Ülvi Məmmədov / Həyat Dəftərindən

      Share

      RƏSULULLAHIN ZARAFATI

      Ənəs b. Malik (r.a) bunu nəql edir:

      Səhrada yaşayan Zahir adında bir səhabə vardı. Bu şəxs hər dəfə gələndə Allah Rəsuluna çöldə yetişən məhsullardan hədiyyə gətirərdi. Geri qayıdanda da Peyğəmbərimiz (s.ə.s) onu heybəsini ehtiyacı olan şeylərlə doldurar və belə deyərdi. “Zahir bizim çölümüz, bizsə onun şəhəriyik.”

      Görünüşcə gözəl olmasa da Rəsulullah (s.ə.s) onu çox sevirdi. Bir dəfə Zahir əlindəkiləri satarkən Rəsulullah (s.ə.s) arxadan onu qucaqladı. Və mübarək əlləri ilə gözlərini qapadı. Zahir isə:

      - Kimsən? burax məni deyərək onun əlindən xilas olmağa çalışırdı, lakin gözlərini bağlayan şəxsin Rəsulullah (s.ə.s) olduğunu bildikdə rahatlandı və kürəyini hz. Peyğəmbərin sinəsinə daha da yaxınlaşdırdı. Daha sonra Rəsulullah (s.ə.s):

      - Bu kölə satlıqdır, almaq istəyən varmı? –deyə səsləndi.

      Zahir isə boynubükük və hüznlü əda ilə belə dedi:

      - Ya Rəsulallah, mənim kimi dəyərsiz bir köləyə vallahi qəpik-quruş verən tapılmaz.

      Rəsulullah (s.ə.s) isə buyurdu:

      - Xeyr, ey Zahir, sən Allah qatında son dərəcə qiymətli və bahalısan.

      (Əhməd, III, 161)

       

       

       

      AİLƏLİKLƏ AXİRƏTƏ HAZIRLIQ

      Xəlifə Ömər bin Əbdüləziz hər gecə qızlarına baş çəkər, hallarını xəbər aldıqdan sonra yatmağa gedərdi.

      Bir gecə yenə onlara baş çəkmişdi. Atalarının gəldiyini eşidən qızlar əlləriylə ağızlarını tutub qapını açdılar. Ömər bin Əbdüləziz yanlarındakı mürəbbiyyələrindən nə üçün belə etdiklərini soruşduqda bu cavabı aldı:

      - Yeməyə soğan və mərciməkdən başqa heç nələri yox idi. Soğan qoxusu sizi narahat etməsin deyə ağızlarını tuturlar.

      Ömər bin Əbdüləzizin gözləri yaşardı və qızlarına belə dedi:

      - Qızlarım, sizin cürbəcür və gözəl yeməklərlə ünya nemətlərinə düşkünlüyünüz və israfa meyil etməyiniz atanız üçün axirət vəbalı ola bilərdi.

       

      BİR ƏSKİYİ VAR

      Rəvayət olunur ki, hökmdarlardan biri dillərə dastan olan möhtəşəm bir saray tikdirir. Sarayın hər otağı xüsusi bir gözəllik sərgisi, hər guşəsi incə bəzəklərlə işlənmiş sənət əsəri idi. Bir sözlə, sarayın ühtişam və gözəlliyini dillə tərif etmək mümkün deyildi.

      Hökmdar bir gün Allah dostlarından olan bir  nəfəri saraya dəvət etdi. Qonağına sarayın hər tərəfini ədəblə gəzdirdikdən sonra niyyətini bu sözlərlə ifadə etdi:

      -                    Əfəndim, sarayı bəyəndinizmi? Bu haqda fikrinizi bilmək istəyirəm.

      Hökmdarın bu sualına cavab olaraq həmin Allah dostu:

      - Sultanım, sarayın dünyəvi ehtişamı həqiqətən də göz qamaşdırır. Çünk isarayın inşasında əməyi keçən sənətkarlar bütün məharətlərini ortaya qoyublar. Bir sözlə hər şey mükəmməldir, amma sadə bir əskiyi var.

      Bu cavabı gözləməyən padşah özünü itirdi və heyrətlə soruşdu:

      - Allah, Allah! Bu sarayın əskiyi nədir?

      Allah dostu insanı təfəkkür dəryasına daldıran və bütün kainat üçün keçərli olan bu mənalı cavabı verdi:

      - Baqi deyil!

      İXLASI KİMDƏN ÖYRƏNDİN?

      Cüneyd Bağdadidən “İxlası kimdən öyrəndiniz?” –deyə soruşduqda belə cavab verdi: “Məkkeyi-Mükərrəmədə ikən bir bərbər gördüm. Ona “Allah rizası üçün mənim saçımı düzəldərsənmi?” –dedim. Bərbər: “Əlbəttə” –dedi. O əsnada vəzifəli bir adamın saçını təraş edirdi. Dərhal əlini saxlaylb: “Lütfən ayağa qalxın. Əgər bir adam Allah rizası üçün bir şey istədisə, o iş hər şeydən əvvəl gəlir” –dedi və mənim saçımı təraş etməyə başladı. Sonra da cibimə bir az pul qoyub “Ehtiyacların üçün xərcləyərsən!” –dedi. Mən bu mənzərə qarşısında heyrət etdim və əlimə keçəcək ilk pulu ona hədiyyə etməyə niyyətləndim. Az bir zaman keçdikdən sonra Bəsrədən bir kisə qızıl göndərdilər. bu bir kisə qızılı bərbərə vermək üçün yanına getdim. Səbəbini soruşdu, niyyətimi ona dedim. Mənə belə cavab verdi: “Sən Allah rizası üçün məni təraş et, -dedin. Mən də dediyini etdim. İndi bunları götürsəm, niyyətimdə və ixlasımda dəyişmə olacağından qorxuram.” –dedi.

      ORADAKI KİMMİŞ?

      Məşhur ingilsi yazıçısı və filosofu Samuel Smayls deyir:

      Həqiqi xarakter sahibi gizli də olsa, açıq da olsa dürüst hərəkət edər. Heç kim olmadığı halda cibinə nə üçün bir neçə armud qoymadığı sualına yaxşı tərbiyə almış bir uşağın bu cavabı nə qədər ibrət vericidir.

      - Necə yəni heç kim yox idi? Mən orada deyildimmi? Mən belə bir şərəfsiz iş gördüyümə şahid olmaq istəmərəm.

       

      • Hits: 845 clicks

      Tecox component by www.teglo.info