Qardaş Köçəyi / Prof. Dr. Betül ASLAN

      Share

      XX əsrin əvvəllərində Türkiyədə yaşanan hər hadisə, hər inkişaf Azərbaycanda əks-səda göstərməyə başlamışdır. 

      Necə ki, bu inkişaflar Balkan Döyüşləri əsnasında ilk meyvələrini vermişdir. Bu döyüşlər əsnasında Azərbaycan türkləri istər maddi, istərsə mənəvi olaraq Türkiyəyə kömək etmiş, bir qisim Azərbaycan türkü könüllü olaraq Türkiyəyə gələrək Balkan dövlətlərinə qarşı döyüşmüşdür.

      Azərbaycan türkləri arasında milli şüurun inkişaf etdiyi bu dövrdə Birinci Dünya müharibəsi başlamışdı. Daha Balkan Döyüşlərinin oyandırdığı milli həyəcanın təsirləri Azərbaycan türkləri arasında təsirini qoruduğu bu günlərdə Osmanlı Dövlətinin Rusiyaya qarşı döyüşə girərək, ilk başlarda kiçik müvəffəqiyyətlər qazanması Azərbaycan türklərinin milli müstəqillik yolunda böyük ümidlərə qapılmalarına gətirib çıxardı. Ancaq Türk ordusunun Sarıqamışda böyük bir məğlubiyyətə uğraması, bu istiqlal arzularını puç etmiş və onların bu mövzudakı ümidlərinin azalmasına səbəb olmuşdur.

      Sarıqamış məğlubiyyəti Qafqaz Cəbhəsi Döyüşlərində bir dönüş nöqtəsini təşkil etmişdir. Bu döyüş əsnasında türk ordusu böyük güc itkisinə uğradığı üçün artıq Şərqi Anadolu və Qaradəniz sahili rus işğallarına açılarkən, bu bölgələrdə yaşayan türklər üçin də qara günlər başlamışdı. Rus işğalına uğrayan və döyüş sahəsi olan bölgələrdə müsəlman-türk əhali rus, erməni və rum birləşmələrinin təzyiq, təcavüz, hücum və qırğınlarına məruz qalmış, Qars, Ərdəhan, Kağızman, Oldu, Artvin, Ardanuç və s kimi bir çox bölgədə yüzlərlə kənddə minlərlə müdafəsiz insan qətl edilmişdir.

      Anadoluda türklərin yaşadığı bu fəlakətlər çox keçmədən, Rus Hökumətinin ciddi senzurasına baxmayaraq, xüsusilə Azərbaycan türk mətbuatının fədakarlığı nəticəsində bütün reallığı ilə Azərbaycan ictimaiyyətinə çatdırıldı. Bu hadisə Azərbaycan türklərində böyük kədər və həyəcan yaratmışdır. Qardaşlarının yaşadıqları bu fəlakətlərə qeydsiz qala bilməyən Azərbaycan türkləri bir tərəfdən bu qırğın və haqsızlıqların dayandırılması üçün hökumət nəzdində cəhdlər etmiş, digər tərəfdən “Qardaş Köməyi” şüarıyla tarixdə çox az rast gəlinən bir yardım kampaniyası başlatmışdılar. Bütün Azərbaycan türklərinin fərd və cəmiyyətlər olaraq böyük bir həyəcan və istəklə başlatdığı bu Qardaş Köməyi fəaliyyətində Qafqaz Cəbhəsi Döyüşlərindən zərər görmüş, çətin vəziyyətdə olan minlərlə müsəlman-türk “harbzədə” və qaçqına kömək edilmişdir. Minlərlə sahibsiz və yetim uşaq küçələrdən, xarabalardan toplanılaraq, bunlar üçün açılan sığınacaqlara yerləşdirilmişlər. Tək əhali deyil, Qafqaz Cəbhəsi Döyüşlərində ruslara əsir düşən hərbi türk əsirləri də bu kömək işindən nəsibini almışdır.

      Bu kömək işində ən böyük vəzifəni isə 1905-ci ildə Bakıda qurulmuş olan “Bakı Müsəlman Cəmiyyəti Xeyriyəsi” boynuna götürmüş, kömək işlərini təşkil etmiş və köməklərin yerlərinə çatmasını təmin etmişdir.

      Kömək işləri iki mərhələli şəkildə reallaşmışdır. Birinci mərhələsi Azərbaycan və bütün Qafqazda edilən fəaliyyətlər; Azərbaycan Türklərinin Qafqaza köçən müsəlman qaçqınlara, döyüş bölgələrindən toplanan müsəlman yetim uşaqlara və Rusiyaya əsir düşən türk əsgərlərinə etdiyi kömək işləridir.  İkinci mərhələsi isə şəxsən döyüş bölgələrinə gedilərək rus işğalına uğrayan Anadolunun şəhər və qəsəbələrində reallaşdırılan kömək işləridir ki, Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsinin nümayəndələri Birinci Dünya müharibəsinin sonuna qədər rus işğalı altındakı bu bölgələrdə faaliyətlərini sürdürəcəkdilər.

      Kömək işlərinin ilk ayağını meydana gətirən Azərbaycan və Qafqazdakı işlərdə vəziyyət ilk olarak 1914-cü ilin dekabr ayında Petroqradda edilən “Bütün Rusiya Müsəlman Cəmiyyətləri İctiması”nda gündəmə gətirilmişdir. Bu yığıncağa Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi adına qatılan Mirzə Əsadullayev müsəlmanların yaşadıqları fəlakətləri dilə gətirərək, Türkiyə sərhədinə yaxın olan yerlərdən müsəlman əhalinin döyüş səbəbiylə qaçmaq məcburiyyətində qaldıqlarını, bu Müsəlman qaçqınların vəziyyətlərinin çox pis olduğunu ifadə etmiş, Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsinin təsbitlərinə görə hal-hazırda Qafqazda 5000-ə yaxın müsəlman ailəsinin Türkiyə sərhədlərindəki yerlərdə ac və çılpaq vəziyyətdə olduqlarını bildirmişdir. Daha sonra Qafkaz Cəbhəsi Döyüşlərində zərər görmüş, fəlakətə uğramış müsəlmanlara kömək edilə bilməsi üçün rəsmi icazə alınması barəsində bir sıra cəhdlərə baş vurulmuşdur. Xüsusən Mehmed Yusif Cəfərovun Rus Hökuməti və Dövlət Duması nəzdində etdiyi cəhdlər nəticəsində hökumətdən rəsmi icazə alınmışdı.

      26 Yanvar 1915-ci ildə Bakıda Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə başçısı Mirzə Əsadullayev başçılığında edilən yığıncaq ilə kömək fəaliyyətləri başladıldı. Toplantıda bu işin Bakı Müsəlman Cəmiyyəti Hayriyəsi tərəfindən icra ediləcəyini, kömək etmək istəyənlərin Cəmiyyəti Hayriyyəyə qəbz qarşılığında köməklərini təslim edə biləcəkləri ifadə edilərək, doğrudan cəmiyyətin başçısının idarəsi və nəzarəti altında işləyəcək xüsusi bir kömək komitəsi qurulması qərarlaşdırıldı. Mirzə Əsadullayevin başçılığında 9 adamdan ibarət yaranan “Hərbzədə Müsəlmanlara Muavinət Komitəsi” seçildi.  Kömək işini daha yaxşı təşkil etmək üçün İrəvan, Quba, Gəncə, Şamaxıda hərbzədə müsəlmanlara kömək etmək üzrə bölgə komitələri və şöbələr təşkil olundu. İrəvan Qubernatorundan icazə alındıqdan sonra da fevral ayında Naxçıvan Komitəsi yaradıldı. Bu komitəyə Cəfər Qulu Xan Naxçıvanski başçılıq etdi.

      Yaradılan komitələr vasitəsiylə Qafqazın dərhal hər yerində kömək toplama işləri başladılarkən, “Hərbzədə Müsəlmanlara Kömək Komitəsi” ilk yığıncağında ilk köməkləri fəlakət bölgələrindəki müsəlmanlara çatdırmaq üzrə bir heyət meydana gətirdi. Bu heyətin vəzifəsi köməkləri aparmaq və paylanmasına nəzarət etməkdən başqa, bölgədəki vəziyyəti araşdıraraq, ehtiyacın miqdarını təyin etmək idi. Bunların verəcəkləri məlumatlar istiqamətində kömək hazırlıqları ediləcəkdi. Heyət Qars, Sarıqamış, Xorasan və ətraf yerləri gəzərək gətirdikləri köməkləri xalqa payladıqdan sonra Bakıya döndü. Bölgədəki təsbitləri haqqında Bakı Müsəlman Cəmiyyəti Xeyriyəsinə bir hesabat təqdim etdi. Hesabatda bu bölgələrdəki müsəlman əhalinin pis vəziyyəti ifadə edildikdən sonra əgər ən qısa zamanda lazımlı köməklər edilməzsə buralarda olan müsəlman əhalinin aclıqdan və soyuqdan qırılacağı bildirilirdi.

      Döyüş boyunca hər təbəqədən insanların qatıldığı bu kömək fəaliyətlərinə ən böyük yardımı təqdim edənlərin başında Azərbaycan türk mətbuatı gəlmişdir. İlk günlərdən etibarən Azərbaycanda çıxan qəzetlərdə Anadolu fəlakətzədələrinə kömək edilməsi üçün yüzlərlə məqalələr yazılaraq, Azərbaycan xalqının bu mövzuda məlumatlandırılması və şüurlandırılmasına təşəbbüslər olmuşdur.  Azərbaycanda olan yazar və şairlərin cəhdiylə 11 Mart 1915 tarixində, bir ədədlik “Kardaş Köməyi” adıyla bir qəzet nəşr olundu. Qəzetin gəliri “hərbzədələr”in faydasına istifadə edilərkən Novruz bayramının ikinci gününə rast gələn bu tarixdə Bakıda heç bir müsəlman qəzeti çıxarılmayıb, bu qəzetdən əldə edilən gəlirin hamısı müsəlman hərbzədələr üçün ayrıldı. Ayrıca Kardaş Köməyi qəzetinin çıxarılması üçün əməyi keçən yazar və işçilər də daxil, heç kim ödəniş almadı.

      Azərbaycanlı türk yazarlar tərəfindən bir ədəd olarak 1917-ci ilin mayında çıxarılan jurnalın məsul müdiri eyni zamanda Cəmiyyəti Xeyriyyənin də başçısı olan Mirzə Əsadullayev idi. Ərəb hərfləriylə Türkcə olaraq çıxarılan “Qardaş Köməyi” jurnalının baş qismində məqsədi bu şəkildə ifadə edilməkdə idi:

      “Hasilatı hərbzədələr faidəsinə getmək üçün mühərrirlər tərəfindən nəşr olunmuş siyasi, ədəbi, ictimai bir məcmuədir.

      • Hits: 921 clicks

      Tecox component by www.teglo.info