155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Qaraların Ağ Dünyası... / Eldar Kərimov

      Share

      Bizlərin yaşaya bilməyəcəyi evlər, həyat şəraiti, kasıblıq və miskinlik. Geyinməyə paltar, yeməyə yemək, içməyə də su tapa bilməyən insanlar... Bədənlərindəki taqət,

       qollarındakı güc, gözlərindəki həyat sevgisi və üzlərindəki təbəssüm yoxa çıxmış çarəsiz bəşər övladı. Sevincləri müxtəlif oyuncaqlar, rəngarəng dünya deyil bir udum su, bir loğma çörək olan ümidsiz uşaqlar. Bütün bunları görə-görə bu çarəsiz insanlara biganə qaldığımız soyuq bir dünya.

      Özümüzün dağdan böyük dərdlərinə qarışb başımız. Problemlərimizdən başqa heç nəyi görə bilmir gözlərimiz. Başqasına bir manat pul verdiyimizdə titrəyir əllərimiz. Ayaqlarından tutub yerə salırıq yüksəlmək istəyənləri. Böyüklərə qarşı olan nifrətimiz, uşaqlara qarşı olan sevgimizi də aldı qəlbimizdən. Ancaq bütün bunlara baxmayaraq kədərdən öləcəyini sandığın anlar olur. Dünyaya küsdüyün, özünə incindiyin anların. Heç bir şey, heç kim və heç bir güc səni aldada bilməz və səni alıb bir gözəlliyin kənarına apara bilməz. Nə ananın şəfqətli sözləri, ayrılıqlar sonrası atana qollarını açıb qaçmaların, nə də sevgilinin qollarına düşmələr səni ovuda bilməz. Bəlkə bizi belə anlarda ovudan tək şey uşaq gülüşüdür. İsti uşaq baxışları. Anasının əlindən tutmuş, yıxılmamaq üçün çətinlik çəkərək addımlayan, ya da atasının qucağında əlini uzadıb bir şey istəyən uşaqlar. Sonra hər gördüyünü istəməyə başlayan və ağlayarkən birdən gülən uşaqlar.

      Dünyanın hər yerində uşaqların üzündə açan eyni çiçəkdir. Uşaq gülüşləri, uşaq sevincləri həmişə eynidir. Bəzən Afrikada aclığı, dizlərində titrəməni: bir qara uşağın üzündə görərsən onu. Bəzən də sarı saçlı, mavi gözlü qızın üzündə.

      Balaca bir sığınacaqda da olsa, şəhərin ən lüks səmtində də olsa, həmişə eynidir o. Nə yoxluq bilər, nə yoxsulluq.  Nə varlıq bilər, nə də bolluq. Bildiyi bir tək şey vardır: isti və ürəkdən gülmək. Və heç kim bu gözəl, bu isti gülüş qarşısında qeydsiz qala bilməz. Dərilərindəki rənglər uşaqların məsumluğuna heç bir xələl gətirməz. Bir zamanlar mətbuatda Afrikalı bir uşağın: Ona  "Qara" deyənlərə ünvanladığı bu məktubu yer almışdı. “Mən doğulanda da qara oluram. Böyüyəndə də. Mən günün altında gəzəndə də qara oluram. Xəstələnəndə də. Mən elə öləndə də qara oluram. Bəs sən necə, ağ oğlan? Doğulanda çəhrayı olursan. Böyüyəndə ağ. Gün altında gəzəndə qırmızı olursan. Üşüyəndə göy. Qorxanda sarı olursan. Xəstələnəndə yaşıl. Öləndə bozarırsan. Və... Sən mənə rəngli deyirsən?

      Son zamanlar baş verənlər bizi düşündürməlidir məncə. Arakandakı müsəlmanların diri-diri yandırılmasına biganə qalmamalıyıq heç birimiz. Məsum və günahsız uşaqların dəyərsiz əşya kimi məhv edilmələri bütün müsəlmanların dərdinə çevrilməlidir. Heç bir kimsə dininə, irqinə, rənginə görə məhv edilə bilməz. Uca Allah bir gün bütün bunların hesabını soruşacaq. Bu gün üstdən aşağı baxdığımız insanlar, sabah bizə üstən aşağı baxa bilər. Çünki hər kəsin xoşbəxtliyin tamını dadmağa haqqı vardır. Dərisinin rəngi qaradır deyib özümüzdən aşağı gördüyümüz insanların bir gün ağ dünyasının da şahid olacağı. Çünki Allah böyükdür və ədalət sahibir.

      Son olaraq sizinlə zənci bir uşağın yaşadığı ibrətli bir hadisəni paylaşıram.

                  Balaca qaradərili bir uşaq şəhərin lunaparkında gəzərkən bir satıcının əlindəki şarları seyr edirdi. Hər rəngdən və hər formada olan şarlar par par parıldayırdı. 

                 Nə oldusa qırmızı bir şar bağlandığı yerdən açılaraq havaya qalxdı. uçdu, uçdu və nəhayət, yerdən seçilməyəcək qədər yüksəldikdən sonra gözdən itdi.

      Bu mənzərəni seyr etmək üçün  toplaşan insan kütləsini görən satıcı daha bir şar buraxmanın yaxşı bir reklam olacağını düşünərək havaya parlaq sarı rəngdə bir şar daha buraxdı. Daha sonra bir dənə də ağ şar buraxdı.                 

        Kiçik qaradərili uşaq olduğu yerdən böyük bir heyranlıqla göydə uçan rəngarəng şarlara baxaraq: 
      "Əmi ...." dedi.

      “Görəsən bir də qara rəngdə şar buraxsanız, o birilər qədər yüksələrmi?
      Şarsatan kişi anlayışlı bir baxışla uşağa təbəssüm edərək, qara rəngli bir şarı açdı. Barmaqlarını boşaldıb onu da havaya buraxarkən:

      “Oğlum .." dedi; “Bizi yüksəldən xaricimizdəki rəng deyil, içimizdəki cövhərdir.”

      • Hits: 1018 clicks

      Tecox component by www.teglo.info