sevinməyib, pis sözlərə əhəmiyyət verilməyəcək qədər psixoloji böhran. Nə edəcəyimi bilmədiyim üçün beynimdə canlanan saysız suallar. Xəyal edə bilməyəcək qədər düşüncə sükutu. Yaxınların uzaq, uzaqların daha da uzaq olduğu zaman boşluğu. Uzun sözün qısası, özümü özümdə tapmadığım atmosfer.

Ardını oxu...

 

Rüfət Şirinov / ÖLÜMÜ SEVMƏK

20.06.13 09:22 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:44

Bu il də hər kəs həyəcanla qış fəslini yaşadı. “Gülü sevən tikanını xoş görər” fikriylə hər kəs qışın çətinliklərini görməzdən gələrək sevinclə və həyəcanla bu fəsli keçirdi. Əvəzində yenə hər kəsin sevdiyi yaz fəslinə qovuşmaq var. Bu iki sevimlinin yerlərini dəyişməsi istər-istəməz insanı bəzi həqiqətləri təfəkkür etməyə sövq edir. Təbiətin ölmüş halı qış, təbiətin yenidən dirildilmiş halı yazdır. Bir başqa ifadə ilər desək “Ölüm və həyat”. Qışın gəlməsi və yerini yazın əvəz etməsi bizə öldükdən sonra təkrar dirilməyin varlığını bir daha bütün incəlikləri ilə ifadə edir. Bütün ölmüş, yox olmuş otlar, çiçəklər, ağaclar yenidən canlanacaq və Uca Yaradanını zikr etməyə davam edəcəkdir. Bəs görəsən nə üçün insan ölümün təmsili olan qışı sevdiyi kimi ölməyi sevmir? Nəyə görə ölməkdən qorxur? Nə üçün həqiqətləri görməmək üçün gözlərini yumur?.. 

Ardını oxu...

 
 

LOĞMAN HELVACI / TƏVAZÖKAR BİR HAFİZ

20.06.13 09:22 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:43

Keçən ay hər bir müsəlmana, xüsusilə də Quran hafizlərinə nümunə ola biləcək Hafiz Süleyman Işık qardaşımızı Haqqın rəhmətinə uğurladıq.

Adanalı Süleyman hoca Quran, azan, mövlud, təkbir və salavat sədalarının heç əskik olmadığı bir atmosferdə dünyaya gəlmişdi. Atası Əli Işık xoca mənim də gənclik illərimdə həmişə getdiyim məscidin imamı idi və məscidə aid binada qalırdılar. Əli xocamız da bir sübh namazından sonra əllərini açaraq camaatla birlikdə dua edərkən dünyasını dəyişmişdi. Yəni həyatı da, vəfatı da mehrabda olmuşdu… Süleyman da belə bir ailə böyümüşdü.

Ardını oxu...

 
 

Əhməd Niyazov / “KƏHF” CÜZLƏRİ ƏNƏNƏSİ

20.06.13 09:22 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:32

Bildiyimiz kimi Cümə günləri “Kəhf” surəsini oxumaq müsəlman aləmində  davam edən sünnələrdən biridir. Mətləbdən əvvəl qeyd edək ki, hədis qaynaqlarında bu surəni oxuyanların Dəccalın şərindən qorunacaqlarına dair hədisi-şəriflər rəvayət edilir. Rəvayətlərdən bəziləri surənin ilk ayələrinin, bəziləri isə son ayələrinin  (Müsnəd, VI/446) oxunması ilə əlaqədardır.

Ardını oxu...

 
 

Səhifə 2 > 6-dəan