İllər Keçdi Bir Ah İlə / Salih Zeki MERİÇ

      Share

      Ömür sərmaəsi…

      Belində buz daşıyan adamın təlaşı kimi bir qorxu verir insana.

      Hər keçən zaman əriyə-əriyə bitir.

      Bir gün bitəcək. Buzdan olan sərmayəmiz bir gün gələcək bitəcək.

      Və o bir gün şübhəsiz ki, hər insanı tapacaq.

       

      İnsan doğular, yaşayar və ölər. Bu üçü arasında daima bir sınaq içindədir.

      İlahi sınaq. Əslində hər gün yüni bir möhlətlə doğular insan. Səhər oyanar, ona bir möhlət verilmişdir. Axşam evinə qayıdar, gecə bir möhlət verilər ona... Bir yerdən başqa yerə gedərkən də bir möhlətlə gedər. Allah hər zaman quluna möhlət verər.

       

      Bu möhlət vermə bir düşmənin rəqibinə aman verməsi kimi deyil. Mərhəmətdən doğan və daima əfvedici bir amandır. Bununla bəndənin düşdüyü qəflətlərə peşman olmasını və ona verilən möhlətdə tövbə etməsini istəyir.

       

      Ömür sərmayəsi, bir ovuc zaman insan üçün. Başı və sonu müəyyən olan bir ovuc zaman.

      Uzun kimi gələr insana. İllər... illər uzunu deyilir. Onlarca il. Yeni dünyaya gələn bir insanın yaşayacağı, hətta sanki heç bitirə bilməyəcəyi illəri vardır önündə.

      Bir də bunu artıq qocalıq çağına çatmış, yaşlandığını qəbul etmiş bir insandan soruşmaq lazımdır: “Nə anladın bu həyatdan. Nələr oldu bu qədər ildə və ya geriyə nə qaldı?”

      Əcəba, verəcəyi cavab nə olar?

       

      Rəsulullah (s.ə.s) dünyaya hansı gözlə baxmalı olduğumuzu necə də gözəl təsvir edir: “Bir müsafirik bu dünyada. Dünya da müsafirxana. Bu gün varıq, sabah yox.”

      Bizim dünyaya bağlılığımız ancaq bir müsafirin qonaq getdiyi yad bir evə bağlılığı qədər olmalıdır.

       

      Bizi canlı tutan, ruhumuzu diri tutan bir sevda olmalı. Bu sevda axirət və əsl hesabın olacağı yerin sevdası olmalı.

      Orada bizdən soruşulacaqların hesabı. O hesab gününə nə qədər hazırıq? Özümüzə nə qədər arxayınıq? Bəlkə özümüzə güvənməyimiz mümkün deyil, amma ən azından Rəbbimizin hüzuruna çıxara biləcəyimiz qul azuqəmizdə nə isə olmalıdır.

       

      Rəhmanın hüzuruna əliboş getmək olarmı? Ən gözəl hədiyyələr ala bilməsək də ən azından könlümüzdən sevgi ilə qopan ən gözəl nəyimiz varsa onunla hüzuruna getməliyik.

       

      Bizə hidayət kimi bir nemətverən və bizə Özünə itaət üçün möhlət verən o Rəhmanın hüzuruna əliboş getmək olarmı?

       

      “Peşmanlıqlarımızla gəldik, ya Rəbb! Qulluq edə bilmədik, amma qəflətimizin fərqindəyik. Nemətlərinin şükrünü edə bilmədik, amma bu utancla şəfqətinə sığındıq.” hissləri ilə getməliyik Onun hüzuruna. Keçən illərin bir saniyəsini belə tuta bilmərik. İllər bizim üçün kabus deyil, Onun qatından verilən möhlət olmalı. Üzümüz, könlümüz, ruhumuz ona dönük olmalı. Bizə “ah” etdirəcək bir ömür gün gələcək bizdən hesab soruşmaq üçün qarşımıza çıxacaq. “Məni hara sərf etdin, hansı pis əməllərə alət etdin? Mənimlə hansı yola getdin, hansı mənzilə çatdın?” –deyə hesaba çəkmədən ilahi riza istiqamətində istifadə etməliyik bizə verilən bu sərmayədən. “İllər keçdi bir ah ilə” deməmək və son nəfəsdə nadan olmamaq üçün indinin, bu günün, bu anın qiymətini bilmək lazımdır.

       

      Necə də gözəl demiş Dərzi Baba:

      Əllər deminə dəstur alalım.

      Pərvanəyə bax ibrət alalım.

      Eşqin atəşinə gəl bir yanalım.

       

      Günlər, gecələr durmaz, keçiyor.

      Sərmayən olan ömrün bitiyor.

      Bülbüllərə bax, fəryad ediyor.

      Ey qönçə, açıl, mövsüm bitiyor.

       

      • Hits: 907 clicks

      Tecox component by www.teglo.info