Ramazan Tərbiyəsi / Dr. İbrahim Baz

      Share

      Xoş gəldin, ey ayların Sultanı! Sənə nə qədər möhtac olduğumuzu bilsən... Gəl gir könlümüzə və qəlbində doğan Quranla bir daha təmizlə, dirilt bizi. Axşamlarımız iftar sevinci ilə canlansın.

       Gecələrimiz sahur süfrələri ilə aydınlansın. Təravihlə qəlbimizin səfləri sıxlaşsın. Rəbbimizin hüzurunda utanmamaq üçün tərbiyə et bizi. Və qiyamımız olsun siyamımız...[1]

       

      Ramazan yandırar və təmizlər

      Ramazan sözü günəşin şiddətli hərarətindən daşların qızması və yanması mənasına gələn “r-m-d” kökündən törəmişdir. Qızmar və yanan daşlar üzərində gəzənlərin ayaqları yandığı kimi Ramazanı layiqincə dərk edənlərin də günahları yanar və qəlbləri təmizlənər.

      Yaxud yazın sonu ilə payızın əvvəlində yağan və yer üzünü tozlardan təmizləyən yağış mənasında “ramid” kəlməsindən törədiyi qəbul edilir. Ramazanda oruc tutanlar da qızmar yaz günlərində yanan torpaq kimi bu ayın rəhmətilə kirlərdən təmizlənir.

       

      Ramazan Qədr və Qurandır

      Bəşəriyyətin hidayət mənbəyi, könüllərin şəfası, qəlblərin nuru olan Quran bu ayda olan Qədr gecəsində endirilməyə başlamışdır. “Ramazan ayı insanlara yol göstərən bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quranın nazil olduğu aydır... Bu səbəblə möminlər yüz illər boyu müqabilələrlə (Ramazan ayında qarşılıqlı Quran oxumaq) “Quran iqlimi”ndə yaşar və onun həyat nizamı olduğunu bir daha xatırlarlar. Ramazanın son on günündə aradıqları min aydan daha xeyirli olan, mələklərin yer üzünə səpənəndiyi Qədr gecəsini dərk edərək bir ömürdə əldə ediləcək savaba nail olurlar.

       

      Ramazan orucdur

      Dinin beş dirəyindən biri olan oruc bütün ümmətlərin mürəbbisidir. Onları pisliklərdən qoruyan qalxandır. Göy qapılarının açıldığı, cəhənnəm qapılarının bağlandığı, şeytanların zəncirə vurulduğu bu ayda tutulan oruc ümmətin bir-birini daha yaxşı anlamasına və varını paylaşmasına imkan verir. Tox olan acın halı ilə həmhal olur. Səbir kəlmə olmaqdan çıxaraq yaşanmağa başlar. İftar və təravih tövhidin dili olur. Allah Rəsulunun müjdəsi ilə kim bu ayda inanaraq və mükafatını umaraq oruc tutar və namaz qılarsa, anasından doğulduğu günkü kimi günahlarından xilas olar. Şübhəsiz ki, oruclunun ağız qoxusu Allah qatında müşk qoxusundan daha xoşdur. Edilən bir yaxşılıq on mislindən yeddi yüzə qədər mükafatlandırılarkən orucun mükafatını şəxsən Allah özü verər. Orucun savabının həddi-düdudu yoxdur.

      Oruc əmin-amanlıqdır. Hz. Peyğəmbər “Sizdən biri oruclu ikən pis söz danışmasın, başqaları ilə qovğa etməsin. Əgər kim isə ona söyər və ya sataşarsa, “Mən orucluyam” desin!” buyurur. Çünki oruc ac qalmaq deyil, qəlbi Allaha açmaqdır. Allahın hüzurunda olduğunun idrakı ilə, yəni ehsan məqamında yaşamaqdır.

      Oruc cənnətə açılan qapıdır

      İxlas və səmimiyyətlə oruc tutan möminlərin gedəcəyi yer cənnətdir. Peyğəmbərimiz (s.ə.s) belə müjdələmişdir: “Cənnətdə Reyyan adlı bir qapı vardır. Qiyamət günündə o qapıdan yalnız oruclular girər. Onlardan başqa heç kim bu qapıdan girə bilməz. “Oruc tutanlar haradadır?” -deyə çağırılarlar və onlar da bu qapıdan içəri girərlər. Sonuncu girdikdən sonra qapı bağlanar, artıq heç kim girə bilməz.”

       

      Oruc cəhənnəm oduna qarşı qalxandır

      Oruc cənnətə qapı olduğu kimi cəhənnəm oduna qarşı da qalxandır. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Savaşda sizi qoruyan qalxan olduğu kimi oruc da cəhənnəmdən qoruyan qalxan, atəşə qarşı sipərdir.”

       

      Oruclunun duası

      Dua möminin zaman və məkanla məhdud olmayan ən mühüm ibadətidir. Xüsusilə Allah qatında ağzı müşk kimi qoxan oruclunun duası başqa bir əhəmiyyət daşıyır. Allah Rəsulu adil dövlət başçısının, məzlumun və oruclunun duasının rədd olunmayan dualar olduğunu müjdələmişdir.

      Bu acınacaqlı günlərdə, oruc ayı boyunca iftar və sahurlarda ümmət üçün dua edək. Dualar edək ki, azanlarımız susub, minarələrimiz və səmamız hüznlə dolmasın. Məscidlərimiz toplanmağın deyil, camaat olmağın şüurunu yaşayanlarla dolsun. Qəlblər bir olsun. Küsülülər barışsın.

       

      Oruc nə deyir?

      Oruc təslimiyyətdir, ümmətin tövhididir.

      Oruc şəfqət və mərhəməti xatırlamaqdır.

      Oruc məşəqqətə qarşı dirənişi öyrənmək, səbri yaşamaqdır.

      Oruc bədənin zəkatı və səhhət qaynağıdır. Oruc tutan sağlam olar.

      Oruc təqvanın yoludur.

      Oruc nəfsin mürəbbisi, gözəl əxlaqın müəllimidir.

      Oruc dünya və axirət səadətidir.

      Oruc cənnətin qapısı, cəhənnəmə qarşı qalxandır.

       

      Xülasə: əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən qurtuluşa vəsilə olan Ramazan ayı əxlaqi, ruhi, sosial, iqtisadi, pedaqoji, psixaloji və bir çox başqa hikmətlərlə doludur. Ramazan fərdin və cəmiyyətin mürəbbisidir.

      Ya Rəbbi, gündüz tutduğumuz orucları, gecə qıldığımız namazları  qəbul et!



      [1] Qiyam – burada; doğrulmaq, dirçəlmək. Siyam – oruc.

       

      • Hits: 1031 clicks

      Tecox component by www.teglo.info