Home Arxiv 2012 № 64. Mart


Arif Həşimov / BƏRZƏX ALƏMİ

20.06.13 09:25 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 07:58

Bilal ibn Səid və Ömər ibn Əbdüləziz kimi xeyirli-sələf insanların (r.anhum) dediyi kimi, nöqsan sifətlərdən uzaq Allah-Təala Adəm oğullarını fani olmaq üçün deyil, əbədiyyət üçün yaratmışdır. Onları xəlq etdikdən sonra bir yerdən başqa bir yerə köçürər. Hz. Mövlananın dediyi kimi: Unutmayın ki, dünyada yaşamırsınız, dünyanı keçirsiniz.

Ardını oxu...

 

Hasan Enes ÜNLÜ / ƏNGƏLSİZ TƏHLÜKƏ - “TELEVİZOR”

20.06.13 09:25 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 07:57

Bəhs edəcəyimiz mövzu qloballaşan dünyanın tələblərindən biridir. Demək olar ki, hamımız kütləvi informasiya vasitələrindən biri olan televizoru evimizin ən gözəl guşəsində qonaq edirik. Təbii ki, istisnalar vardır, amma bu gerçəyi artıq hamımız qəbul etməliyik. Əslində bir zamanlar televizorla mənim də aram çox yaxşı idi. Tələbə yataqxanalrında qalmağın üstünlüyündən faydalanaraq özümü saatlarla qarşısında məhbus olduğum televiziya xəstəliyindən uzaqlaşdıra bildim.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV / DƏRD VƏ BƏLALARIN SƏBƏBİ NƏDİR?

20.06.13 09:25 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 07:56

Çox vaxt belə bir sualla qarşılaşırıq. Niyə dərdlər və bəlalar müsəlmanların başına gəlir? Halallıqla yaşayan insan kasıblıq çəkdiyi halda, necə olur ki, harama meyil edən insan firavan həyat sürür?

Təbii ki, hər kəs bu kimi suallara müxtəlif şəkildə cavab verir. Kimisi bunun Allahın təqdiri olduğunu söyləyir, kimisi dərd və bəlanın səbir edib cənnəti qazanması üçün fəqirə verildiyini, haram yeyən insanın onsuz da bu dünyada cənnətdəymiş kimi həyat sürdüyünü və s. deyir.

Ardını oxu...

 
 

İbrahim Erol / ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN BİR YETİM: İBN KƏSİR

20.06.13 09:26 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 07:50

Atasını itirəndə hələ üç yaşı vardı İbn Kəsirin… Əsl adı Əbul-Fida İsmayıl İmaduddin ibn Ömər ibn Kəsirdir. İbn Kəsir gözlərini dünyaya Şam yolunun üstündə strateji əhəmiyyəti olan Bəsrədə açdı. Lap qədim zamanlardan bəri ticarət karvanlarının gəlib-keçdiyi bir yer olan Bəsrə eyni zamanda Hz. Peyğəmbərimizin də gənc yaşlarda əmisi Əbu Taliblə ticarət üçün gəldiyi bir yer idi. Hətta Peyğəmbərimiz kiçik yaşlarda Bəsrəyə gəldikdə rəvayətlərə görə Bahira adlı bir rahib azyaşlı Məhəmmədin incildə xəbər verilən son peyğəmbər olacağını söylədiyi yer Bəsrə ərazisidir. Məhz bu torpaqlarda dünyaya gələn İbn Kəsir atasının vəfatından sonra anası və böyük qardaşı ilə birlikdə Şama köçdü.

Ardını oxu...

 
 

Səhifə 4 > 6-dəan