155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kaşqarli Mahmud / Elşən RZAYEV

      Share

      Böyük alim və şair Yusuf Has Hacib belə deyir: “Alimlərin elmi xalqın yolunu işıqlandırar, onları sev və onlardan hörmətlə bəhs et! Sənin üçün lazım olan onların elmidir.

       Onlar insanlara yol göstərərək doğruluğa sövq edər. Onların elmi, xalq üçün bir məşəldir; gecə məşəl yansa, insanlar yolu azmazlar.”

                  Böyük elm adamlarına hörmət göstərmək, alimlərini xatırlamaq və onların əsərlərini qorumaq, hikmətli sözlərini yad etmək və ideyalarını davam etdirmək, adlarını əbədiləşdirmək, qəbirlərini ziyarət etmək, bu surətlə yeni nəsillər yetişdirmək hər bir millətin borcudur.

                  Nə qəribədir ki, bəzi insanlar həyatda ikən belə xatırlanmırlar, bəziləri isə dünyadan köçdükdən üç-beş il sonra unudulub gedirlər. Ancaq elə insanlar da va ki, cismani həyatlarının üstündən yüz illər keçsə də ömürləri bir xalqın ömrü ilə birlikdə davam edir və bugünkü insanlar onun dövründə yaşaya bilmədiklərinin sanki əvəzini çıxmaq üçün və heç olmasa ömürlərinin bir ilini də olsa onlarla birlikdə keçirmək üçün yaşadıqları dövrün bir ilini o dahi insanlara həsr edirlər.

                  Bəli, təsadüfü deyil ki, UNESCO 2007-ci ili Ümumdünya “Mövlana İli”, Avrasiya Yazarlar Birliyi, 2008-ci ili “Kaşqarlı Mahmud ili” elan edib.

                  Türk tarixi hər dövrdə qəhrəmanlar yetişdirmiş, bu qəhrəmanlar döyüş meydanlarında soyumuzu və mədəniyyətimizi üstün edib yaşatmaq üçün canlarını fəda etmişlər. Qanla sulanmış torpaqlarda minlərlə ildir var olmağımızı təmin edən əhəmiyyətli ünsürlərdən biri də şübhəsiz türk dilidir. Dilimizin varlığını qoruması da eynilə millətimizin bu günə qədər yaşaması kimi fədakarlıqlar və igidliklərlə təmin edilmişdir. Bu qəhrəman və igid bəylərdən biri də Kaşqarlı Mahmuddur.

                  Kaşqarlı Mahmud Qaraxanlılar imperiyası dövründə Doğu Türküstanda XI əsrin birinci yarısında dünyaya gəlmiş, türk dünyasının təməl əsərlərindən olan “Divani-lüğətit-türk”ü - müxtəlif türk ləhcələri haqqında ensiklopedik biliklər toplusu olan türkcə-ərəbcə lüğətini - 1070-ci ildə başlayıb, 1076-1077-ci illər arasında bitirmişdir. “Divan” ikidilli, eyni zamanda izahlı lüğətdir, təxminən 9000 sözdən və onların izahından ibarətdir. İşlətdiyi sözləri izah etmək üçün müəllif atalar sözü və məsəllərdən, dastanlardan, şeir və mahnılardan örnəklər gətirir. Beləliklə, “Divan” türk sözlərinin ərəbcə mənasını verən lüğət olmaqdan başqa qədim türk ədəbiyyatının və o cümlədən qədim türk şerinin örnəklərini bizə çatdıran nadir məxəzdir. Divanında türk dilinin qrammatikası ilə birlikdə türk yer adları, türk damğaları və türk xalqlarını da ətraflı şəkildə izah etmişdir. Türk ellərini, obalarını və tayfalarını bir-bir gəzən, türk dili və mədəniyyətinə aid topladığı materialları diqqətlə incələyərək əsərinə alan Kaşqarlı Mahmud  türk, türkmən, oğuz, çığıl, yağma və qırğız boylarının ağız və ləhcələrini qarşılaşdıraraq açıqlamışdır.

                  O, Qaraxanlılar soyundandır. Qaraxanlılar dövründə yetişən və ilk türk dili bilgini olan Kaşqarlı Mahmud İbn Fadlan, Gərdizi, Tahir Mərvizi, Məhəmməd Avfi və Beyhəqi kimi öz dövrünün türk həyat və cəmiyyətləri üçün çalışan məşhur alimlərlə birlikdə türk ellərini qarış-qarış gəzmiş, çalışmalarında türkcəni rəsmi dil olaraq qəbul edən Qaraxanlı Dövlətindən də böyük dəstək almışdır. Türk dilinin inkişaf etməyə başladığı o dövrdə Kaşqarlı Mahmud türk dilinə böyük xidmətlər göstərmişdir. O, ortaya qoyduğu əsərlərlə türk dil birliyinin formalaşmasına təkan vermişdir. Eyni zamanda filoloq, etnoqraf və ilk türk xəritəçisi olan Kaşqarlı Mahmud “Divani-lüğətit-türk” adlı əsərində yaşadığı dövrdəki türk ellərinin və boylarının istifadə etdikləri şivələri orijinal olaraq təsbit etmişdir. Oğuz türklərinin 24 boyu haqqında sxemini də verdiyi əsərində türk dilinin zənginliyini, ərəb və fars dilləri yanındakı dəyərini isbat etməyə çalışan Kaşqarlı Mahmud xüsusilə türk dilini ərəblərə öyrətmək məqsədilə Kitabu Cəvahirun Nəhvi Lüğətit-Türk adlı qrammaika əsərini qələmə almışdır.

                  Kitab üçün çox qısa bir ad vermək lazım gələrsə Lüğət Ensiklopediyası deyə bilərik. Əsər günəşlə birlikdə, mədəniyyətin də şərqdən başlayaraq dünyaya yayıldığının mühüm bir  bir göstəricisidir. Divani-lüğətit-türk, türk millətinin yalnız hərb meydanında deyil, mədəniyyət sahəsində də lider ve nümunə olduğunu göstərən bir abidədir.

             

      • Hits: 1168 clicks

      Tecox component by www.teglo.info