155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Atmet TECİM - QAFQAZ DAĞLARINDAN BİR QARTAL KEÇDİ HACI SƏLİM ƏFƏNDİ

      Share

      Bu il xəzan fəsli erkən başladı. Qafqazlarda üç dönəm görən “ağsaqqallar” bir-bir torpağa düşdülər… Zöhrab dayı, Abdussaməd baba və nəhayət Hacı Səlim Əfəndi… Hər biri dəyərli olan bu insanlar kommunizmin ən qaranlıq çağlarında belə iman eşqini ürəklərində qoruyub saxlamağı bacaran şəxsiyyətlər idi…

      Tarixi axış içində Türk-İslam coğrafiyası XX əsrin başlarında ağrı-acılı günlər yaşadı. Həm Anadoluda, həm də Osmanlı coğrafiyasından qopan tor

      paqlarda dərin hüzn və həsrət yaşandı. Anadolu o qədim coğrafiyamıza həsrətlə baxarkən SSRİ-nin hökm sürdüyü bu torpaqlarda da Türkiyə üçün qəlbi hicranla dolu, can verməyə hazır olan minlərlə ürək vardı.

      Azərbaycanın böyük şairi Əhməd Cavad tərəfindən qələmə alınan “Çırpınırdın Qara dəniz” şeiri necə böyük ürək çırpınışının məhsulu olduğunu göstərməkdədir:

      Çırpınırdın Qara dəniz,

      Baxıb türkün bayrağına.

      Ah ölmədən bir görsəydim,

      Düşə bilsəm torpağına.

       

      Ayrı düşmüş dost elindən,

      İllər var ki, çarpar sinəm.

      Vəfalıdır gəldi-gedən,

      Qurban türkün bayrağına.

      Hər çətinliyin ardından bir asanlığın, hər gecənin ardından bir səhərin gəldiyi mütləqdir. Gözlənən gün nəhayət gəldi. Dəmir pərdələr yıxıldı. Qardaş ölkə hürriyyətinə qovuşdu. Artıq ürəklərdəki həsrət vüsalla əvəzlənmişdi.

      Məhz bu dönəmdə Səlim Əfəndi soyuq bir qış günü İstanbula gəlmişdi. Mərhum Nevzat Yalçıntaş hocanın da işarəti ilə bir səhər təvazö ilə Hüdayinin qapısını döydü. Bu, böyük bir eşq yolçuluğunun ilk addımı idi. Səlim Əfəndi uzun illərdən bəri ürəyində daşıdığı dərdləri, kədər və acını Hüdayinin gül bağçasındakı könül insanlarına açdı. Yanan qəlbin çırpınışı Hüdayinin gül bağçasında əks-səda verdi. Gül bağçasının bağbanı, möhtərəm Ustadımız o an böyük eşqlə Can Azərbaycana ilk səfər işarəsi verdi. Bu görüşdə illərin dostluğu və məhəbbətin təməlləri atıldı. Qafqaza, Balkan yarımadasına, Orta Asiyaya, daha sonra Afrikaya açılacaq eşq səfərinin xəritəsi çəkilmiş oldu...

      Bu ilk görüşmə ilə bağlı illərdən sonra alınan bir reportajda Hacı Səlim Əfəndi belə deyəcəkdi: “Osman abi ilə ilk dəfə əl-ələ görüşdüyümüzdə sanki qəlbimi onun ovucları arasında hiss etdim”.

      Səlim Əfəndi “Hüdayi yolunun işığı”nı və “mərkəz ürəyin döyüntüləri”ni ən dərindən hiss edə bilən dərd sahibi idi.

      Bu məhəbbətin nəticəsində qısa bir müddət ərzində Can Azərbaycana səfər edildi. Tarix boyu Azərbaycan və Türkiyə arasında heç bir qarşılıq gözləmədən saysız-hesabsız qardaşlıq nümunəsi yaşandığı kimi eynilə o gün də gözəl və xeyirli bir işə vəsilə olundu. Əldə və könüldə nə varsa paylaşıldı. Uzun illərin həsrəti ilə ürəklər qovuşdu. Sevinc də, kədər də birlikdə yaşandı. Qarabağdan, ön cəbhədən gələn şəhid cənazələrinə birlikdə göz yaşı töküldü. Çiyin-çiyinə cənazə namazları qılındı.

      Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə həzrətlərinin də dəstək və himayəsi ilə Şəkidə Quran bülbülləri, hafizlər yetişməyə başladı…

      Səlim Əfəndi vəfatından öncəki günlərdə kommunizm dönəmində bir dənə Quran tapa bilmədikləri halda 240-dan artıq canlı Quran bülbülünün yetişməsini həyəcanla dilə gətirirdi…

      Ulu bir çinara bənzəyən Səlim Əfəndinin ən böyük dərdlərindən biri milli və mənəvi dəyərlərini bilən, vətəninə, millətinə, torpağına və bayrağına sahib çıxan, qəlbi imanla dolu gənclərin yetişməsi idi.

      Hacı Səlim Əfəndinin İstanbul ziyarətindən sonra Həzrət Hüdayinin elm, irfan, mərifət qəndili artıq tamam fərqli işıq saçır, fəzilət ziyası hər yeri aydınladırdı. Hüdayinin eşq qəndili artıq sadəcə Anadolunu deyil, bütün könül coğrafiyamızı aydınlatmağa başlamışdı. Yanıq könüllər əzəldən işığa həsrət pərvanələr kimi könül coğrafiyamızın hər yerindən buraya axışırdı.

      Eşqlə yaşamaq böyük bir sevda köynəyini geyinməkdir. Həyatı eşqlə yaşamaq, səhər vaxtı ölümü hiss etmək, böyük ruhlarla görüşmək, yeni həyəcanlar yaşamaq və hər günə yeni bir eşqlə başlamaqdır. Aşiqlər sultanı Yunus kimi “Kim usanası bizdən, hər dəm yenidən doğarıq”, - deyə bilməkdir.

      Eşq köynəyini geyinmək, eşq atəşini tutuşdurmaqdır. Yəsəvi dərvişlərini Anadoluya göndərən Xoca Əhməd Yəsəvi həzrətləri “Bir eşq odu yakdıq, diyarı-Ruma atdıq” deyərkən böyük bir coğrafiyanı bir eşq qığılcımı ilə atəşə vermişdir. Eşq əhli olmaq bu mənəvi eşq həyəcanını kəşf etmək, bu coğrafiyaya bu gün də böyük bir vəfa hissi ilə və eyni eşqlə qarşılıq verə bilməkdir. Məhz Anadolunun bağrıyanıq, imanlı gəncləri də bu dəvətə böyük eşq və məhəbbətlə can atdılar. Səlim Əfəndi bu gənc müəllimlərə böyük qayğı ilə yanaşır, onlarla öz övladı kimi rəftar edir, hər birini könül bağbanının əmanəti olaraq görürdü.

      Möhtərəm Ustadımızın keçən il Azərbaycan ziyarətində, burada həyata keçirilən 26 illik xidmətlər 5-6 dəqiqəlik qısa filmə sığdırılaraq xülasə edilmişdi. Filmin sonunda otaqdakı hər kəs çox duyğulanmışdı. Səlim Əfəndi birdən yaşlı gözlərlə:

      - Osman abi, nə yaxşı ki, gəldiniz… Heç gəlməsəydiniz?.. – dedi.

      Ustad da:

      - Səlim abi, biz Rəbbimizə nə qədər şükür etsək, yenə də azdır. Biz gəlməsəydik, Allah başqasını göndərərdi. Rəbbimiz bu xeyirli işi bizə lütf etdi. Ona nə qədər həmd etsək, nə qədər şükür etsək, yenə azdır… - cavabını verdi.

      Səlim Əfəndinin qəlbi həm yaşadığı torpaqlardan, həm də irfan coğrafiyamızdakı könül ərlərindən bəslənmişdi. Mədəniyyətimizin qəndilləri olan Haqq dostları daima onun yolunu aydınlatmış və onların nuru ilə yoluna davam etmişdi. Məhəmməd Füzuli, Yəhya Şirvani, Mövlana, Nizami, Yunus Əmrə kimi…

      Eşq şairi Nizami eşqi həyatın mərkəzində görməkdə və bunu necə də gözəl ifadə etməkdədir:

      “Eşqdir mehrabı uca göylərin,

      Eşqsiz, ey dünya, nədir dəyərin?”

      Qəlbi bir ömür eşqlə və dərdlə dolu olan Hacı Səlim Əfəndiyə Rəbbimizdən rəhmət diləyirik. Onun vəsiləsi ilə eşq və məhəbbətlə atılan toxumlar tumurcuqlasın, fidan olub boy atsın, qiyamətə qədər növbənöv meyvə verən qocaman ağaclar kimi varlığını davam etdirsin.

      Amin!..

      • Hits: 53 clicks

      Tecox component by www.teglo.info