(kimdir) QIZIL ADAM / Adem ŞAHİN

      Share

      Qazaxıstanın Almata şəhəri yaxınlığında 1970-ci ildə yol çəkərkən başdan-ayağa, corabından kəmərinə qədər hər şeyi qızıl olan  bir skelet tapıldı. (Bax. Şəkil 1) Tapılan skelet və əşyaların e.ə 5-ci əsrə aid olduğu öyrənildi.

       Skeletin əynindəki paltar misir piramidalarını xatırladan  yüzlərlə üçbucaq qızılın yenə qızıl tellərlə bir-birinə bərkidilməsi ilə hazırlanmışdı. Skeletin yanında 4800 qızıl əşya tapıldı. Qəbirdən çıxarılan bir kasada “Xanın oğlu 23 yaşında öldü, ailə üzvlərinin başı sağ olsun” sözləri yazılmışdı.

      Qızıl paltarlı adamın qəbirindən çıxan qızılın miqdarı firon Tutankamonun qəbrində tapılanlardan sonra dünyada  2-ci yerdədir.

      Hava və suyun təsirinə məruz qalmadığı üçün qızıl heç vaxt paslanmır, qaralmır və donmur. Yenidən dirilməyə inanan qövmlər ölünün yanına dirildikdən sonra istifadə etməsi üçün qızıl qoyurdular. Hökmdarların taxt-tacını bəzəyirdilər. Qızılın digər bir xüsusiyyəti isə xam halda çox yumşaq olmasıdır. Buna görə asanlıqla döyülərək istənilən hala salına bilir. Kibrit qutusu böyüklüyündə olan bir parçası tennis meydançası böyüklüyündə sahəni örtə biləcək qədər nazildilə bilər. Belə ki, bir qram qızıldan 200 metr tel düzəltmək olar.

      Qızıl paltarlı adamın  əxlaqının və ya ürəyinin qızıl  kimi olub-olmadığını bilmirik. Adını da bilmədiyimiz bir adamın əxlaqı haqqında söz söyləmək qeyri-mümkündür. Bildiyimiz bir şey var, o da Almatadan 865 km. uzaqdakı Türküstan şəhərində  Əhməd Yəsəvi həzrətlərinin türbəsidir. Əhməd Yəsəvi həzrətləri Türküstanda Divani-Hikmət adlı əsəri və nəhəng türbəsi ilə qızıl kimi heç vaxt pozulmadan və dəyərini itirmədən varlığını saxlayır. Əhməd Yəsəvi həzrətləri bu mənada qızıl adamdır. Hədisi-şərifdə buyurulur:

      “İnsanlar mədən kimidir. Əgər dində anlayışını dərinləşdirə bilsə, cahiliyyət illərində xeyirli olan İslamda da xeyirlidir.” (Buxari, Ənbiya 19) İnsanların mədənlər kimi olmaları onların əti və sümükləri ilə əlaqəli deyil. İnsanlar əxlaqları, xidmətləri, dəyər görmələri və  insanlara faydalı əsər miras qoyduqlarına görə qızıl, tənəkə, gümüş, brilyant, dəmir, mis kimi adlanar.

      Şeyx Ədəbali “İnsanlar var ki, şəfəq vaxtında doğular, axşam azanında ölərlər” deyərkən eşqi, ixlası və xidməti ilə qızıla çevrilməyən insanlardan bəhs söz açır. Bu sözə kiçik bir əlavə: Yunus Əmrəyə görə “ölən heyvan imiş, aşiqlər ölməz” sirrinə əsasən ürəyi qızıl adamlar  şəfəq vaxtı doğular, qiyamət şəfəqinə qədər də  yaşamağa davam edərlər.

      Almatadaki qızıl paltarlı adamın geyiminin qiyməti antikvar dəyəri əlavə edilmədən 9 milyon dollar məbləğindədir. Əhməd Yəsəvi həzrətlərinin  paltarları antikvar dəyəri olmadan neçə dollar edərdi görəsən? Milyonlarla dollarlıq paltarlarla torpağın altında yatan qızıl paltarlı adam  1970-ci ilə qədər məchul qaldı. Əhməd Yəsəvi həzrətləri isə 1156-cı ildə vəfatından sonra  unudulmadı. Yalnız Əhməd Yəsəvi həzrətlərimi? 1299-cu ildə vəfat edən Mövlana həzrətlərinin  ildə bir milyondan çox ziyarətçisi var. Yaşayan hansı insanın ildə bir milyon, gündə 3000 ziyarətçisi var? Mədinədə Allah Rsulunun rözəsindəki insan axını salam, salavat və hörmət  hansı yaşayan insana qismət olmuşdur?

      İnsanların mədənlər kimi müxtəlif  dəyər və çoxluğundan bəhs edən başqa bir hədisə keçək: “İnsanlar dəvə kimidir, yüzü bir yerdə olsa da bəzən minəcək bir dəvə də tapmaya bilərsiniz.” (Buxari)

      Hədisi-şərifdə çoxluq içində yox olub gedən və azalan keyfiyyətdən bəhs edilir.

      Bəzən ətrafımızda onlarla insan olur, amma biri ilə söhbət edə bilmirik. Bir xəstəxana dolusu həkim olur, amma müayinə üçün başqa  yerə gedirik. Bir mağaza dolusu ayaqqabı var, amma geyinməyə bir ayaqqabı tapılmır. Fiziki vaxımdan evlənmək mümkün olan minlərlə insan var, amma birini də seçmək mümkün olmur.

      Xəzinə anlayışının içərisində  gözəllik, gizlilik, əldə etməyin çətinliyi,  dəyər və bahalıq halları  mövcuddur. Qüdsi hədisdə Allah-Təala özünü xəzinəyə bənzədir: “Mən gizli bir xəzinə idim, tanınmağı istədim və məxluqatı yaratdım” (bax. Kəşful-Xafa)  Allaha yaxınlaşanlar da xəzinə kimi sirli, dəyərli və bahabiçilməz hala gələrlər.

      İstanbulun daşı-torpağı qızıldır, -deyirlər. Yalnız İstanbulmu? Alma toxumu, qarpız rəngi, buğda sünbülü, qoyun südü daşı-torpağı qızıl olan İstanbuldan geri qalarmı? Yaradılan hər şey  gizli bir xəzinədir və  bu xəzinənin başlanğıc və bitmə nöqtələrini təyin etmə qiyamətə qədər hər dövr və zamanda xəzinənin başqa istiqamətlərini ortaya çıxaracaq elmi tərəqqi və kəşflər hər zaman davam edəcək. İsrafın qadağan olma səbəbi israf edilən şeyin iqtisadi dəyərindən çox   kəşf edilmə prosesi davam edən xəzinə (ayə) olmasıdır.

      “Qızıl taxtım olmaqdansa qızıl bəxtim olsun”, “Bir ovuc qızıldansa bir ovuc torpağın olsun”, “Sarı qızıldansa sarı samanın olsun” kimi sözlər həqiqət olmaqla birlikdə  insanların çoxu tərəfindən özlərini təsəlli və ürəklərindəki ehtirası söndürmək üçün deyilmiş sözlərdir. “Söz gümüşdürsə sükut qızıldır” deyilsə də nə hikmətsə insanların seçimi  həmişə gümüş olmuşdur.

      Tarixdə evinin, avtomobilinin, qaşığının, geyiminin, tualetinin qızıldan olmasına çalışan insanlarla və Allahdan başqa hər şeyin fani olduğunun fərqində olaraq daxilini qızıllaşdırmağa çalışanlar olmuşdur. Qızıl gəlinlik, qızıl diş, qızıl buzov, qızıl taxt, qızıl kubok, qızıl tac, qızıl məbəd, qızıl medal, qızıl tualet, qızıl kran, qızıl çəkilmiş yemək dəsti, hətta qızıl avtomobilə qədər hər şeyə şahid olmuşuq. Paltar və geyim ilə “qızıl adam” olmaq asandır. Çətin insanın gizli xəzinə olan Allahı tapması, o xəzinənin  gözəllikləriylə qızıllaşmasıdır. Zibil tənəkəsinə atılan  bir içimlik içkilərin tənəkə qutusu kimi insan olmamaq duasıyla… Salamat qalın!

      • Hits: 810 clicks

      Tecox component by www.teglo.info