155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Beynini Gücləndir / İsmayıl VƏLİYEV

      Share

      Bu gün yaddaş zəifliyi, diqqətsizlik, konsantrasya problemi demək olar hər kəsin şikayət etdiyi, həllini gözləyən məsələlərdir.

       Beyni daha aktiv işlətmək, yaddaşı gücləndirmək üçün xeyli sayda reklam olunan tibbi vaistələr mövcuddur. Bunların faydalı olanları ilə yanaşı, sadəcə qazanc məqsədilə hazırlanmış və uzun müddətli heç bir faydası olmayan, əksinə var olan problemi daha da ağırlaşdıran vasitələr də mövcuddur.

      Burada qeyd edək ki, beyini gücləndirmək üçün bir çox metodlar var. Hansı ki, bunlar hər kəsin edə biləcəyi və nəticə alacağı, sözün əsil mənasında kömək edici məşqlərdir.

      Harvard Tibb Universitetinin mütəxəssislərindən Dr. Aoron P. Nelson sağlam beyinə sahip olmağın başlıca əsaslarını qeyd edir. Onun beyini gücləndirmək üçün bütün insanlara təqdim etdiy 11 məsləhət... 

      1. İlk növbədə alkoqolla vidalaşmaq. Çünki alkoqol beyin hücrələrini təhrif edir.

      2. Yaxşı yuxu. Bütün araşdırmalar, raportlar, bu sahədəki mütəxəssis və mərkəzlərin israrla vurğuladığı xüsuslardan biri də yuxu normasına riayət etməkdir. Burada əsas olan yatmaq vaxtının çoxluğu deyil, necə yatıldığıdır. Əgər yatdığınız otaqda iy varsa, işıqlıdırsa, səs varsa, tox halda yatırsınızsa bunlar sizin neçə saat yatmağınızdan asılı olmayaraq yaxşı yata bilməyinizə mane olacaq və beyin tam istirahət edə bilməyəcəkdir. Yeni öyrənidklərmizi daha yaxşı yadda saxlaya bilmək üçün də yuxudan faydalı istifadə etmək vazkeçilməzdir. Daha yaxşı yatmaq üçün nələr etmək lazım olduğu növbəti yazılarda ətraflı açıqlanacaq.

      3. Yeni şeylər öyrənməyə davam edin. Öyrənilən hər yeni məlumat və qabiliyyət  eyni zamanda beyin məşqidir. Yeni idman növləri, hobbilər, araşdırma sahələri, həyəcanlı və zövqlü problemlər, əzbərlənən yeni şeirlər və öyrənilən yeni dillər beyniniz üçün ən güclü, faydalı və həqiqətən effektli olan vitaminlərdir.

      4. Tənbəlliyin daşını atın. Zehni fəaliyyətlərinizi məhdudlaşdırmayın. Xüsusi ilə televizora baxmaq kimi passiv fəaliyyətləri azaldın. Televizorun qarşısında keçridiyini saatlar yalnız fiziki deyil, ruhi sağlamlığınızı da zədələyir.

      5. Hər gün və ya həftədə iki-üç dəfə idmanla məşğul olun. Həftədə ən az 35-45 dəqiqə olmaqla 4 gün piyada gəzintiyə çıxın. Yeriməyin beyinin sağlamlığı üçün bir çox faydaları və yenidən formalaşması prosesini sürətləndirməyə dair bir çox dəlillər var. Beyinin yeni bacarıqlar, istedadlar qazana bilməsi, beyin hüceyrələri arasındakı güclü və çox sayda bağlar qura bilmə qabiliyyətinin əsas dəstəkləyicilərindən biri də davamlı məşqlərdir.

      6. İstifadə etdiyiniz dərmanları yenidən gözdən keçirin. Xüsusilə də beyinə təsir edən dərmanları  həkim məsləhəti olmadan istifadə etməyin. Depressiya və stresə qarşı yuxugətirici, ruhi cəhətdən sakitləşdirici dərmanları qonşu, dost və s. məsləhətləri, tövsiyyələri ilə alıb istifadə etməyin.

      7. Reseptsiz satılan tibbi preparatları necə gəldi qəbul etməyin. Təbii, ya da zərərsiz deyə istifadə edəcəyiniz vasitələrin beyin hüceyrələrinizi zədələyə, zehni fəaliyyətinizi poza biləcəyini unutmayın. Aliminium tərkibli antiasitləri və yuxu gətirici preparatları həkiminizlə məsləhətləşmədən qəbul etməyin.

      8. Vitaminlərdən faydalanın. E və C vitaminlərindən istifadə edin. Kifayət qədər B vitamini, xüsusilə də B12 vitamini qəbul etdiyinzidən əmin olun. Rejimsiz qidalanmağın  yaşlandıqda vitamın əksikliyinə səbəb ola biləcəyini də unutmayın.

      9. Həyata bağlı qalın. Həyatınıza məna qatan və ilham qaynağı olan bağları yaxşıca möhkəmləndirin, çoxaldın və qoruyub saxlayın. Ruh yüksəkliyinizi qorumağa və gücləndirməyə çalışın. Bryus Linin dediyi kimi “Xoşbəxt olun, amma heç vaxt qane olmayın”. Əldə etdiklərinizə görə sevinin, onları qismət etdiyinə görə yaradana şükürlər edin və özünüzü təbrik edin. Həmçinin sizə dəstək olan insanlara da səmimi təşəkkürlərinizi çatdırmaqda gecikməyin.

      10. Ailəniz, dostlarınız üçün vaxt ayırmağa xəsislik etməyin və ayırdığınız vaxtları ən yaxşı şəkildə keçirməyi özünüzə əsas məqsəd edin. Birlikdə sosial fəaliyyətlərinizi artırmağa çalışın. Sosial münasibətlər bir tərəfdən zehnin inkişafına, digər tərəfdən də fərqli hadisələrin ruhi travmalarını aradan qaldırmağa kömək edir.

      11. Hər gün yeməyi eyni yerdə oturub yeməyin, bəzən dəyişikliklər edin. Həmçinin evə gedərkən fərli yollardan gedin. Gündəlik işlərinizdə hər iki əlinizdən istifadə edin. Məsələn telefonu, televizor pultunu digər əlinizlə tutun. Eyni anda hər əlinizə qələm alın və eyni anda biri ilə yazı yazarkən digəri ilə şəkil çəkməyə çalışın.


       

      • Hits: 1107 clicks

      Tecox component by www.teglo.info