İnsanliğa İşiq Saçan Dahilər

      Share

      İnsanlıq mədəniyyətinə yeni ixtiralarla faydalı olan elm adamlarından, sənət, ədəbiyyat, coğrafiya və fəlsəfə sahələrində yetişən dahilərin Türk-İslam Dünyasından çıxması bu mədəniyyətə güc vermişdir. 

      Sözü gedən insanlar bu gün belə olduqları yerlərdən dünyaya işıq saçmaqdadırlar. Mövlana Cəlaləddin Ruminin Məsnəvisi bu gün insanlığa hədiyyə edilən ən gözəl mədəni irsdir. Yunus Əmrə, Əhməd Yəsəvidə özünü göstərən mənəvi dərinlik və yaradılana məhəbbət anlayışı bugünün acımasız dünyasında ən çox ehtiyac duyulan bir əsasdır. Füzulidəki insan və Peyğəmbər sevgisindən hər insanın və inananın çıxarması gərəkən böyük dərslər vardır.

      Tarix boyunca qurulan türk-islam dövlətlərinin dahi liderləri belə insanlığa rifah və səadət gətirməyi özlərinə yeganə qayə seçmişlər. İlk türk dövlətlərindən bu günə qədər heç bir türk-islam dövləti qətliam həyata keçirməmiş, bəzi istisnalar xaric istila etməmiş və millətləri haqsızlıqla idarə etməmişdir. Bu da öz növbəsində bu millətin yüksək mədəni dəyərlərə sahib olduğunu göstərən bir tablodur. Osmanlı ən yaxın türk dövlətidir və Osmanlının arxivlərində bütün məlumatlar, dosyelər mövcuddur. Bu dosyelərdə nə insanlığa qarşı bir suç ünsürü vardır, nə də öz xalqına. Ən həssas ölçülərlə dövləti idarə etmə anlayışı içərisində inkişaf edən Osmanlı qısa bir zamanda 3 qitəyə hakim olmuş və bütün dünyaya dahi liderimiz sayəsində insanlıq dərsi vermişdir.

      Çox yüksək mədəniyyət anlayışı ilə var olmuş, islam mədəniyyəti öz qaynağını vəhydən aldığı üçün ən ideal, ən doğru və ən mükəmməl dəyərlər sistemini yüzillər uzunu formalaşdırmışdır.

      Tarixə baxdığımız zaman bir çox mədəniyyətin var olduğunu görürük. Kimisi bəşəriyyətin geniş yaddaşında ən gözəl izlər qoyaraq tarix səhnəsindən çəkilmiş, kimisi də özündən sonra nifrət və kin duyğuları qoyaraq tarixin tozlu rəflərində itib-batmışdır.

      Mədəniyyətin formalaşma mərhələsində din, dil və bu kimi milli ünsürlər ilk növbədə insanlığın inkişafına xidmət məqsədi daşımalıdır. Mədəniyyət bir millətin sahib olduğu və yüzillər boyunca formalaşdırdığı dəyərlər mənzuməsidir. Bu dəyərlər mənzuməsinin meydana çıxmasında ən böyük vəzifəni üstlənən və ən mühüm rolu oynayan varlıq şübhəsiz ki, insandır.

      Böyük bir şairin ifadəsi ilə “böyük millətlərdən böyük insanlar çıxar.” Təbii ki, bir millətin böyük millət ola bilməsi üçün də o millətin ünsürlərinin mədəni olma iddiasına sahib olması gərək.

       

      ***

       

      Türk-islam mədəniyyətinin meydana gəlməsində yol işarələri vəsfi daşıyan dahi şəxsiyyətlər həm olduqları zamanı, həm də sonrakı əsrləri öz işıqları ilə aydınlatmışlar. Bu dahi şəxsiyyətlərin sayını, sərhədini hər kəs özünə görə müəyyənləşdirə bilər. Fəqət bütün dünya tərəfindən rəğbətlə qarşılanmış simalara sahib olmağımız bizim üçün qürur və iftixar məsələsidir.

      Xülasə, türk-islam mədəniyyətinin parlayan işıqları olaraq gördüyümüz dahi insanlar Allahın bu millətə vermiş olduğu bir hədiyyəsidir. Yeni nəsillər olaraq biz öz keçmişimizə sahib çıxaraq həm qürur duymalı, həm də atalarımızın insani, mənəvi dəyərlər bütününə sahib çıxaraq varlığımızı sürdürməliyik. Həm fərd, həm də millət olaraq heç bir kompleksə qapılmadan nailiyyətimizlə qürur duymalıyıq.   

       

      • Hits: 1052 clicks

      Tecox component by www.teglo.info