Halal Olanı Axtarmaq

      Share

      Müasir dövrdə faiz kapital bazarının ana sütunlarını təşkil edən  iqtisadi bir  formasiya formasını almışdır. 

      Bugünkü iqitsadi həyat o şəkildə formalaşdırılmışdır ki, bu formasiynanın mövcudluğunu, iqtisadi, psixoloji təsirlərini cəmiyyəti formalaşdıran fərdlərin  özləri belə hiss etmirlər. Belə ki, cəmiyyətin maddi və mənəvi həyatını təşkil edən münasibətlərin ana zəminini iqtisadi münasibətlərsiz təsəvvür etmək mümkün deyil və bunu ağlabatan hesab etmək də olmaz. Bu münasibətlərin sütunlarını təşkil edən alətlər, vasitələr, yollar, formalar birbaşa və dolayı yolla bizim iqtisadi həyatımızı tənzimləyən çarxlara çevrilmişdir. Biz bir müddət sonra  istər-istəməz  bu burulğana qapılırıq və qurtula bilmirik. Belə olan təqdirdə əsas məsələ burulğana qapılmamaq və sonra da qurtulmaq çarələri axtarmağa ehtiyac görməməkdə gizlidir. Yoxsa, əgər kimsə “Mən burulğana qapılacaq və sonra da qurtulacağam” deyirsə, bu  düşüncənin sahibi ağıllı addım sayılmaz. Faiz də  burulğan kimidir, həm də haram burulğanı. Bəs haram olanın hökmü nədir? İslama görə haram olan qəti qadağan olunan mənasına gəlir. Həmçinin “Haramla bəslənmiş vücud cənnətə girə bilməz.” (Tabərani) hədisi bu müstəvidə (Haram mövzusunda) hər şeyi ehtiva  edir. Bəs nə halaldır, nə haramdır? Bunu necə bilək? Bəs faizin haram olduğunu haradan və necə öyrənək? Allah Rəsulu (s.ə.s) buyurdu: “Halal Allahın kitabında halâl qıldıqlarıdır. Haram isə Allahın kitabında haram etdikləridir. Halal və haram olması haqqında qəti bir hökm bildirmədikləri haqqında isə  külfətə girməyin!” (Əhməd). Bu hədis Allahın nəyi halal və nəyi haram etdiyinə açıq şəkildə aydınlıq gətirir. Bəs Allahın kitabında bu mövzuda  halal və haram haqqında nə deyilir? “Riba (faiz) yeyən  kimsələr, şeytan vuran  kimsə necə qalxarsa ancaq elə qalxarlar. Bu cəza onlara, "alışveriş də faiz kimidir" söyləmələri  ucbatındandır. Halbuki Allah, alışverişi halal, faizi də haram qılmışdır. Bundan belə hər kim, Rabbindən özünə gələn bir nəsihətə görə  faizçiliyə son qoyarsa, keçmişdə olanlar özünə  və haqqındaki höküm də Allah'a qalmışdır.Hər kimki yenidən faizə dönərsə bax  onlar cəhənnəm əhlidirlər və orada əbədi  qalacaqdırlar.(Bəqərə-275). Ey iman edənlər! Allahdan qorxun və  həqiqi möminlərsinizsə, faizi buraxın.” (əl-Bəqərə, 278) Bu məsələ Qurani-Kərimdə bu qədər aydın şəkildə ifadə olunmuşdur. Bunlar Allahın  sözləri və vədləridir. Göründüyü kimi faiz haram, ancaq ticarət halal olan, həmçinin peyğəmbərimiz tərfindən də təşviq edilən bir məsələdir.“Ticarət edin, çünki ruzinin onda doqquzu oradadır”. Əshab peyğəmbərimizdən soruşur: Ey Allahın Rəsulu hansı qazanc daha xeyirli və xoşdur? “Əl əməyi ilə əldə edilən qazanc, bir də hiyləsiz alverdən əldə edilən qazanc”. Buradan çıxardığımız nəticə odur ki, faiz haramdır. Amma bununla yanaşı İslam müsəlmanları ticarətə təşviq edir və onları həqiqi xeyrin olduğu yönə sövq edir. Bəs ticarətin necə? Bir qaydası, bir üslubu varmı? Şübhəsiz ki, hər şeyi tənzimləyən və daim xeyri tövsiyə edən İslam ticarətə də ədalət, düzgünlük, dəqiqilik və sadiqlik prizmasından yanaşır. Rəhmət peyğəmbəri tacir haqqında belə deyir: “Tacirdə bu 4 xüsusiyyət olarsa, qazancı təmiz, yəni halal və bərəkətli olar. Mal alarkən  (ucuz almaq üçün) (aldığı malı) pisləməzMalını satarkən (bahalı satmaq) üçün öyməz (yalançı reklama baş vurmaz). Müştəriyə satarkən malındakı qüsuru gizlətməzAlverdə (müştəriyə özünü inandırmaq üçün) and içməz.” Bir sözlə, müsəlman hər mənada əlindən, dilindən əmin olunacaq, doğru olacaq kəs olmalıdır. Deməli, halal olan dairəyə girərək haram buyurulanlardan uzaq durmaqla yanaşı, halal buyurulanlara da haram qatmamalıyıq. Allahın halal buyurduqlarını halal olaraq kirlətmədən yaşamaq lazımdır. Düzdür, bu gün rəqabət bazarı elə bir forma alıb ki, bu müəyyən qədər çətindir. Ancaq bunlar bizi məsuliyyətdən xilas etmir. Həmçinin, çətin olan axına qarşı üzmək deyilmi? Bizi “filankəs də belədir və ya kimlərsə bu cür yaşayır” kimi ifadələr aldatmamalıdır. Bizim dəyərlərimizə biz sahib çıxmalıyıq ki, başqaları da bu dəyərlərimizə hörmətlə yanaşsınlar. Eyni zamanda aləmlərin rəbbi olan Allahın razılığını qazanaq. Əgər buna müvəffəq olsaq, (əməllərimizlə layiq olmasaq belə” Allah-Təala bu əməllərimizdəki səmimiyyət hörmətinə bizi daha gözəllərinə müvəffəq edər. Bunun üçün həm quracağımız ailənin, həm yetişdirəcəyimiz nəslin, həm də cəmiyyətin sağlam olması naminə və bizə əmr olunan kimi olmaq adına halal dairəylə kifayətlənməli xeyri halal dairədə axtarmalıyıq. Halal olmayanda da həqiqi mənada xeyir olmadığını anlamalıyıq. 

      • Hits: 786 clicks

      Tecox component by www.teglo.info