Teymur Əsgərov/DÜNYA GÜNDƏMİ

    PDF faylını alÇapE-poçt

      Share

      Myanma Müsəlmanları əziyyət çəkir

      Cənubi Asiya ölkələrindən Myanmanın qərbindəki Arakan (Rakhine) əyalətindəki Rohingya müsəlmanlarını hədəf alan şiddət hadisələri azalmasına baxmayaraq davam edir.

      Təxminən 100 min Arakan müsəlmanının didərgin salındığı bölgədə həyatını itirənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar verilir. Myanma rəsmiləri, hadisənin “Arakan müsəlmanları ilə budistlər arasında baş vermiş  bir qarşıdurma olduğunu və həlak olanların sayının 80 ətrafında olduğunu söyləyir, amma Arakan müsəlmanlarının aktiv qrupları isə bu sayın minlərlə oduğunu  israr edirlər.

      Myanma rəhbərliyi hələ də bölgəyə hər hansı bir media qrupunun girməsinə icazə vermir. Birləşmiş Millətlər Təşkilatının yardım qrupları bölgədəki ən əsas problemin sığınacaqların olmaması və ərzaq çatışmazlığı olduğunu bildirirlər. Hərbi vəziyyət elan edilən bölgədəki yerli  mənbələr  qarşıdurmaların nisbətən azaldığı məlumatını təsdiqləyir. Myanmanın digər bölgələrində yaşayan müsəlmanların bu hadisələri yaşamamış olması, Arakan hadisələrinin dini bir qarşıdurma olmaqdan çox etnik bir qarşıdurma ola biləcəyi ehtimalını gündəmə gətirir.

      Əhalisinin əksəriyyəti  budist olan Myanmada 75 milyon əhali yaşayır ki, bunun da 4%-ni müsəlmanlar təşkil edir. Ölkədəki müsəlmanların təxminən 1 milyonunu isə ölkənin qərbində Benqal Körfəzi və Banqladeşə qonşu Arakan  əyalətində yaşayırlar. İyun ayında 3 arakanlının bir budist qadına zor tətbiq edilməsi iddiası ilə qiyam qaldıran fanatik budistlər əyalətdə yaşayan təxminən 800 min müsəlmanın şəxsi evlərini, əmlaklarını yandırmağa, müsəlmanları öldürməyə başladılar. On minlərlə müsəlman canını qurtarmaq üçün evini tərk edərək mühacir düşərgələrinə və Banqladeşə üz tutdu, lakin Banqladeş hökuməti sərhədinə gələn müsəlmanları ölkəyə qəbul etmədi. Bir çox arakanlı müsəlman isə çarəni ətrafdakı üçüncü ölkələrə getməkdə tapır.

       

       

      İslamı terrorla gündəmə gətirmə cəhdi

       

      ABŞ-ın Nyu-York ştatındakı metro stansiyalarının birində yenə İslam əleyhinə elanlar verildi. Amerikan Azadlığı Müdafiə adlı qrupun öndərlərindən Pamela Geller Ali-İmran surəsinin 151-ci ayəsini səhv və əskik şərh edən bir afişanı əvvəlcədən hazırlanmış  bir şəkillə birlikdə Nyu- Yorkdakı metro stansiyalarına asdırdı. Elanda 11 Sentyabr  hadisələri zamanı çəkilmiş  Əkiz Qüllələr fotoşəkilinin yanında “Yaxında biz kafirlərin ürəyinə qorxu salacağıq” tərcüməli ayəyə yer verilir. Ayə ingiliscəyə tərcümə edilərkən “qorxu” ifadəsinin qarşılığı olaraq “terror” sözündən istifadə edildi. Yeni bir təxribat olaraq qiymətləndirilən elan böyük etiraz dalğasına səbəb olub. Reklamın nəşr edilməsinə icazə verən Nyu-York Reklam Agentliyi səlahiyyətliləri isə elanı heç bir şəkildə təsdiqləmədiklərini açıqladı. Dinlərarası  Dialoq Mərkəzindən Chloe Breyer reklamların qanuni ola biləcəyini, lakin əxlaqi olmadığını ifadə etdi. Ali-İmran surəsinin 151-ci ayəsində “Haqqında heç bir dəli nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq, onların yeri cəhənnəmdir , zülm edənlərin sığınacaqları yer nə pisdir”  buyurulur. Halbuki Geller ayəni əskik şərh edərək, yalnız “Biz kafirlərin ürəklərinə qorxu salacağıq” ifadələrinə yer verərək böyük təxribata səbəb oldu. Həddindən artıq mühafizəkar fikirləri ilə tanınan İslam əleyhdarı Geller ötən aylarda “Mədəni insanlar ilə barbarlar arasındakı döyüşdə mədənilərin tərəfində olun. İsraili dəstəkləyin” yazılmış elanı başda Nyu-York olmaqla bir çox şəhərdə asdırmışdı. 

       

      21 dekabr “Qiyamət” günü

      2000-ci illərdə başda neft olmaq üzrə bütün əmtəə və əkinçilik məhsulları qiymətlərində böyük bir yüksəlmə müşahidə edildi. 2008-ci ildə qida məhsullarının  qiyməti tarixdə record həddə çatdı. Lakin ABŞ dollarının dəyəri az qala bütün digər valyutalar qarşısında əhəmiyyətli dərəcədə düşmüşdür. Buna paralel olaraq ABŞ-ın daşınmaz əmlak bazarında da böyük enmə yaşandı. Daşınmaz əmlak qiymətləri aşağı düşdüyü zaman “yüksək risk və yüksək faiz krediti” deyilən kredit bazarı çökmüş, kredit faizlərini odəyə bilməyən gəliri az olan ailələrin müfsilləşməsinə səbəb olmuşdur. Tezliklə bu maliyyə böhranının ABŞ maliyə sisteminə təsir etdiyi aydın oldu. Aşağı gəlirli ailələrə yüksək riskli kredit verən bu təşkilatlar kredit əqdlərini birləşdirib birjalarda alınıb-satıla bilən mal halına gətirmışdilər  və investisiya banklarına, ticarət banklarına satmışdılar. Əlində  ən çox yüksək riskli kredit saxlayan investisiya banklarından Bear Stearns mart ayında müflisləşərək ABŞ hökuməti tərəfindən digər investisiya bankı olan JPMorgan Chaseyə satıldı. Bu iflası digər bir kommersiya bankı olan Lehman Brothers və Merrill Lynch və sğorta firması Amercan İnternational Group davam etdirdilər. Vaşınqtonun Mutual və Wachovia kimi banklar müflisləşərək başqa banklara satıldılar. Bu böhranı dayandırmaq üçün sentyabr ayının sonlarında ABŞ konqresi  700 milyard dollar ayırdı, lakin bu da maliyəə böhranının dayandırılmasında çəx az rol oynadı. Artıq banklar bir-birinin ardınca müflisləşir, insanların banklara olan inamı azalırdı və öz yığımlarını banklara yatırmaqdan imtına edirdilər, həmçının alınan kreditlərin geri qaytarılmaması bankları ciddi maliyyə çatışmazlığı ilə üz-üzə qoyurdu. İnsanlar öz pullarını yastıqlarının altına yığaraq dövriyyədən çıxarırdı. Pulları emisya edərək xərcləri ödədikdə isə dövriyyədə nağd pul artır və bu da infilyasiyadan qaçınmanı mümkünsüz edir. Və nəhayət dünya birliyi əhalidəki pulların təkrar istehsala necə cəlb etməyin yollarını axtardılar. Axtarışların nəhayətində qərara gəlindi ki əhali ancaq ömrünün sonunu biləcəyi halda ehtiyat pullarını xərcləyəcək. Ona görə də ortaya “Yalançı Qiyamət” şayiəsi atıldı. 21.12.2012 tarixi “Qiyamətin” vaxtı kimi elan olundu. “Ölümünün vaxtını” bilən dünya xalqları aktivləşdilər. Pul ehtiyatlarını xəcləməyə başladılar, həmçının ömrü boyu arzuladıqlarını həyata keçirmək üçün bank kreditlərinə üz tutdular və bununlada iqtisadiyyatda müəyyən qədər canlanma yarandı. 

      • Hits: 804 clicks

      Tecox component by www.teglo.info