Zikrdə Ədəd Problemi / Lokman Helvacı

      Share

      Bu gün ən çox mübahisə mövzusuna çevrilən məsələlərdən biri də zikrdə say mövzusu və zikr edərkən təsbeh kimi vasitələrdən istifadədir. Bu yazımızda və növbəti

       məqaləmizdə zikrlə bağlı üzərində ixtilaf olan bu iki mövzuya təmas etməyi düşünürük. Mövzuya hədisi-şəriflərin işığı altında aydınlıq gətirməyə çalışacağıq. 

      Qurani-Kərimdə Allah təalanı zikr etmək, təsbih etmək və ya Ondan bağışlanma diləməkdən bəhs edərkən çox zikr etmək, səhər axşam təsbih etmək, səhər vaxtlarında istiğfar etmək üçün dəqiq say göstərilmədiyini görürük. Yalnız Tövbə surəsinində çoxluğu bildirmək mahiyyətində Rəsulullaha xitabən say bildirilərək belə buyurulmuşdur:

      “(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!” (ət-Tövbə 80)

                  Rəqəmsal ifadələrə əsasən hədisi-şəriflərdə rast gəlirik. Bunlardan bəzilərini aşağıda zikr edək:

                  Əl-Əğarul-Muzəni (r.a) Müslimin bir rəvayətində Rəsulullah (s.ə.s)-in belə dediyini nəql edir: “Ey insanlar! Rəbbinizə tövbə edin. Allaha and olsun ki, mən Rəbbimə gündə yüz dəfə tövbə edirəm.” (Müslim, Zikr 42, 2702)

                  Yenə əl-Əğarul-Muzəni (r.a) nəql edir: Rəsulullah (s.ə.s) buyurdu:

      “Bu bir həqiqətdir ki, bəzən qəlbimə qəflət hakim olur. Ancaq mən Allaha gündə yüz dəfə istiğfar edirəm (bağışlanmamı diləyirəm).” (Müslim, Zikr 41, 2702; Əbu Davud, Salət 361, 1515)

                  Buxari və Tirmizidə keçən bir rəvayətdə  Əbu Hüreyrə (r.a) deyir ki: Rəsulullah (s.ə.s)-dən belə eşitdim: “Allaha and olsun ki, mən gündə Allaha yetmiş dəfə istiğfar edərək tövbə edirəm.”(Buxari, Dəavat 3; Tirmizi, Təfsir, Məhəmməd 3255)

                  Görüldüyü kimi Allah Rəsulu bəzi təsbih və zikrlərin ədədi mövzusunda eyni kəlmələri fərqli rəqəmlərlə söyləmiş və tövsiyə etmişdir. Ona görə də deyə bilərik ki, həzrət Peyğəmbər rəqəmlər mövzusunda az və ya çox olmasını, zikr edənin öz ixtiyarına buraxır və bunu da fərqli şəkillərdə qeyd edərək ilk növbədə özü tətbiq edirdi.

                  Bundan başqa digər bir hədisi-şərifdə zikri çox edənin savabının artıq olacağı bildirilir: Əbu Hüreyrə (r.a) nəql edir: Rəsulullah (s.ə.s) buyurdu ki:

      “Kim “Lə iləhə illəllahu vəhdəhu lə şərikələh, ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir” duasını bir gündə yüz dəfə söyləsə həmin şəxsə on kölə azad etmiş kimi savab verilir, bundan başqa lehinə yüz savab yazılır və o adamın yüz günahı silinir. Bununla birlikdə üç gün axşama qədər onu şeytana qarşı qoruyar. Bundan daha artıq oxumayandan başqa heç kəs o adamdan daha faydalı bir əməl işləyə bilməz. Kim bir gündə yüz dəfə: “Sübhanəllahi və bi həmdih”deyərsə xətaları tökülür, hətta dənizin köpüyü qədər çox olsa belə.” (Buxari, Dəavat 54, Bədül-Xəlq 11; Müslim, Zikr 28, 2691; Muvatta, Quran 20, 1209; Tirmizi, Dəavat 61, 6464)

      • Hits: 910 clicks

      Tecox component by www.teglo.info