Home Arxiv 2008 № 20. İyul Pul Dediyin Əl Çirkidir / Elşən Rzayev


    Pul Dediyin Əl Çirkidir / Elşən Rzayev

      Share

      Yaşamaq və gündəlik həyati ehtiyaclarımızı qarşılamaq üçün pul çox əhəmiyyətli bir vasitədir. Bir çox işlərimizi həll etmək üçün maddi varlığa ehtiyac vardır.

       Bəzi ibadətlərin yerinə yetirilməsində zəngin olmaq şərtdir. Məsələn zəkat verə bilmək, həccə gedə bilmək, qurban kəsə bilmək, fağırları sevindirmək, özümüzün və ailə üzvlərimizin bəzi ehtiyaclarını həll etmək üçün çalışmaq əmr edilmişdir.

                  Bütün bunlarla bərabər insan “pulgir” olmamalıdır. Pul hər şey demək deyildir, sadəcə yaşamaq üçün vasitədir. Lazım gəldiyi zaman xərclənir.

                  Puldan daha əhəmiyyətli şeylər vardır. Ancaq onları almaq üçün də pul lazımdır.

                  Həzrət Əli nə gözəl söyləmişdir: “Ey pul, doğrusu sən elə pis bir şeysən ki, insanın əlindən çıxmadıqca heç bir faydan toxunmur.”

                  Elə isə, onu necə istifadə etməyi bilmək lazımdır. Baconun dediyi kimi “pul yaxşı bir xidmətçi, pis bir əfəndidir.”

                  Ölən bir zəngin haqda bunları söyləmişlər: “Toplamanı sevərdi, çıxmanı heç sevməzdi. Vurmanı çox gözəl bilirdi, bölmə ilə heç məşğul olmazdı. O öldükdən sonra övladları bölmə işini gördülər.”

                  Qızılı ölçmək üçün insanların bir məhək daşları vardır, insanları olçmək üçün də məhək daşı qızıldır.

      Həzrət Mövlana nə gözəl demişdir:

      “Pulun yeri ürək deyil, pul kisəsidir.”

      Dahilərdən biri də öz sözləri ilə pulun insanlara etdiyi pislikləri beləcə açıqlayır:

      “Mənə puldan bəhs etməyin. Çünki mirasına sahib olmaq üçün rüşvətlə atalarına

       dəlilik kağızı alan övladlar görmüşəm.”

      Təəssüf ki, insanların düzəltdiyi saxta pullar qədər, pulların da adam etdiyi saxta insanlar var. Sərvətin batırdığı insanların sayı xilas etdiyi insanların sayından çoxdur.

      “Pul hər şeyi həll edər” deyən insan, pul üçün hər şey edər.

      Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:

       “Saleh insan üçün xeyirli mal nə gözəldir.”

      Qurani-Kərimdə də belə buyurulur:

      “İnsan mal sevgisinə son dərəcə hərisdir.” (əl-Adiyat, 8)

      “Mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir.” (əl-Kəhf, 46)

      Malın xeyir və şər olması, istifadə edilməsinə və xərclənməsinə görədir. Yaxşı yerdə, faydalı şəkildə istifadə edildikdə xeyir olur, xeyir gətirir. Əksinə şər işlərində, pislik və zülm üçün istifadə edilirsə şər olur, ziyan gətirir.

      Pul insanın xitmətçisidir, vasitədir. Pul əl çirkidir.

      İslam dini mal-dövlətə deyil, onun pis yerlərdə istifadə edilməsinə qarşı çıxmışdır. Müsəlman olan şəxsin çirkli pullarla əlaqəsi olmaz, onun qazncı təmizdir. Çünki cənnət təmizlərin yeridir.

      Qərbin və batilin pul anlayışını Mark Tven  belə xülasə edir:

      “İnsan həyatının məqsədi nədir?

       Zəngin olmaq.

      Necə?

      Əgər bacarırsa şərəfsizliklə, məcbur olarsa namuslu yol ilə.

      Tək və həqiqi tanrı kimdir?

      Tanrı puldur. Qızıl, pul, səhmlər, ata, oğul və müqəddəs ruh.”

      Müsəlmanın düşüncəsi isə belədir:

      Əlin qazancda, dilin zikirdə, könlün dost (Allah)da olsun...

      Unutmayaq ki, pul sahibinin nəfsinə xidmət edərsə fəlakət olar, ruhuna xidmət edərsə səadət və rəhmət.

       

      • Hits: 788 clicks

      Tecox component by www.teglo.info