Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عن أَبي الدَّرْداءِ عُوَيْمرٍ رضي اللَّه عنه قَالَ: سمِعتُ رسولَ اللَّه صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يقُولُ: ابْغونِي الضُّعَفَاءَ، فَإِنَّمَا تُنْصرُونَ، وتُرْزقون بضُعفائِكُمْ

      Əbu Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə dediyini eşitmişdir: “Kasıbları qoruyun. Çünki siz aranızdakı kasıblar sayəsində Allahdan yardım görüb ruziləndirilirsiniz”. (Əbu Davud, Cihad 70)

      Hər bir cəmiyyət fərqli imkanlara sahib insanlardan formalaşır. Bu səbəblə də Allah-Təala cəmiyyətdəki sosial ədaləti bərpa etmək üçün müəyyən qaydalar təlim etmişdir. Bu qaydaların ən əsaslarından biri zəif, kimsəsiz, kasıb, yetim, dul, xəstə və hər cür ehtiyac sahibi insanların qorunmasıdır. Uca Allah bu barədə: “Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır”, - buyurmuşdur. (əz-Zariyat, 51/19) Allahın qoyduğu bu nizama əsasən zənginlərin mallarının bərəkətlənməsi və həm özlərinə, həm də cəmiyyətə faydalı olmaları üçün haqq sahibi kasıblara öz mallarından pay ayırmaları lazımdır. Beləliklə də, zəngin insanlar kasıblara əl tutmaqla, cəmiyyətdəki sosial tarazlığı bərpa etməklə yanaşı, eyni zamanda öz mallarını da bərəkətləndirmiş olarlar. Lakin kasıb olan bu insanların da müəyyən xüsuslara sahib olmaları lazımdır ki, bunların başında kasıblıqları səbəbilə Allaha üsyan etməmək gəlir.

      Məqalənin davamını İrfan Jurnalına abunə olaraq oxuya bilərsiniz... 

      • Hits: 98 clicks

      Tecox component by www.teglo.info