Ramiz MƏMMƏDOV - ŞƏRDƏ XEYİR AXTARMAQ

      Share

      Bu günlərdə tarixə iri hərflərlə düşəcək bir zaman kəsiyini yaşayırıq. Əksəriyyətimiz evimizdə dustaq kimidir sanki. İstər yaxınlarımız, istərsə də dost-tanışlarımız olsun, bizlərin və ya onların virus daşıyıcısı olma ehtimalını göz önünə gətirərək bir-birimizlə görüşməkdən ehtiyat edirik. Bütün bunlar hər bir şəxsin hal-hazırda həm vətəndaşlıq, həm də insanlıq borcudur. Bu barədə deyəcəyimiz heç nə yoxdur. Ancaq bu hadisə bizləri eyni zamanda qədrini bilmədiyimiz bir çox nemətlərlə qarşılaşdırdı. Evdən kənarda istədiyimiz qədər qala bilmək sən demə böyük nemət imiş. Ya da istədiyimiz yerə sərbəst bir şəkildə gedə bilmək azadlığı. İstədiyimiz nəyisə əldə etmə imkanımız olduqda o şeyin bizə aid olduğunu düşünürdük. Amma indi gördük ki, əslində, bizə aid olduğunu düşündüyümüz heç bir şey bizə aid deyilmiş. Sadəcə sahib olduğumuzu düşündüyümüz hər şey bizə ilahi bir əmanət olaraq verilibmiş. Bu karantin dövrü bizə o nemətlərin hər an əlimizdən gedə biləcəyini göstərdi. Ən əsası da, onların qədrini bilməyi…

      Tarix şər kimi görünən bir çox hadisələrin əslində özündə bir çox xeyri gizlətdiyinə şahidlik etmişdir. Kim bilə bilər ki, bəlkə də, hazırda ölkəmizdə yayılmaqda olan və hamımızı məyus edən bu epidemiyada bizim üçün xeyirlər də var? Allah-Təala Bəqərə surəsinin 216-cı ayəsində: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz”, – buyurmurmu?

      Məqalənin davamını İrfan Jurnalına abunə olaraq oxuya bilərsiniz... 

      • Hits: 75 clicks

      Tecox component by www.teglo.info