Hikmət Lövhələri / Kamran Məmmədov

      Share

      Əbu Müslim Saftar böyük övliyalardandır. Bir gün gəmi ilə yola çıxmışdı. Yanında çox adam vardı. Birdən əks istiqamətdən bir külək çıxdı. Dalğalar yüksəldi. Gəmi az qala batacaqdı. 

      Gəmidə olan yükü dənizə atdılar. Kömək istədilər.

      Əbu Müslim deyir ki:

      Bizimlə birlikdə gəmidə kim olduğu bilinməyən bir kəndli vardı. Yanında Quran kitabı vardı. Oradan qalxdı və  kitabı əlinin üzərinə qoydu və belə yalvararaq dua etdi: (Ya Rəbbi! Əgər bir kimsənin əlində dünya sultanından bir məktub olsa, heç kim ona hücum edə bilməz, zərər verə bilməz, bəlalardan əmin olar.) Quranı qaldırdı və (Ya Rəbbi! Bu sənin kitabındır, bunu bizə verdin. Əllərində sənin kitabın olan qullarını suda boğmaq kərəminə yaraşmaz. Bizi təhlükədən qurtar.)

      Dərhal dalğalar sakitləşdi və sağ-salamat yolumuza davam etdik.

       

      Səxavətin zirvəsi

      Yəmənin həddən artıq səxavətli bir hökmdarı vardı. Xeyirxah əməlləri hər yerə yayılmasına baxmayaraq, Xatəmi Tainin comərdliyindən bəhs edilməsinə dözə bilməz, sarayında hər kəsə böyük bir ziyafət verərdi. Varlı-kasıb hər kəs bu süfrədə yeyər, camaatın (hökmdarın ziyafəti nə qədər möhtəşəm oldu, az qala Xatəmə yaxınlaşdı) dediyini eşitdikdə, Xatəm sağ qaldıqca, səxavətdə birinci olmasına imkan olmadığını anlayar, onu öldürtməyə qərar verər. gecle bir gənc tapıb ona 20 dinar verir. İşi başa çatdırdıqdan sonra da əlavə 20 dinar verəcəyini söyləyir.

      Gənc soruşa-soruşa Tay qəbiləsinə qədər gəlib çıxır. Gülər üzlü, özü kimi igid bir gənclə qarşılaşır. Bu sevimli gənc: “Xoş gəldin, igid. Deyəsən, çox yorğunsan. Bu gecə qonağım ol!”, -deyərək onu evinə aparır. Gecə qonağına çox böyük ziyafət verir. Səhər olanda qonaq getmək istədiyini bildirdikdə, bir neçə gün də qalmasına israr edir. Qonaq mühüm işi olduğunu və təcili getməl iolduğunu bildirir.

      Yaxşılıq və xidmət etməkdən həzz aldığı aydın olan ev sahibi deyir:

      - İşin nədir, sənə bir köməyim toxuna bilərmi? 

      - Ey alicənab insan, sən çox səxavətlisən, xeyirxahsan, görürəm ki, səndən sirr çıxmaz. Xatəm adlı bir nəfəri axtarıram. Tanıyırsanmı?

      - Xatəm ilə nə işin var?

      Qonaq nə üçün gəldiyini izah edib belə deyir:

      - Bu işdə mənə kömək edə bilərsənmi?

      - Əlbəttə, edərəm. Bu işi tək görmək asan olmaz. Dediklərimə diqqət etsən, kərə yağından tük çəkirmiş kimi zəhmətsiz olar.

      - Nə etməliyəm?

      - Xatəm də sənin kimi igiddir. Bəlkə öldürə bilməzsən. Mən sənə onun yerini başa salım. Ancaq öldürə bilməzsən və işin üstü açılarsa, yerini söylədiyim üçün məni öldürə bilər. Bu baxımdan mənim əllərimi, ayaqlarımı bağla. Məcbur etdirtdiyin aydın olsun.

      Qonaq ev sahibinin əl-ayağını möhkəm bağladıqdan sonra soruşur:

      - Xatəm haradadır?

      - Xatəm mənim. Madam ki, mənim başım sənin işinə yarayacaq, nə üçün onu verməyim? Qonağın arzusunu yerinə yetirmək, könlünü almaq mənim ən böyük arzumdur. Dərhal öldür, heç kim xəbər tutmadan buradan çıx get!

      Gənc bu işə təəccüblənib çaşır. Dərhal Xatəmin ayaqlarına düşüb belə deyir:

      - Sənə gül yarpağı ilə vuran namərddir. Nə olar məni bağışla!..

      Gənc halallaşıb oradan ayrılır və hökmdarın hüzuruna çıxır. Baş verənləri danışır. Hökmdar da xeyirxah və comərd olduğu üçün səhvini başa düşüb “Daşıma su ilə dəyirman fırlanmaz. Səxavət mal ilə deyilmiş. Xatəmin comərdliyi yaradılışından, fitrətindən, gözəl xasiyyətindən irəli gəlirmiş. Sən verilən vəzifəsi artıqlaması ilə yerinə yetirdin”, -deyərək ona 20 əvəzinə 40 dinar verir.

       

      Hər kəs özü gətirər

       

      Bir gün Bəhlul Danəndə üst-başı toz-torpaq içində Harun Rəşidin hüzuruna çıxdı. Harun Rəşid soruşdu:

      - Bu nə haldır, Bəhlul, haradan gəlirsən?

      - Cəhənnəmdən gəlirəm, ey hökmdar.

      - Nə işin vardı cəhənnəmdə?

      - Od lazım idi, onunçün getmişdim.

      - Yaxşı, gətirdinmi heç olmasa?

      - Xeyr, gətirə bilmədim. Cəhənnəmin gözətçiləriylə görüşdüm, onlar: “Düşündüyünüz kimi burada od olmur, hər kəs öz odunu dünyadan gələrkən özü gətirir”, -dedilər.

      Suala sualla cavab

      Bir yığıncaqda universitet tələbəsi bir gənc istiqlal şairi M. Akif Ərsoyu hörmətdən salmaq üçün:

      - Bağışlayın, siz baytarsınız? -deyə soruşdu.

      Zəki və hazırcavab şair bu cavabı verdi:

      - Bəli, bir yeriniz ağrıyır?

       

       

      • Hits: 591 clicks

      Tecox component by www.teglo.info