İnsani Yaşat Ki, Dövlət Yaşasin! / Dr. İbrahim Baz

      Share

      Qəlbiylə dünyanı dinləyən məşhur mütəfəkkir Cemil Meriç “Osmanlı toplumunda dram yox idi ki, roman meydana çıxsın” sözləriylə nəticədən səbəbə gedərək 

      Osmanlı toplumundakı vəqflərin funksiyasına və sosial yardımlaşmaya işarə edir.

      Yazımızın başlığı Şeyx Ədəbali həzrətlərinin Osman Qaziyə nəsihətləri arasında yer alır. Bu söz başda Osman Qazi olmaq üzrə bütün Osmanlı padşahları, dövlət əyanları, zənginlər və hətta heç bir sərmayəsi olmayan kasıbların həyat düsturu olmuş və Osmanlının dünya imperatorluğuna çevrilərkən arxasındakı ən əsas dinamik güc olmuşdur. Əsas olan insanı yaşatmaqdır, gerisi asandır.

      İnsana belə bir ehtiramın ilk örnəyi birbaşa insanı yaradan Allahdır. Onu ən gözəl şəkildə yaratdığı kimi Özündən başqa bütün kainatı onun üçün var etmişdir. Günəş, ay, ulduzlar, ağaclar, quşlar, çaylar, dənizlər hamısı insan üçündür. Mələklər insana səcdə etməklə əmr olundu. Allah bütün məxluqatı xəlifəsi olan insana vəqf etmişdir. Vəqf qurmaq və vəqf insanı olmaq Allah rizasını diqqətə almaq da beləcə Allahın əxlaqı ilə əxlaqlanmaqdır.

      Elə isə vəqf nədir? Bir mülkün mənfəətini insanlara həsr edib, əslini əbədiyyən Allahın mülkü hökmündə olmaq üzrə mülk alma və verməkdən qadağan etməkdir. Dolayısıyla vəqfin mərkəzində insana faydalı olmaq və Allahın ölçülərinə tabe olmaq prinsipi vardır.

      İslam tövhid dinidir. Bunun mənası yalnız inanc çərçivəsində deyil, sosial həyatda iman edənlərin qardaşlıq bağıyla bağlanıb tövhid olmalarını da əhatə etməkdədir. Acıları paylaşaraq azaltmaq, sevincləri paylaşaraq çoxaltmaq tövhidin gərəyidir. Qonşusu ackən yata bilməmək tövhidin gərəyidir. İctimai bərabərliyi bərqərar etməkdə ən mühüm faktorlar olan və Quranın israrla üzərində durduğu zəkat və sədəqə tövhidin gərəyidir ki, zəkat və sədəqənin Allah rizasını qazanmağın müəssisələşməsi, davamlı və sistemli hala gəlməsinin adı vəqfdir.

       Şeyx Ədəbalinin duası və insanı yaşat ki, dövlət yaşasın düsturuyla qurulan Osmanlı imperiyası qısa zaman içində bir vəqf dövlətinə çevrilmiş, böyük körpü və yollar ilə əsgəri yatırımlar xaricindəki hər şey vəqflər tərəfindən inşa və təmir edilmişdir. Came, məscid, külliyə, mədrəsə, məktəb, bulaq, səbil, şadırvan, fəvvarə, hovuz, hamam, ayaqyolu, körpü, yol, karvansaray, xəstəxana, kitabxana, namazgah, təkyə, türbə, bazar, park, dəniz mayakı, camaşırxana, dərsxana, qəbiristanlıq kimi həyatın hər anına və sahəsinə xitab edən vəqf müəssisələri qurulmuşdur.  

      Bunların arasında yalnız insana xidmət edən deyil, “Yaradılanı sevərik Yaradandan ötürü” prinsipinin təzahürü olaraq köçəri quşlara, kimsəsiz heyvanlara xidmət edən, hətta yol kənarındakı ağacları sulamaq üçün qurulmuş vəqflər vardı. Üç saatlıq məsafədə karvansaraylar, bunların arasına xanlar və hamamlar qurularaq yolçulara gündəlik ibadət və məişət xidməti göstərilmişdir. Osmanlı dövründə qeydiyyata alınan vəqflərin sayı 26300-ə çatmışdır ki, bunların 1400-ü qadınlar tərəfindən qurulmuşdur. XVI əsrdə Osmanlı torpaqlarının beşdə biri vəqf ərazisi olmuşdur.

      Vəqf müəssisəsini yaşatmaq və davam etdirmək vəqf insanlarıyla mümkün olmuşdur. Düşündüyümüzün əksinə, vəqf qurmaq və vəqf insanı olmaq yalnız zənginlərin vəzifəsi deyil, nəfəs alan hər möminin vəzifəsidir. Allahın Rəhman, Rəzzaq, Vəhhab, Qəyyum, Vədud, Ğani sifətlərinin təcəllisi olan vəqf insanları gücləri çatanı etməklə mükəlləfdirlər.

      Allah əvəzsiz lütf edəndir. Onun əxlaqıyla əxlaqlananlar da əvəz almadan ehsan edərlər. Bunun adı Allah rizasıdır. Onun rizası üçün məxluqata xidmətdir. Üstəlik insandakı xoşbəxtlik genini hərəkətə gətirən ən mühüm ünsürlərin başında əvəz gözləmədən ehsan etmək gəlir. Ehsan səadətin qapısıdır. Sevgi və eşq də bu deyilmi? Məhz buna görə də Allaha eşqi ən qüvvətli olanlar ən böyük vəqf insanlarıdır. Onların gözündə mülk Allaha aiddir. Cüneyd Bağdadi belə bir insanı bu cür tərif edir:

      Sufi torpaq kimidir. Yaxşı-pis, hər kəsi və hər şeyi üstündə daşıyır. Bulud kimidir, hamını kölgələndirir. Yağış kimidir, hamıya rəhmət olub yağar. Üstünə atılan hər pisliyi içində əridən, təmizləyən və içindən gözəl şeylər bitirərək o pislikləri gözəlliklərə çevirən münbit bir torpaqdır.

       

      Xülasə, istismarın dövlət politikası halına gəldiyi dünyamızda vəqf anlayışı yenidən canlandırılmalıdır. Bəşəriyyətin həqiqi birliyinin və səadətinin qapısı vəqfdir. Vəqf qurmaq və vəqf insanı olmaq öldükdən sonra da yaşamaqdır. Həqiqi xəlifə olub Allahın əxlaqı ilə əxlaqlanmaqdır. Qaranlıq dənizlərə mayak, fidana can suyu olmaqdır. Haqqın nəzəri ilə bəndəyə baxmaq irfana qovuşmaqdır. Mənlikdən keçib qayğıkeşlik libasını geyməkdir. Sevgi və mərhəməti yaşamaq və yaşatmaqdır. İnsan yalnız yaşadarkən yaşamağın həzzini duyar.

      Sözü Yunus Əmrəyə verməzdən əvvəl daima özümə verdiyim sual ilə nöqtələyirəm yazımı: Onlar əvəzini Allahdan gözləsələr də, hər il müxtəlif kateqoriyalarda “Vəqf insanı” mükafatları verilsə, insanları xeyir yarışına sövq edib möhtaclara yeni qapılar açma imkanı verə bilmərikmi?   

       

      Gəldi keçdi ömrüm mənim şol yel əsib keçmiş kimi

      Hələ mənə şöylə gəldi bir göz açıb yummuş kimi

      ...

      Bir xəstəyə vardın isə, bir içim su verdin isə.

      Sabah anda qarşı gələ, haqq şərabın içmiş kimi.

                                                                 Yunus Əmrə

      • Hits: 974 clicks

      Tecox component by www.teglo.info