Təhsildə Yaş Həddi Yoxdur / Dr. Abbas QURBANOV

      Share

      Atalar çox yaxşı deyib: “Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır.” Müasir həyatımızda yaşayan hər bir insan Peyğəmbərimizin

      “Elmi beşikdən qəbrə qədər öyrənin” hədisinə tabe olaraq hansı yaş dövründə olmasından asılı olmayaraq hər zaman öyrənməyə çalışmalıdır.

      Yaşamaqda olduğumuz 21-ci əsr özünün sürətli dəyişikliyi və yenilikləri ilə seçilməkdədir. Elə buna görə də bu əsrin insanları zəmanəyə ayaq uydura bilmək üçün hər an öz bilik və qabiliyyətlərini təzələməyə, inkişaf etdirməyə və yeni şeylər öyrənməyə can atmalıdırlar. Əks təqdirdə kim olursansa ol, zamanın və ya olduğun möveyin səndən tələb etdiyi şeyi yerinə yetirə bilmirsənsə demək sən tələbata cavab vermirsən. Bir neçə il bundan əvvəl xarici dil bilən bir şəxs çox asanlıqla iş tapa bilirdisə, indi artıq iki və ya üç dil bilmək normal hal kimi qarşılanır.

      Buna görə də müasir insan bügünkü biliyinə arxayın olub yerində qalmamalıdır. Ona görə, hər imkan daxilində xüsusən öz ixtisasına uyğun olan yeniliklərlə yaxından maraqlanmalı və onlardan xəbərdar olmalıdır. Hətta ümumilikdə baş verən siyasi, iqtisadi, sosial və mədəni yeniliklərdən də xəbərdar olmalıdır. Çünki əsrimiz eyni zamanda bilik əsri kimi tanınmaqdadır ki, bunu da ya oxumaqla, ya araşdırmaqla ya da baxmaqla öyrənə bilər. Bütün bunlar onun ümumi biliklərinə böyük təsir göstərəcəkdir. Texnologiyanın davamlı inkişafı və hər şeyin tez-tez dəyişməsi insanların çətin olsa da özlərni yeniləməsi problemini ortaya çıxarır. Tarix olaraq bu proses keçən əsrin axırlarından başlamış yaşadığımız əsrdə isə daha da özünü açıq şəkildə göstərməkdədir. Daha əvvəllər insanın öyrənmiş olduğu hər hansı bir şey onun həyatının axırına kimi ehtiyaclarını qarşılayırdısa, bu gün üçün bunu deməyimiz mümkün deyildir.

      Elə buna görə də biz təhsildə yaş həddinin olmadığını düşünürük. İnsanlar təhsilindən və yaşından asılı olmayaraq öyrənməyə, öz bilik və bacarıqlarını artırmağa davam etməlidirlər. Məsələn bu gün bir çox təhsil ocaqlarında yeni nəslin müasir günün tələblərinə uyğun yetışdirilməsində problemlər vardır. Bunun səbəbi orada olan müəllim və texniki avadanlıqların günün tələblərinə uyğun olmaması, müəllimlərin müasir texniki vasitələrdən istifadə edə bilməməsi və ya yeniliklərdən xəbərdar olmamasıdır. Belə olan təqdirdə onları tamamən işlərindən uzaqlaşdırmaq heç cür mümkün deyildir. Çıxış yolu onlarda bu yenilikləri öyrənməyə həvəs oyandırmaq və bunun üçün əlavə kurs və məşğələlərin keçirilməsidir.

      Bu kimi problemlər eyni zamanda evdə də yaşanmaqdadır. Valideynlər uşaqların xarici dil və bilgisayar biliklərini mənimsəyərək onlara bu kimi sahələrdə kömək etməlidirlər. Bunun üçün isə sözügedən sahələrə yiyələnmək lazımdır. Valideynlərin ali təhsilli olmaları kifayət etmir. Müasir dövrün tələblərinə cavab verən məlumatlarla məlumatlanmaq lazımdır.

      Bu dövrün insanı həm bilik, həm də özünün sosial cəhətləri ilə seçilməlidir. Cəmiyyətdəki digər insanların onu buna görə qiymətləndirdiklərini hər zaman xatırlamalıdırlar. Unutmaq olmaz ki, Kantın da dediyi kimi “İnsan təhsil yolu ilə insan olur. Onun təhsili isə onu insan edir”.

      Bütün bunları dedikdən sonra bir daha başda qeyd etdiyimiz fikrə gəlirik ki, insanın hansı yaşından, məkanından və mövqeyindən asılı olmayaraq beşikdən qəbrə qədər elm arxasınca düşməsi lazımdır.

      ne�a� a�@ � olmasına rağmen hem enine hem boyuna daha fazla gelişim göstermiştir. İnsan ,hedefinin   varlığı ve büyüklüğü nispetinde büyür. İstanbulun fethini müjdelemek yüzlerce yıl  sonrasına  hedef göstermektir….

       

       

      NETİCE:Muallimi  sadece eli dili olan varlıklar diye bilenler ,kitabı da  kağıt ve dijital ortamın  dışında tasavvur edemeyenlerin ezberlerini gözden geçirmeleri gerekir.

      Sarmaşık:Muallim ve kitap

       

      • Hits: 813 clicks

      Tecox component by www.teglo.info