Şaxta Baba / Adem Şahin

      Share


      1. 1931-ci ildən əvvəl:

      Noel (Şaxta) baba 4-cü əsrdə Antaliyada yaşamış Santa Klaus adlı xristian din alimidir. Ömrünü bütün varlığı ilə ehtiyac sahiblərinə xidmətə həsr etmişdir. 3 qızını imkansızlıq üzündən evləndirə bilməyən bir atanın böyük qızının açıq pəncərəsindən etdiyi xeyirxahlığın gizli qalması üçün kisəyə qızıl qoyub getmişdir. Digər iki qızın pəncərəsi bağlı olduğu üçün onlara verəcəyi qızılları da bacadan atmışdır. İkonalarda və şəkillərdə Santa Klausun üç qızıl topla təsvir edilməsiylə Noel babanın bacadan girmə inancının təməlində bu hekayə yatır.

      Santa Klaus haqqında ikinci rəvayət isə belədir. Noel gecələri Santa Klaus Hz. İsanın doğum gününü bəzəmək və uşaqlara sevdirmək məqsədi ilə yoxsulların qapısı önünə gecə 24:00-dan sonra gizlincə qızıl, çərəz və hədiyyə oyuncaqlar qoyurmuş. Bir gecə Noel baba hədiyyə paylayarkən gecə növbətçisi onu yaxalayır. Əlindəki çuvalda qızıl, oyuncaq və çərəzlərin olduğunu görüb hədiyyələrin sahibinin Əziz Santa Klaus olduğunu anlayır. Əziz Klausun ölümündən sonra da bölgədə yaşayanlar bir-birilərinə hədiyyə verməyə başlayırlar və beləliklə də bir Noel ənənəsi formalaşır. Əziz Klaus Noel baba kimi əfsanəyə çevrilir.

      Əfsanəyə görə Noel baba qütblərdə yaşayır və arvadı ilə birlikdə Noel günü üçün il uzunu hədiyyə hazırlayır.

      2. 1931-ci ildən günümüzə: 1886-cı ildə bir əczaxanada hazırlanan və hər gün 5-6 stəkan satılan Coca-Cola 1894-cü ildə şüşələrə doldurulur. Coca-Colanın daşınması qırmızı çəlləklərlə olduğu üçün və qırmızı rəngin iştahaçıcı xüsusiyyətinə görə şirkət öz emblemlərində və reklamlarda qırmızı rəngdən istifadə edir. 1931-ci ildə Coca-Cola şirkəti öz məhsulunu qış aylarında da içirmək üçün Santa Klausa qırmızı paltarlar geydirərək ondan reklam kimi istifadə etdi. O zamana qədər Santa Klaus yaşıl paltarda təsəvvür edilirdi. 1931-ci ilə qədər xalqa və Haqqa xidmət etdiyinə inanılan əfsanəvi Noel baba yerini kapitalizmə xidmət edən Noel babaya verdi.

      TƏNQİD

      Türk-İslam mədəniyyətinin qəhrəmanları həyatın içindən gəlmədir. Eynilə bazarlarda gəzən, yeyib-içən və ölən peyğəmbər kimi. Qərb mədəniyyətinin qəhrəmanları isə Batman, Supermən, Hörümçək adam kimi xəyal məhsuludur. Bu qəhrəmanların həyatı elektrikin gəlməsiylə başlar, getməsiylə bitər. Noel günündə yaşar, sonra il uzunu unudular.

      Noel baba hamının babası deyil. Babalara dar gündə ehtiyac olur və o zamanlarda babalıq etmələri gözlənilir. Babalar ayrı-seçkilik etməməlidirlər. Noel baba və maralları niyə Xocalı, Qazzə, Bağdad və Afrikanın uşaqları ağlarkən yardıma tələsmədi?

      Ho ho ho deyə gülmək nədir axı? Ağlaması və gülməsi, oturub-durması, yeməsi, içməsi hu husuz olmayan məhəbbət peyğəmbərinin ümməti ho ho deməkdən və eşitməkdən nə anlayar?

      “Hu” səsinə qulaqları tutaraq “ho ho ho” ilə əylənmək və əyləndirmək nədir axı?

      Şaxta baba gülüşüylə, qırmızı paltarı ilə bizim mədəniyyətə ziddir. Hansı birimiz ucunda qotaz sallanan papaq taxar? Babalar daha çox ədəb-ərkanlı olmalı deyilmi? Üstəlik bacasından girilən evdə məqsəd hədiyyə vermək olsa da evə təcavüz sayılmazmı?

      “Müsəlman məhəlləsində salyanqoz (xərçəng) satılmaz” deyimi vardır. Məhəlləmizdə satılan salyanqozlara çoxdan alışdıq. Salyanqoz satanların kimliyindən və qınanmasından daha çox müştərilər tənqid olunmalıdır. İqtisadiyyatda tələb-təklif tarazlığı vardır. Tələb olmasa təklif də olmaz. Salyanqoz yeməyi və satmağı sevənlər bizdən gələn tələbə görə təsbehimizi, təkkəmizi, səccadəmizi və Kəbə maketlərini də təklif etməyə başladılar.

      Noel baba bizim babamız deyil. Noel babadan dilək etmək və yeni ildə geyilən rənglərdən mədət ummaq Mövlana, Yunus, Füzuli və Yəhya Şirvaninin müştərək olduğu tövhidlə üst-üstə düşməz. Noel baba deyənlər və sevənlər, Noel babanın sizə nə vaxt “balam” deyərək şəfqət göstərdiyinizi gördünüz?

      Arif Nihat Asya 1960-cı illərdə Noel baba başlıqlı məqaləsində belə deyir:

      “İstanbulun Tepebaşından Adananın Tepebağına qədər hər yeri tanıyan, hər yerə baş çəkən bu adam kimdir, nəçidir?

      Bir şəklinə baxanda həvarilərə, o biri şəklinə baxanda Rasputinə oxşayan bu iskambil papazı (kart Karolu) aramızda nə gəzir... Bununla heç maraqlandınızmı?

      İzin verin kim olduğunu deyim: O, Səlib yürüşlərindən qalan bir qılınc artığıdır. Bir vaxtlar silahla girə bilmədiyi yerlərə indi ağ saqqalıyla hörmət və sevgi ilə girə bilir.

      O, adıyla, sanıyla bir missionerdir. Bu məmləkətdə ocağı söndürüldükdən sonra qılıq-qiyafət dəyişdirib... və bizi tora salmağa, qucağında gətirdiyi oyuncaqlarla ən can alıcı nöqtəmizdən – balalarımızdan başlamışdır. Bu comərdliyinin əvəzini istəməyəcəyinimi düşünürsünüz? Fədakarlığının səbəbini düşünmədinizmi? İzin verin, onun cavabını mən verim: Budur, saqqalını çəkən kimi gördünüz... Saqqalı əlimdə qaldı... Bildiyiniz kimi casuslar adətən qiyafətlərini belə dəyişdirirlər...

      Təhlükəni hiss edib aradan çıxmağa qərar veribsə çıxarkən cibllərini yoxlamağı unutmayın: heç şübhəsiz bir əşyanızı oğurlamışdır...”

      • Hits: 669 clicks

      Tecox component by www.teglo.info