Home Arxiv 2009 № 28. Mart Ulu Şairin Son Reportaji


    Ulu Şairin Son Reportaji

      Share

      Bu qəbirlərin hərəsi bir addımdır. Bunlar mənim ömrümün yaşlarıdır düzülüb bura...

      Bəxtiyar Vahabzadə sağlığında tarixə qovuşmuş, tarixə qarışmış ulu şairimizdir, sənətkarımızdır. Uzun zamandan bəri onunla görüşmək, müsahibə almaq, dərdləşmək istəyirdim. Amma iş elə gətirdi ki, bu arzum xeyli gecikdi. Səhhəti bərpa olsun görüşərik inşallah, dedim.

      Yoldaşına zəng vurub dedim: “Ay Dilarə xanım, gəlim?” Cavabı belə oldu: “Ay Məmməd, gəlirsiniz, kövrəlir, sonra özünə gələ bilmir. Bir az gözləyin.” Xülasə, 2005-ci ilin 18 yanvarında yanına getdim. Ondan “Türk soyunun Bəxtiyarı” adlı bir yazı yazmaq üçün getmişdim. Bir vaxtlar, təxminən 15 il əvvəl onun xoşuna gələn, tamaşaçıların, oxucuların xoşuna gələn bir yazı yazmışdım. Bir saata yazdığım yazımın adını “Bir saatın Bəxtiyarı” qoymuşdum. “Ədəbiyyat” qəzetində nəşr edilmiş bu yazım çox yaxşı qarşılanmışdı. Bu dəfə də fikirləşdim ki, yenə belə bir yazı yazaram. “Bir saatın Bəxtiyarı” adı olmasa da bir saatın içində görüşərəm.

      “Ekran-Efir” qəzetində Bəxtiyar bəylə, o böyük şairimizlə bir söhbət verdik. Və bir gün Bəxtiyar müəllim mənə zəng vurdu ki, bəs necə oldu o görüşün lent yazısı? Dedim axı mən elə-belə yazı yazmağa gəlmişdim. Dedi ki, o söhbətin dadı damağımdan getməyib. Onun təkrarını görmək istəyirəm, yəni ekranda təcəssümünü görmək istəyirəm. Mən də götürdüm baxdım ki, nə mən əlim qələm tutandan belə yaxşı sual vermişəm, nə Bəxtiyar Vahabzadə. Daha doğrusu Bəxtiyar Vahabzadə olandan bəri belə könül xoşluğuyla, xəstə olduğuna baxmayaraq, xəstəliyi ayağının altına qoyub çox gözəl cavablar vermişdi.

       

      İndi isə o sual-cavabı İrfan jurnalının oxucularına təqdim edirəm...

       

      M. Aslan: Bəxtiyar bəy, çoxdandır səni görmürəm, qardaşım! Bir dəfə o Hüsü Hacıyevdəki evinizə gəldim, o zaman mənim cavanlıq vaxtım idi, sizin ahıllıq çağınız. Elə indi də ahıllıq çağınızdı, amma mən də artıq sizə saqqaldaş olmuşam. Orda söhbətimizdə bir saat sizinlə oturdum. Yadınızdadısa “Bir saatın Bəxtiyarı”nı yazdım.

      B. Vahabzadə:  Elədir.

      M. Aslan: O yazı yaxşı qarşılandı, sizin özünüz də bəyəndiniz. Ancaq onda bir fərqiniz də var idi. Dahi Füzuli ilə qabaq-qənşər oturmuşdunuz. Yadınızdadırmı?

      B. Vahabzadə: Yadımdadır.

      M. Aslan: Bir söhbətə hazırsınızmı? Növbəti bir söhbət. Yəni, sizdən yenə bir səhifəlik yazı yazmaq üçün həsrətini çəkdiyim bir söhbət.

      B. Vahabzadə: Onu mən deyə bilmərəm ki, indi gücüm var, ya yox.

      M. Aslan: Sizin gücünüz neçə-neçə palıd kimi, goy qurşağı kimi, bir dənizin dalğası kimidir inşallah.

      B. Vahabzadə: Hə, qardaş! Zaman keçir, insan həm özüdü, həm də özü deyil. Özümüzü inkar edə-edə böyüyürük.

      M. Aslan: Mən ümumiyyətlə çox görmüşəm ki, siz özünüzə qarşı çox tələbkar adamsınız. Ancaq bu gün belə davam edirmi özünüzü inkar?

      B. Vahabzadə: Ölənə qədər davam edəcək. Biz iki quruluşun arasında olmuşuq. Biz iki sistemin övladlarıyıq. Həm Sovet sisteminin, həm də müstəqillik dövrünün. Bu, zarafat deyil. Böyük bir sistemin içində yaşamışıq. O sistemin qaydalarına, qanunlarına da uyğunlaşmışıq. Təzə bir sistem gəldi. İndi o köhnə hafizə ilə bu sistemi qavramaq çətindir. Çox çətindir. Bu ziddiyyət məni çox düşündürür. Mən bu sistemin içində bir müddət özümü itirdim. Yəni buna uyğunlaşa bilmədim. Halbuki bilirsiniz ömrüm boyu istiqlal demişəm. Ömrüm boyu müstəqillik uğrunda mübarizə aparmışam qələmimlə. İndi mənim istədiyim quruluş gəlib. Həmişə istəmişəm ki, Rus imperiyasından xilas olaq. Xilas olduq. İndi bu yenini qavramaq, yeniyə uyğunlaşmaq, bu bir qədər çətindi. İnsan nə qədər ağıllı olsa da sistemdən-sistemə keçmək çox çətindir. Həmən fikirdi, həmən ideyadı, amma cism o deyil, bədən artıq o deyil. Sən bugünkü cavanlarla uyğunlaşa bilərsənmi? Bugünkü gənc o sistemi görməyib. O, bu sistemə hazırına gəlib düşüb. O, daha tez qavraya bilir. Daha doğrusu sistemin içində yetişir. Amma mən nə qədər bu sistemin içində yaşasam da bir ayağım ordadır. O biri tərəfdə.

      M. Aslan: Bəxtiyar bəy, siz 70 milyonun o tərəfdə, 9 milyonun burda, 30 milyonun cənubda sevdiyi Bəxtiyar bəysiniz. Bu gün qələm məhsullarınızdan razısınızmı?

      B. Vahabzadə: Heç vaxt, ömrüm boyu yazdığımdan razı qalmamışam. Nə o zaman yazdıqlarımdan, nə də indi yazdıqlarımdan razı qalmışam. Bu gün də yazdıqlarımdan razı qala bilmirəm.

      M. Aslan: Şair, ilham dedikləri əslində ya mələyin sözüdür, ya da mələyin gözəgörünməzliklərdən gətirdiyi bir xəbərdir. Yazdıqlarınızın hansı hissəsi ilhamın sözüdür, hansı hissəsi ağlınızın?

      B. Vahabzadə: Onu ayırmaq bir az çətindir, amma çətin olsa da deyim sizə. Məsələn fikrimdə bir fikir tutur məni, bir hiss tutur. Yazmağa başlayanda o hissə doğru getmək istəyirəm, onu demək istəyirəm, onu demək üçün hazırlıq gedir və sən birbaşa onun üstünə gedə bilirsənsə bu düz çıxmır, amma yazı prossesində yol ayrılırsa, başqa bir cığır ayrılırsa, o cığırla gedirsənsə, o cığır vasitəsi ilə ora çatırsansa, dolayısıyla, bu uğurdur. Ancaq birbaşa ora gedirsənsə onda o, ağlın məhsulu olur.

      M. Aslan: Çox gözəl dediniz, amma bir şeyi də bilmək istəyirəm. Siz nəzərdə tutduğunuz bir mövzu yazı prossesində əvvəlcə nəzərdə tutduğunuz olur, yoxsa gedişatda müəyyən şeylər ortaya çıxır?

      B. Vahabzadə: Əgər birbaşa ora gedirəmsə, o uğursuz olur. Amma dolayısıyla gəlirəmsə, o uğurludur. Yəni fikirdən fikir doğursa, hissdən hiss doğursa birbaşa gəlmirsən, dolayısıyla gəlirsən. Bax o dolayısıyla gəlmək daha uğurludu.

      M. Aslan: Bəxtiyar Vahabzadənin özü öz redaktoru olsaydı nəşr olunan əsərlərində çıxdaş etməli olduğu şey tapılardımı?

      B. Vahabzadə: Çox.

      M. Aslan: Nədən?

      B. Vahabzadə: Bax, mən cildlərimi hazırlayıram. 7 cild çıxıb, təxminən bir 7 cild də olmalıdır planımda. Yəni publisistik əsərlərimlə, məqalələrimlə bərabər 14 cild olmalıdır. Məsələn, mən o cildlərə əsərlərimi salanda heç olmasa ümumi yaradıcılığımdan 30 faizini atdım, heç birisini salmadım ora. Ümumiyyətlə insanın özünə, öz keçdiyi yola tənqidi münasibəti vacibdir. Mən bunu çox vacib hesab edirəm.

      M. Aslan: Əbədi möhtac olduğunuz, yəni ömrünüz boyu bəşəri, ya da qeyri-bəşəri mövzular ki, var onlardan hansı sizin yanınızda dolanır bu gün?

      B. Vahabzadə: Məndə son zamanlar daha çox qoşmaya, gəraylıya meyil var. Çox qəribədir, cavanlıqda da vardı, amma indi daha çox zərurət hiss edirən.

       

      M. Aslan: Sizin bir zamanlar azərbaycanlıların həsəd apardığı bir dördlüyünüz var idi. Yəni bir mərtəbə var idi ki, o mərtəbədə Xudu Məmmədov var idi, Zeynal Məmmədov var idi, Nurəddin Rzayev var idi, bir də siz vardınız, Bəxtiyar Vahabzadə vardı. Dünyanın gedişatı budur, bir Nurəddin qalıb, Allah ömür versin, bir də siz qalmısınız. Yəni bu ittifaq dağılandan sonra həsrət çəkirsinizmi o günlərə?

      B. Vahabzadə: Bu yaxınlarda Xudunun qəbrini ziyarətə getmişdim. Gördüm ki, Xudunun bu tərəfində də, o tərəfində də xeyli qəbirlər var. Yeni qəbirlər, Xudu öləndən sonra olan qəbirlər. Mən o qəbirlərin üstündəki yazıları oxudum, gördüm ki, hamısını tanıyıram. Öz-özümə dedim ki, ilahi, bunlar nə zaman ölub, mənim xəbərim olmayıb və mən orda bir şeir yazdım. Bu qəbirlərin hərəsi bir addımdır. Bunlar mənim ömrümün yaşlarıdır düzülüb bura. Bəzən biz tamam unuduruq, otaqlara çəkilirik dünyadan xəbərimiz olmur. Bir də görürsən eşidirik ki, ən yaxın adamımız rəhmətə gedib.

      Elədir, bizim xəbərimiz olmadan dünya boşalır. Bəzən biz deyirik ki, nakamdı, amma bir saat yaşasa da insandır. 50 yaşında, 200 yaşında, neçə olursa-olsun, ölüm acısını hər kəs dadacaqdır. Allah Xuduya da rəhmət eləsin, sağında-solunda yatanlara da.

      M. Aslan: Təkcə Nurəddinmi qaldı, yoxsa ətrafınızda yenə dostlar var?

      B. vahabzadə: Var. Ancaq hamısına dost demək olmaz. Başqa yeni tanışlar meydana çıxdı.

      M. Aslan: Mən dedim ki, qeyri-adi bir dördlük idi və hər kəsin heyrət etdiyi bir dördlük idi. Söhbəti tənhalığa gətirib çıxarmışkən ümumiyyətlə tənhalıq nədir, şair tənhalığı nədir, sizin aləminizdə?

      B. Vahabzadə: Çox dəhşətli sualdır. Ən çox qorxduğum şey təklikdir. Ruhən, fikrən tək qalmaq.

      M. Aslan: Türk soyunun Bəxtiyarı olduğunuz üçün ağlınıza borclusunuz, yoxsa ürəyinizə?

      B. Vahabzadə: Daha çox ürəyimə. Ürək insanı yaşamağa qoymur. (hönkürtü ilə ağlayır)

       

      M. Aslan: İndi hər şey balacalaşıb, söz ucuzlaşıb. Sözün bu devalvasiyasında neynəyirsiniz, bir mübarizə yolunuz var, yoxsa yox?

      B. Vahabzadə: Bizim əlimizdən nə gəlir? Yazmaq. Mən bu yaxınlarda bir şeir yazmışdım: “Söz alağı”. Çap olundu da. Mənim pyeslərimdə bu vicdan məsələsi qırmızı xətt kimi keçir.

      M. Aslan: Elə bütün əsərlərinizdə var.

      B. Vahabzadə: Vicdan olan yerdə insan ikiləşir. Vicdan olmayan yerdə isə ikiləşmir. Amma vicdan kimdə olur? Əxlaqlı adamda. Əxlaqsız adamın vicdanı olmaz. Amma əxlaqlı adamda ikinci səs var. O, bir hərəkət edir və eyni zamanda qəlbinin dərinliyindən bir səs deyir ki, düz eləmirsən, dayan!

      Mənim başqa bir pyesim vardı. “Hara gedir bu dünya”. O pyesdə isə ulu əcdad özünü göstərirdi. Hərdən ulu əcdad səhnəyə gəlirdi. Düşün ki, sən belə bir ölkənin, belə bir nəslin, belə bir millətin oğlu deyildin. Mən axı sənin əcdadınam, biz belə olmamışıq. Orda əcdad deyir ki, bizim dilimizlə, ürəyimiz arasında məsafə olmayıb. Amma sizin dilinizlə ürəyiniz arasında milyon kilometrlərlə məsafə var. İçinizdən gələn səs dilinizə gələnə qədər dombalaq aşmalıdır, fırlanmalıdır, sonra ağızda bişirib deməlisən sən bunu.

      M. Aslan: Bir var övlad qayğısı, bir var millət qayğısı, bir də var dövlət qayğısı. Qəribədir ki, mən istəmədən hamısı qafiyəli sözlərdir. Hansından daha çox yararlanmısınız, hansından daha çox bəxtiyarsınız? Bəxtiyar bəy hansından daha çox bəxtiyar olub bu qayğıların? Çünki qayğı ömrün bu çağında daha çox rol oynayır.

      B. Vahabzadə: Doğrusu, sənə deyim ki, ailəmdən də, övladlarımdan da çox razıyam, Allaha şükür. Amma əsas məsələ qalır, o yük bizim boynumuza qalır, sənət adamlarının dövlət qayğısı, millət qayğısı, vətən qayğısı, bax bu qayğı ən böyük qayğıdır. Allah bizi bu qayğıdan məhrum eləməsin. Əgər biz bu qayğıdan məhrum olsaq onda əlimizə qələm ala bilmərik.

      M. Aslan: Bəxtiyar bəy, mən çox sevindim ki, gəlib sizi elə həmişəki duru üzdə gördüm. Biz ona “tükü duru” deyirik. Tükü duru gördüm sizi, Allaha çox şükür. Və sözünüzün ahəngi, ləngəri çox könlümü aldı, Allah mənə imkan versin sizinlə üçüncü söhbətə də çıxım.

      B. Vahabzadə: Allah qoysa!..

       

       

      Xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşümdən təxminən 4 il keçir, o xoş görüşün təəssüratı hələ də qəlbimdə canlıdır. O qədər canlıdır ki, ona həsrət duyacağam. Çünki Bəxtiyar bəy özündə güc tapıb o xəstəliyi ayağının altına qoymuşdu. Həzrət Peyğəmbərimiz deyir ki, “Qocalıq bütün dərdlərin cəmləşdiyi limandır”. O da şair qocalığı ola. Şair onsuz da dərd çəkir. Bəxtiyar bəy deyir ki, mənim dərdim qurtaranda özüm bir dərd düzəldib onunla bölüşməyə başlayıram. Döğrudan da dərdsiz şairin şairliyinə mən inanmıram.

      g[ od`� �{� formalaşırlar ki, bu zaman Cənub-Qərb (oğuz) türkləri Türkiyə türkləri, Azərbaycan türkləri və türkmənlərə bölünmüş olurlar.

       

      Azərbaycan xalqının etnosiyasi coğrafıyasının müəyyənləşməsi prosesi XV əsrin sonu XVI əsrin əvvəllərində artıq başa çatır, Əvvəl Qaraqoyunlu, sonra Ağqoyunlu, daha sonra isə tarix səhnəsinə daha boyük etnosiyasi güc (və iddialar) ilə çıxmış Səfəvilər Azərbaycanın tarixi hüdudlarını müəyyənləşdirirlər. Şimalda Dağıstan ve Gürcü xalqları, Qərbdə Osmanlı türkləri, Cənubda isə farslarla qonşu olan azərbaycanlıların Şərq hüdudlarını Xəzər dənizi təşkil edir.

      Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsinin beş yüz illik tarixi üzərində apardığımız müşahidə-təhlillər göstərir ki, ərazi bütövlüyü üçün təhlükə yaratmış (və həmin bütövlüyü pozmuş) əsas amillər aşağıdakılardır;

      1)        daxili çəkişmələr;

      2)   xarici müdaxilələr.

      3)   siyasi- ideoloji özgələşmə.

      Azərbaycan xalqnın öz ərazi bütövlüyü uğrunda mübarizəsi tarixi aşağıdakı dövrlərdən keçmişdir:

      I.            Səfəvilər dövrü (XVI əsrin əvvəllərindən XVIII əsrin ortalarına qədər).

           II. Xanlıqlar dövrü (XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər).

           III. Azərbaycanın Şimalının Rıısiya, Cənubunun isə İran tərkibində olduğu dövr (XIX əsrin əvvəllərindən XX əsrin sonlarına qədər).

      IV.  Müasir dövr (XX əsrin sonu  XXI əsrin əvvəlləri).

       

      • Hits: 737 clicks

      Tecox component by www.teglo.info