155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ

      Share

                                    - 2 -

      Yunus Əmrə həzrətləri buyurur:

      Ol aləm fəxri Muhamməd, nəbilər sərvəridir,

      Ver salavat eşq ilə, ol günahlar əridir…

      Aləmlərin əbədi fəxri Həzrət Muhamməd Mustafa r Allah-Təalanın bütün aləmlərə rəhmət olaraq göndərdiyi son peyğəmbəridir.

      Allah qatındakı ali məqamı səbəbi ilə Onu Rəbbimiz şəxsən mədh etmiş,[1] mələkləri ilə birlikdə Ona salavat gətirdiyini xəbər vermişdir. Ümməti olan bizə də Ona qarşı şükür borcumuzun gərəyi olaraq can-dildən salavat gətirməmizi və tam bir təslimiyyətlə salam verməmizi əmr etmişdir.[2]

      Həmçinin Rəsuli-Əkrəm r -ə qarşı hədsiz dərəcə ədəbli və hörmətkar davranmamızı bir çox Quran ayəsində təlim etmişdir:

      “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin…” (əl-Hucurat, 1)

      “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”. (əl-Hucurat, 2)

      “Həqiqətən, Allahın Peyğəmbərinin yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!”. (əl-Hucurat, 3)

      “(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir! Əgər onlar sən qarşılarına çıxıncaya qədər səbir etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, daha yaxşı olardı…” (əl-Hucurat, 4-5)

      Ayeyi-kərimələrdə bildirilən “Allah Rəsulundan önə keçməmək, səsi Peyğəmbərin səsindən yüksək çıxarmamaq” kimi ədəblər eyni zamanda Peyğəmbərimizə necə tabe olacağımızı da təlqin edir. Yəni bir mömin, hər hansı bir xüsusda nəbəvi təlimat varsa, onu gözardı edərək öz fikir və qənaətini əsla ön plana çıxarmamalıdır. Öz mənfəətinə uymasa belə, Allah və Rəsulunun əmrlərində daima rəhmət, hikmət, bərəkət və xeyir olduğuna inanaraq ona görə hərəkət etməlidir.

      Rəsulullah r -i yaxından tanıyıb Ona hörmət və məhəbbətlə ram ola bilmək bu dünya məktəbində almalı olduğumuz ən mühüm təhsildir. Bu təhsildən məhrum olan bir adam, yəni Allah Rəsulunu tanımayan kəs minlərlə kitab oxumuş, beyninə hədsiz-hüdudsuz bilikləri doldurmuş olsa, çantasındakı diplomların sayı-hesabı olmasa, yenə də cahildir.

      Unutmayaq ki, şanlı tariximizdə Rəsuli-Əkrəm r -ə məhəbbət və Onu iman həyəcanı ilə təqib etmənin şərəfli bayraqdarlığı əziz millətimizə nəsib olmuşdur. Hz. Peyğəmbərin ismi-şərifi zikr edildikdə əlini qəlbinə apararaq ehtiramla salavat gətirmək, ordusunun hər bir əsgərinə Hz. Muhammədin kiçik modeli olma idealını təlqin edirmiş kimi “Mehmetcik” adını vermək də bu həqiqətin bir təzahürüdür. Həmd olsun ki, “Mehmetcik” adını bu gün də mühafizə etməkdəyik. Bununla birlikdə, o ismin təmsil etdiyi mənəvi dəyərlərə layiq ola bilmək üçün də çalışmalıyıq.

      Yunus Əmrə həzrətləri buyurur:

      Haqq Onu öydü yaratdı, sevdi Həbibim dedi,

      Yer üzündə cümlə çiçək, Mustafanın təridir…

      Allah-Təala “Həbibim” buyurduğu əziz peyğəmbərini bu kainatda həm “zərf”, həm də “məzruf”[3] olaraq yaratmışdır. Peyğəmbərimiz r bəşəriyyətə göndərilən bir “zərf”dir. O, qulları mərifətullaha və Haqqın dostluğuna çatdıran həqiqətlərin yazılı olduğu bir məktubun zərfi nisbətindədir. Həmin zərfi açıb oxuyanlar ilahi həqiqətlərdən agah olar, mərifətullahdan nəsib alarlar.

      Həmçinin Qurani-Kərim də Peyğəmbərimizin qəlbinə endirilmiş,[4] oradan insanlığa təbliğ edilmişdir. Quranı layiqincə idrak edə bilmək də “İnsan sevdiyi ilə bərabərdir”[5] hədisi-şərifi gərəyincə Peyğəmbərimizə məhəbbətlə yaxınlaşaraq Onun qəlbindən nəsib almaqla mümkündür.

      Ariflərin bəyanına görə, mövcudatın varlıq səbəbi Rəsulullah r-in mənəvi şəxsiyyətini təmsil edən Nuri-Muhammədiyə duyulan ilahi məhəbbətdir. Allah qatında ən sevimli olan Odur. Bu səbəblə bütün kainat Həzrət Muhamməd Mustafa r-ə ithaf edilmiş kimidir. İlahi sirr və hikmətlər laboratoriyası olan bütün kainat Nuri-Muhammədi şərəfinə və Ona “məzruf” olaraq yaradılmışdır.

      Bunu belə bir misalla da izah edə bilərik. Nadir və bahalı bir daş əvvəlcə pambığın üzərinə qoyular, sonra da qiymətli bir qutuda mühafizə olunar. Qutunun bütün qiyməti içindəki daşa görədir. Hz. Peyğəmbər r də kainat zərfinin məzrufu hökmündədir.

      Bu etibarla deyə bilərik ki, harada bir gözəllik varsa, Onun yansımasıdır. Yer üzündə elə bir çiçək açılmaz ki, Onun nurundan iz daşımasın. Çünki O olmasaydı, aləmlər ucsuz-bucaqsız səhra kimi qalardı.

      Məhz bu həqiqətin təfəkküründə dərinləşən qəlblərdə Rəsulullah r -in könlündən nəsib almağın bir bərəkəti olaraq müstəsna təcəllilər meydana gələr. Çünki könül feyzinin ən böyük vəsiləsi Rəsulullah məhəbbətidir. Bir insanın könlü hansı məhəbbətlə doludursa, gözü də onunla görməyə başlayar. Bir möminin könlü də Rəsulullaha ram olduqdan sonra artıq həyata, hadisələrə və kainata daim Onu arayan gözlərlə baxmağa başlayar.

      Məsələn, Süleyman Çələbi bu hissiyyatla Hz. Peyğəmbəri vəsf edərkən “Bir əcəb nur ki, Günəş pərvanəsi!..” – deyir. Yəni Günəşi Allah Rəsulunun nuru ətrafında eşqlə fırlanan pərvanəyə bənzədir.

      Şair Füzuli də axar suya baxaraq belə deyir:

      Xaki-payinə yetəm der, ömürlərdir müttəsil,

      Başını daşdan-daşa vurub gəzər avarə su…

      Yəni axıb gedən o suyun timsalında Allah Rəsuluna qovuşa bilmək arzusuyla başını daşdan-daşa vuraraq Məcnunlar kimi çırpınan Peyğəmbər aşiqlərini xəyal edir. Hara baxsa, Peyğəmbərimizi xatırlayır. Bağbanın gül bağçasını suladığını görüb belə deyir:

      Suya versin bağban, gülzarı zəhmət çəkməsin,

      Bir gül açılmaz üzüntək, versə, min gülzarə su!..

      Yəni bağbanlar Rəsulullah r -in gül üzü kimi gözəl bir qönçə yetişdirə bilmək üçün boş yerə özlərini yormasınlar. Çünki minlərlə gül bağçası sulasalar da, artıq bu dünyada Onun kimi bir gül açılmaz.

      Xülasə, mömin qəlblərin məhəbbət taxtında oturan Peyğəmbərimiz r bütün insanlıq, hətta bütün məxluqat üçün rəhmətdir. Hər varlıq Onun hörmətinə yaradıldığı üçün hər insan da Ona olan məhəbbəti nisbətində Haqq qatında dəyər qazanar. Biz də könlümüzü o qiymətli varlığın zərfinə çevirə bilsək, yəni Onun əxlaqı ilə əxlaqlanıb yolumuzu Sünnəsi istiqamətində təyin etsək, Allah qatında bir o qədər qiymət qazanarıq.  

      Yunus Əmrə həzrətləri buyurur:

      Cəbrail dəvət qılınca Meraca Muhammədi,

      Meracında dilədiyi, ümmətinin varıdır

      Peyğəmbərimiz r-in ümmətinə şəfqət və mərhəməti bir ananın övladına düşkünlüyündən daha çoxdur. Necə ki, ayeyi-kərimədə bu həqiqət belə bəyan edilməkdədir:

      “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”. (ət-Tövbə, 128)

      Ümmətinin əbədi qurtuluşu üçün ömrünü fəda edən Hz. Peyğəmbər r vəfatından sonra da ümməti üçün təlaşını belə dilə gətirir:

      “Diqqət edin! Mən həyatımda sizin üçün bir əmniyyət vəsiləsiyəm. Vəfat etdiyimdə isə qəbrimdə: “Ya Rəbb, ümməti, ümməti!..” deyə Sura ilk dəfə üfürülənə qədər səslənəcəyəm…” (Əli əl-Müttəqi, Kənzul-Ummal, c. 14, s. 414)

      “Həyatım sizin üçün xeyirlidir. Mənimlə danışırsınız və sizə (ilahi vəhy və hökmlər) bildirilir. Vəfatım da sizin üçün xeyirlidir. Əməlləriniz mənə ərz edilər. Gözəl bir əməl görəndə Allaha həm edərəm. Pis bir əməl görəndə isə sizin üçün Allaha istiğfar edərəm”. (Heysəmi, IX, 24)

      “Sabah Rəbbinizə qovuşacaqsınız, bugünkü hər hal və hərəkətinizdən mütləq hesaba çəkiləcəksiniz!..

      Xəbəriniz olsun ki, mən öndən gedib Hovuzun başında sizi gözləyəcəyəm! Digər ümmətlərə qarşı sizin çoxluğunuzla sevinəcəyəm. Əsla (günah işləyərək) üzümü qara çıxarmayın!”. (Bax. Müslim, Həcc, 147; Əbu Davud, Mənasik, 56; İbn Macə, Mənasik, 76, 84; Əhməd, V, 30)

      Ümməti üçün bu qədər şəfqətli və mərhəmətli bir Peyğəmbərə ümmət ola bilmək böyük bir bəxtiyarlıqdır. Axirətdə Onun Kövsər hovuzundan içə bilmək, Həmd bayrağının altına toplaşmaq, Onun hüsn-səadətinə və şəfaətinə məzhər ola bilmək üçün Peyğəmbərimizi canımızdan çox sevməliyik.

      Həmçinin “İnsan sevdiyi ilə bərabərdir”, hədisi-şərifi gərəyi həqiqətən sevən birinə sevdiyi insanın xüsusiyyətləri sirayət edər. Əgər biz də Peyğəmbərimizi seviriksə, Onun hansı xislətlərini daşıyırıq? Onunla nə qədər hal bərabərliyi, əməl bərabərliyi, əxlaq bərabərliyi, hiss və fikir bərabərliyi, xülasə, istiqamət bərabərliyi içindəyik?

      Hz. Peyğəmbərin ümmətinə bəslədiyi yüksək şəfqət və mərhəmətə müqabil, biz Onun ümmətinin dərdləri ilə nə qədər dərdlənə bilirik? Çünki ümməti-Muhammədə qarşı nə qədər şəfqət və mərhəmət sahibiyiksə, deməli, Peyğəmbərimizi də o qədər sevirik.

      Bu hadisə necə də ibrətlidir:

      Bir gün Rəsulullah r İbrahim u-ın:

      “Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir” (İbrahim, 36) sözünü və İsa u-ın:

      “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (əl-Maidə, 118) duasını oxudu. Sonra əllərini qaldırıb:

      “Allahım, ümmətimi qoru, ümmətimə mərhəmət et!” - deyə yalvararaq ağladı. Bunun üzərinə Allah-Təala:

      “Ey Cəbrayıl, -Rəbbin hər şeyi daha yaxşı bilir - (insanlar da bilsin deyə) get, Muhamməddən nə üçün ağladığını soruş”, -  buyurdu.

      Cəbrayıl u gəldi. Rəsulullah Ona ümməti üçün narahat olub ağladığını bildirdi. (Cəbrayıl u-ın qayıdıb məsələni xəbər verməsi üzərinə) Allah-Təala:

      “Ey Cəbrayıl, Muhammədin yanına get və Ona: “Ümmətin barəsində Səni razı edəcəyik və Səni əsla məyus etməyəcəyik”, - müjdəmizi çatdır”, - buyurdu. (Müslim, İman, 346)

      Biz də Peyğəmbərimizin ümməti üçün keçirdiyi qayğı hissini qəlbimizdə hiss edərək, xüsusilə də ümmətin məzlum və möhtacları üçün əlimizdən gələn maddi-mənəvi bütün yardımları əsirgəməməliyik. Həmçinin ümmət üçün çoxlu dua etməliyik. Bu haqda bir hədisi-şərifdə belə buyurulur:

      “Allah qatında qulun belə deməsindən daha sevimli bir dua yoxdur:

      اَللّٰهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ رَحْمَةً عَامَّةً

      “Allahım, ümməti-Muhammədə ümumi bir rəhmətlə mərhəmət eylə!”. (Əli əl-Müttəqi, № 3212, 3702)

      Yunus Əmrə həzrətləri buyurur:

      Sən Ona ümmət olagör, O səni məhrum qomaz,

      Hər kim Onun ümmətidir, səkkiz cənnət yeridir…

      Allah-Təala bizi 124 min peyğəmbərin içindən ən alisinə - Həzrət Muhammədə ümmət qıldı. Ayeyi-kərimədə buyurulur:

      “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi”. (Ali-İmran, 164)

      Həqiqətən də, Rəsulullah r bizim ən böyük könül sərvətimizdir. Bütün dünya nemətləri bizim olsa, lakin Allah Rəsulunu tanımamış olsaydıq, bunun nə qiyməti olardı?! Çünki bu dünyadakı ömrümüz də müvəqqətidir, dünya da fanidir… Fəqət Rəsulullah r -i tanıyıb Ona can-dildən ram olmağın gətirəcəyi səadət isə əbədidir…

      Həmçinin Peyğəmbərimizə ümmət olmağın yüksək şərəfini idrak xüsusunda bu rəvayət nə qədər ibrətlidir:

      Qatadə bin Numan t-ın nəql etdiyi bir rəvayətə görə, Həzrət Musa u belə demişdir:

      “Ya Rəbb! Mən lövhələrdə insanlar arasından çıxarılmış, yaxşılığı əmr edib pis əməllərdən çəkindirən xeyirli bir ümmətdən bəhs edildiyini görürəm. Allahım, onları mənim ümmətim qıl!”

      Allah-Təala:

      “Onlar Əhmədin ümmətidir”, - buyurdu.

      Musa u:

      “Rəbbim, lövhələrdə dünyaya gəliş sırasına görə sonuncu, cənnətə girməkdə ilk olan bir ümmətdən bəhs edildiyini görürəm. Onları mənim ümmətim et!” – dedi.

      Allah-Təala:

      “Onlar Əhmədin ümmətidir”, - buyurdu.

      Musa u:

      “Ya Rəbb, lövhələrdə kitablarını əzbərdən oxuyan bir ümmətdən bəhs olunur. Halbuki onlardan əvvəlki ümmətlər kitablarını üzündən oxuyar, kitab ortadan qeyb olduqda ondan heç nəyi xatırlamazdılar. Şübhəsiz ki, Sən bu ümmətə daha əvvəl heç bir ümmətə vermədiyin əzbər və hifz etmə gücü vermisən. Allahım, onları mənim ümmətim qıl!” - dedi.

      Allah-Təala:

      “Onlar Əhmədin ümmətidir”, - buyurdu.

      Həzrət Musa u:

      “Rəbbim! Orada həm əvvəlki kitablara, həm də son kitaba iman edən, hər cür sapqınlıqla mücadilə edən bir ümmətin adı zikr olunur. Onu mənim ümmətim qıl!” - dedi.

      Allah-Təala:

      “O, Əhmədin ümmətidir”, - buyurdu.

      Musa u:

      “Rəbbim! Orada elə bir ümmətin adı zikr olunur ki, onlardan biri hansısa yaxşı əməl işləməyə niyyət etsə, amma onu işləməsə, bunun müqabilində 10-dan 700-ə qədər savab verilər. Onları mənim ümmətim qıl!” - dedi.

      Allah-Təala:

      “Onlar Əhmədin ümmətidir”, - buyurdu.

      Bunun üzərinə Həzrət Musa u əlindəki lövhələri bir kənara qoyub:

      “Allahım, məni də ümməti-Muhamməddən eylə!” - deyə yalvardı. (İbn Kəsir, Təfsir, II, 259)

      Süleyman Çələbi də Həzrət Peyğəmbərə ümmət olmağın şövq və vəcdi içində belə demişdir:

      Ümmətin olduğumuz dövlət yetər,

      Xidmətin qıldığımız izzət yetər…

      Yəni “Sənə ümmət olmanın və Sünnən üzrə həyat sürməyin şərəf və bəxtiyarlığı səadət olaraq bizə yetər”.

      Haqq-Təalaya sonsuz həmd-sənalar olsun ki, biz aciz qullarını heç bir qarşılıq ödəmədiyimiz halda ümməti-Muhamməd olaraq dünyaya göndərdi. Bunun üçün nə qədər şükür etsək, yenə də azdır. Lakin hər nemətin bir qarşılığı olduğu kimi, bu müstəsna nailiyyətin də bir qarşılığı var. Ona görə biz də ümməti-Muhamməddən olmağın məsuliyyətini idrak edərək Ona xeyirli ümmət kimi yaşamalıyıq ki, qiyamət günü Onun ətrafında olaq və şəfaətinə nail olaq.

      Yunus Əmrə həzrətləri buyurur:

      Hər kim Onun sünnət ilə fərzini qaim tutar,

      Nə deyəm ki aqibət, soru-hesabdan bəridir…

      Hz. Peyğəmbər r Vida Xütbəsində ümmətinə belə vəsiyyət edir:

      “…Sizin üçün elə bir əmanət qoyub gedirəm ki, ona möhkəm sarıldığınız müddətdə yolunuzdan azmazsınız. O əmanət Allahın Kitabı və Nəbisinin Sünnəsidir…” (Bax. Hakim, I, 171/318)

      Rəsulullah r -i nə qədər sevdiyimizin göstəricisi Onun əmanətlərinə nə qədər sahib çıxmağımızdır. Həyatımız Quran və Sünnə istiqamətindədirmi, övladlarımızı Quran və Sünnə iqlimində yetişdirə bilirikmi? Bu iki əmanəti ətrafımızdakılara da təbliğ edə bilirikmi? Cəmiyyətin gedişatından özümüzü məsul bilirikmi? Xüsusilə də Mövlud günlərinin yaşandığı bu ayda öz halımızı bir daha gözdən keçirməliyik.

      Unutmayaq ki, Mövlud Qəndilini həqiqi mənada idrak etmək və bayram ab-havasında keçirmək həyatı Peyğəmbərimizin qoyduğu ölçülərlə yaşamaqla mümkündür. Fərzlərə, vaciblərə, sünnələrə, müstəhəblərə bağlanıb, haramlardan, məkruhlardan və şübhəlilərdən çəkinməklə mümkündür. Peyğəmbərimizə bağlılıq həssaslığını yalnız Rəbiüləvvəl ayına həsr etməyib həyatın hər anına şamil etməklə mümkündür.

      Hz. Peyğəmbər r bir hədisi-şərifində qiyamət günü Kövsər Hovuzunun başında ümmətinə su ikram etmək üçün gözləyəcəyini bildirdikdən sonra hədsiz dərəcə mühüm bir xəbərdarlıq edir:

      “…Diqqət edin! Bəziləri yabanı dəvələrin sürüdən qovulub uzaqlaşdırıldığı kimi hovuzumun başından qovulacaqlar. Mən onlara “bura gəlin”, - deyəcəyəm. Mənə:

      “Onlar səndən sonra hallarını dəyişdilər (Sənin Sünnəndən uzaqlaşıb başqa yollara düşdülər)”, - deyiləcək.

      Bu zaman mən də:

      “Uzaq olsunlar, uzaq olsunlar”, - deyəcəyəm”. (Müslim, Təharət, 39)]

      Yunus Əmrə həzrətləri buyurur:

      Suçlu-suçsuz, günahkar, şəfaət Ondan umar;

      Ol cəhənnəmdə yananlar, münkirin inkarıdır…

      Cənnətə və camalullaha qovuşmaq istəyən Rəsulullah r -in izini təqib etmək məcburiyyətindədir. Çünki bundan başqa bütün yollar çıxılmaz dalanlardır. Bu həqiqəti ifadə mahiyyətində Peyğəmbərimiz r bir gün əshabına belə buyurmuşdu:

      “İstəməyənlər xaric, bütün ümmətim cənnətə girəcək”.

      Səhabələr təəccüblə soruşdular:

      “Ya Rəsulallah, kim cənnətə girməyi istəməz ki?”.

      Hz. Peyğəmbər r belə buyurdu:

      “Mənə itaət edən cənnətə girər. Mənə qarşı gələnsə, deməli, cənnəti istəmir”. (Buxari, Etisam, 2)

      Elə isə nə qədər ki fürsət var, Allaha və Rəsuluna itaət etməyə cəhd göstərməliyik. Çünki axirətdə cəhənnəm əzabını dadan kafirlər kimi peşmanlıq içində:

      “Kaş, Allaha və Peyğəmbərə itaət etmiş olaydıq”, (əl-Əhzab, 66) - deyə heyfsilənməyin heç bir faydası olmayacaq.

      Rəbbimiz hər birimizi uca Zatına əməlisaleh bəndə, Həbibi-Əkrəminə də layiqli ümmət eyləsin. Peyğəmbərimizin qədir-qiymətini idrak edə bilməyi, Onun Sünneyi-Səniyyəsi üzrə ömür sürməyi, axirətdə də şəfaətinə nail olmağı hər birimizə nəsib etsin.

      Amin!..

       

       

       


      [1] Bax. əl-Qələm, 4; Yasin, 4.

      [2] Bax. əl-Əhzab, 56.

      [3] Zərfin içindəki məktub

      [4] Bax. əş-Şüəra, 194.

      [5] Buxari, Ədəb, 96.

       

      • Hits: 37 clicks

      Tecox component by www.teglo.info