Home Arxiv 2012 № 64. Mart


Nurlan MƏMMƏDZADƏ / ONUN İSTƏDİYİ GÖZƏL İNSAN MODELİ

20.06.13 09:20 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:50

İslam dininin ən böyük hədəflərindən biri, hətta ən əhəmiyyətlisi insan inşasıdır. İslam gözəl insan yetişdirmək məktəbidir. İman gətirənlər hər gün beş vaxt namazın bütün rükətlərində “Aləmlərin Rəbbinə həmd olsun” deyərkən bir daha ilahi tərbiyəyə təslim olduqlarını vurğulayırlar. Çünki Rəbb tərbiyə edən deməkdir. Bütün aləmləri, məxluqatı tərbiyə edən Uca Allah. Elə isə gözəl insan olmaq istəyən müsəlmanın ən əlamətdar vəsflərindən biri bu tərbiyəyə boyun əymək olmalıdır. Bunun nəticəsini Həzrət Peyğəmbərin dilindən belə oxuyuruq: “Məni Rəbbim tərbiyə etdi və əxlaqımı gözəl qıldı.” 

Ardını oxu...

 

Elşən RZAYEV / GÖZƏL İNSAN Ola bilirikmi?

20.06.13 09:20 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:49

Son dövrlərdə insanlar arasında müraciət formasında işlənən bir ifadə var: “Gözəl insan”. Gözəl insan olmaq... Əslində bu, hər bir insanın arzusudur. Ümumiyyətlə insan yaradılış olaraq gözəl yaradılmışdır. Cəmil (gözəl) olan və gözəl olanı sevən uca Yaradan belə buyurur:

“Biz insanı ən gözəl surətdə yaratdıq!” (Tin, 4)

Ardını oxu...

 
 

Mehman İsmayılov / Hər Şeydən Əvvəl “İNSAN” Ol!

20.06.13 09:20 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:48

İnsanların ortaq yönü onların insan olmalarıdır. İnsanlar bu dünyada özlərindən asılı olmayan (vəhbi) və ya özlərindən asılı olan (kəsbi) və yaxud da qismən özlərindən asılı olan, qismən də olmayan (kəsbi və vəhbi) səbəblərdən müxtəlif rolları ifa edirlər. Belə ki, bəzilərimiz zənci, bəyaz, alman, fransız, fars, ərəb, azərbaycanlı kimi vəhbi; bəzilərimiz, adil, yalançı, dürüst, səmimi, yaltaq, liberal, radikal, fanatik və s. kimi kəsbi; bəzilərimiz isə xristian, yəhudi, müsəlman, sünni, şiə, protestant, katolik və s. kimi həm vəhbi, həm də kəsbi rolları bu dünya teatırında ifa edirik.

Ardını oxu...

 
 

QƏHRƏMAN AĞAYEV ilə REPORTAJ

20.06.13 09:21 ərzində olan dəyişikliklər Yazan redaktor 20.06.13 08:46

  2007-ci ildə Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri, tarix elmləri namizədi QƏHRƏMAN AĞAYEV:  Qubada tapılmış kütləvi məzarlar ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyin aşkar nümunəsidir.

İrfan: Qəhrəman müəllim, ilk növbədə tədqiqat işləri barədə ümumi məlumat verərdiniz, mümkünsə! Kütləvi məzarlıq necə aşkarlandı?

Ardını oxu...

 
 

Səhifə 1 > 6-dəan