Yazan redaktor 20.06.13 06:57
Var olan hər bir xalq özünə məxsus ömür yolu keçərək yüzilliklərlə, minilliklərlə öz kimliyini qoruyub-saxlamağa çalışır. Dünya səhnəsində öz rolunu mənfur qonşularımız kimi hiyləgərcəsinə, xayənətkarcasına oynayan xalqlar da var; alicənablıq, igidlik, mərdlik abidəsinə çevrilərək tarixin yaddaşına həkk olanlar da. Fərəh hissi ilə qeyd edək ki, millətimiz hər zaman tarixin amansız sınaqlarından üzüağ çıxıb. Taleyinə dəfələrlə qırğınlar, istilalar, yadelli həmlələri yazılsa da, hər zaman öz mənliyini qorumağı bacarıb bu ulu xalq. Yenidən küllərindən baş qaldırıb.
Yazan redaktor 20.06.13 05:50
Göylər yaman qarışıq,
Ağla, qərənfil, ağla!
Sis gəlir qan qarışıq,
Ağla, qərənfil, ağla!
Yazan redaktor 20.06.13 05:47
Duanın Fəziləti
Allah-Təala buyurur:
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (əl-Bəqərə, 186)
Yazan redaktor 20.06.13 05:46
Mənəviyyatı İslamla yoğrulmuş xalqımızın başda dil olmaqla bütün mənəvi dəyərləri onunla bəzənmiş, bir növ onun ruhunu əks etdirərək hər incisində öz təravətini hiss etdirmişdir. Bu, əslində həyatın həqiqət fəlsəfəsini axtaran əcdadın kainatın mənşəyi və mahiyyəti haqda gəldikləri gənaətin təzahürüdür. Bunu İslamda tapması isə elm və ağılla paralellik göstərən yeganə din olması səbəbilədir. Ona görə də bir müsəlmanın təbiətlə, fərdlə, cəmiyyətlə ünsiyyəti olduğu kimi kainatı yaradan Allahla da ünsiyyəti var ki, bunun əsasını ünsiyyət vasitəsi kimi ibadət və duaları təşkil edir.
Səhifə 1 > 4-dəan