Müdriklərdən Öyüdlər / Akif Hüseyinli

      Share

      * Bolluqdan sonra darlığa, hidayətdən sonra dəlalətə düşməkdən Allaha sığınırıq.

       

      * Xainlərlə bərabər olub, işlərində onlara kömək etmək bir insana xəyanətkarlıq baxımından kifayətdir.

       

      * Səbrin başlanğıcı zəhmət və məşəqqət olsa da sonu əmin-amanlıqdır.

       

      * Həqiqi nicat tapanlar əbədiyyət yurdundakı səadət üçün çalışıb, Allahın rəhməti sayəsində cənnətə girənlərdir.

       

      * Ağlı başında olanlar dünyaya baxdıqlarında, onun əziz tutanları zəlil, var-dövlət toplayanları pərişan etdiyini görərlər.

       

      * Dünya elə bir zəhərdir ki, onu bilməyənlər içər; tanımayanlar ona rəğbət edər. Məhv olanlar da məhz bu səbəbdən məhv olarlar.

       

      * Dünya həyatındakı rifah şiddət və bəlalarla iç-içədir.

       

      * Ağıllı insan Allahın qorxutduğundan qorxan, “uzaq ol!” dediyindən uzaq olandır.

       

      * Güclü və təkəbbür sahibi olanları gücsüzlərin başına gətirmə.

       

      * Nəfsini Allahın haram etdiklərindən qoru ki, abid olasan.

       

      * Allahın bölgüsünə razı ol ki, varlı olasan.

       

      * Ey İnsanlar! Şəhvətlərinizi tərk etmədikcə sevdiyiniz şeylərə çata bilməzsiniz. Pisliklərə səbir etmədikcə də ümid etdiyiniz yaxşı şeyləri əldə edə bilməzsiniz.

       

      * İman ilə xəyanəti bir yerdə tuta bilməzsən.

       

      * Əcəlin gəlmədən getməyəcək; ruzin qurtarmadan ölməyəcəksən. Haqqın olmayanlarla da ruzilənməyəcəksən

       

      * Dilinlə etdiyin duaya qəlbin də inasın və iştirak etsin.

       

      * Dünyalıq yığarkən gecə odun yığan fəqət əlinə nə gəldiyini bilməyən kimi olma yəni topladığının halal və haramlığına diqqət et.

       

      * Həmişə şərli insanlarla bərabər olarsan, xeyirli və saleh şəxslər səni şərli bir insan olaraq görərlər. Sən də, yoldaşlıq etdiyin şərlilərin təsiri ilə saleh şəxslər haqqında sui-zənn bəsləyərsən.

       

      * Günahlar küfrün elçiləridir. O halda tövbə edin və günahlardan üz çevirin. 

      • Hits: 670 clicks

      Tecox component by www.teglo.info