Osman Nuri TOPBAŞ - RAMAZAN BAYRAMI və ƏBƏDİ BAYRAMLAR

      Share

      Ramazan təqva məktəbi, bayram isə onun mənəvi şəhadətnaməsidir.

      Hədisi-şərifdə buyurulduğu kimi, Ramazani-Şərifin əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəm əzabından qurtuluşdur. 

      [1] Elə isə həqiqi bayram da Ramazani-Şərifi layiqincə əhya edərək ondan ilahi əfv bəratını alaraq çıxa bilən möminlərin nəsibidir.

      Əsl bayram səadətinə qovuşa bilmək üçün eynilə Ramazani-Şərif kimi bayramı da ciddi qulluq şüuru içində qarşılayıb layiqincə idrak və əhya etmək lazımdır.

      İnfaq və qayğıkeşlik bayramı

      Əsri-səadətdə bayram hazırlığı infaq, ikram və sədəqələrlə olurdu. Bayram Allah üçün edilən fədakarlıqlarla qarşılanırdı.

      Allah Rəsulunun 14 əsr sonrakı tələbələri olan biz də bu gün düşünməliyik ki, cəmiyyətimizdəki qafilləri ayıldacaq, qəribləri və iztirab çəkənləri əhya edib könüllərini sevincə qərq edəcək, insanlığı İslamın gülər üzü ilə təbəssüm etdirəcək həqiqi bayram bizdən hansı xidmət və fədakarlığı gözləyir?

      Bu bayramda dünyanın müxtəlif coğrafiyalarındakı məzlum din qardaşlarımızla necə bayramlaşmalıyıq? Onlara bayram təbrikimiz necə olmalıdır? Qanadıqırıq quş kimi iztirab içində qıvranan məzlumlara, gözü yaşlı yetimlərə, çarəsizliyin böhranı altında əzilən möhtac könüllərə dualarımız və feli yardımlarımız nə qədər yetişəcək?

      Vətənimizə sığınan suriyalı qardaşlarımızla bu bayram günlərində necə bayramlaşacağıq? Onların hüzn dolu ürəklərinə də bir bayram sevinci daddıra biləcəyikmi?..

      Çünki əsl bayram səadətinin seyr ediləcəyi ən şəffaf ayna təbəssümü unutmuş çarəsizlərin ümidlə yenidən işıldayan gözləri və bayram etdirilən qırıq könülləridir.

      Dolayısı ilə bu bayramda və bayramdan sonra bir növ bizə əmanət edilən din qardaşlarımızın dərdlərinə şərik olaraq qardaşlığımızı davam etdirək ki, heç bir kölgənin olmadığı qiyamət günündə Ərşi-Əlanın altında kölgələnəcək yeddi qrup möminlər zümrəsindən birinə daxil ola bilək…

      Unutmayaq ki, bu dünyada zəif güclüyə, xəstə sağlama, kasıb zənginə möhtacdır. Lakin axirətdə güclü zəifin, sağlam xəstənin, zəngin kasıbın xeyir-duasına möhtacdır.

      Qüdsi bir hədisdə belə buyurulur:

      “Qiyamət günü Allah-Təala:

      - Ey Adəm oğlu, xəstələnmişdim, məni ziyarət etmədin, - buyurar.

      Adəm oğlu:

      - Sən aləmlərin Rəbbi olduğun halda mən Səni necə ziyarət edə bilərəm? – deyər.

      Allah-Təala:

      - Filan qulum xəstələnmişdi, ziyarətinə getmədin. Onu ziyarət etsəydin, Məni onun yanında görərdin. Bunu bilmirsənmi? – buyurar.  (Allah-Təala yenə:)

      - Ey Adəm oğlu, Məni doydurmanı istədim, sənsə doydurmadın, - buyurar.

      Adəm oğlu:

      - Sən aləmlərin Rəbbi olduğun halda mən Səni necə doydura bilərəm? – deyər.

      Allah-Təala:

      - Filan qulum səndən yemək istədi, vermədin. Əgər ona yemək versəydin, verdiyini mütləq surətdə Mənim qatımda tapacaqdın. Bunu bilmirsənmi? - buyurar. (Yenə Allah-Təala:)

      - Ey Adəm oğlu! Səndən su istədim, vermədin, - buyurar.

      Adəm oğlu:

      - Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə su verə bilərdim? – deyər.

      Allah-Təala:

      - Filan qulum səndən su istədi, vermədin. Əgər ona istədiyini versəydin, verdiyinin savabını Mənim qatımda görərdin, bunu bilmirsənmi? - buyurar”. (Müslim, Birr, 43)

      Bir sözlə, əsl bayram qərib, kimsəsiz, ac-susuz, xəstə və biçarələri sevindirərək onların qəlbindən yüksələn xeyir-dualarla “Ən Uca Dost”un hüzuruna çıxa bilmək və “Dost ilə bayram edə bilmək”dir.

      Əsl mömin yalnız öz evini işıqlandıran qəndil deyil, dünyası qaralan dərdlilərin başını comərd ziyası ilə oxşayan, ruhu üşüyən qəribləri qucaqlayıb isidən şəfqət və mərhəmət günəşidir. Yer üzündə üşüyən biri varsa, isinmə haqqına sahib olmadığını düşünən Həzrət Mövlana könüllü fədakarlıq abidəsidir. “Günəşdə kölgə, soyuqda libas, aclıqda çörək olma”ğı vəzifə bilən İsmayıl Ata həzrətləri kimi bir fəzilət timsalıdır.

      Bayramlar tətil deyil, ictimai ibadət günləridir!

      Bayramlar sadəcə müəyyən bir sinfin şıltaqca yaşadığı, israf çılğınlıqları ilə dolu tətil, əyləncə və zövq-səfa sürmə günləri deyil. Əksinə, bayramlar:

      P Sileyi-rəhim etmək,

      P Dünyadan köçənlərin ruhunu xeyirlə yad etmək,

      P Küsülülük və inciklikləri aradan qaldırmaq,

      P Din qardaşları ilə qaynayıb-qarışmaq kimi bir çox ictimai ibadətin həyata keçirildiyi müştərək sevinc günləridir.

      Məsələn, təkbaşına bayram namazı qıla bilmərik, öz-özümüzlə bayramlaşa bilmərik. Bayram eqoizmdən qurtulub ictimailəşməkdir.

      Bayramlar ruhani səadət iqlimində, ibadət vəcdi ilə yaşanmalıdır. Bayram gün və gecələrində edilən həmd, şükür, zikr, təsbih, təkbirlə fərdi və ictimai qulluq təzahürlərinə Allah-Təala müstəsna mükafatlar bəxş edəcəkdir. Bir hədisi-şərifdə belə buyurulur:

      “Savabını Allahdan umaraq Ramazan və Qurban bayramı gecələrini əhya edənlərin qəlbi - bütün qəlblərin öldüyü gündə - ölməyəcək”. (İbn Macə, Siyam, 68)

      İlahi əfv bayramı

      Haqq aşiqlərinin nəzərində əsas bayram səlim bir qəlb, təmiz vicdan və üz ağı ilə Allahın hüzuruna çıxdıqda dadılacaq bayram sevincidir. Bu haqda Bəhlul Danəndə həzrətləri belə buyurur:

      “Bayram gözəl və yeni paltar geyənlər üçün deyil, ilahi əzabdan əmin olub əbədi ziyandan qurtuluşa çatanlar üçündür. Bayram gözəl miniyə minənlər üçün deyil, xəta və qüsurlarını tərk edərək xalis qul ola bilənlər üçündür…”

      Haqq dostlarından Abdulqadir Gilani həzrətləri də belə bir qissə nəql edir:

      Bir nəfər bayram günü Hz. Əli t-ın yanına gəlir. O əsnada Həzrət Əli t quru çörək yeyirdi. Ona:

      - Bu gün bayram olduğu halda sən quru çörək yeyirsən? - deyir. Həzrət Əli t bu ibrətli cavabı verir:

      - “Bayram o kəsədir ki, orucu məqbul olmuş, səyləri təqdirlə qarşılanmış, günahları da əfv olmuşdur. Bu gün bizim üçün bayramdır, sabah da bayramdır. Allaha asi olmadığımız hər gün bizə bayramdır”.

      Xülasə, əsl bayram Allah-Təalanın bizdən razı olmasıdır.

      Uxrəvi bayramlar

      Dünyada Allahın bizə lütf etdiyi Ramazan və Qurban bayramları var. Lakin bunları layiqincə əhya edən saleh insanlara əsas həyat olan axirətdə əbədi bayramlar var:

      P Ramazan ruhaniyyəti içərisində yaşanan bir həyatın sonunda imanla verilən “son nəfəs” bayramı var.

      P İman edib istiqamət üzrə yaşayanlara son nəfəsdə, qəbirdə və qiyamətdə mələklərin verdiyi:

      “…Qorxmayın, kədərlənməyin, sizə vəd olunan cənnətə görə sevinin!” (əl-Fussilət, 30) müjdəsinə nail olmaq bayramı var.

      P Qəbrin cənnət bağçalarından bir bağça olduğunu müşahidə etmək bayramı var.

      P Rəsulullah r -in şəfaətinə nail olmaq bayramı var.

      P Əməl dəftərini sağdan almaq bayramı var.

      P Sirat köprüsünü keçərək cəhənnəmdən azad olmaq bayramı var.

      P Sonsuz mərhəmət sahibi Rəbbimizin salamına məzhər olaraq cənnətə dəvət edilmək bayramı var.

      P Nəhayət, ən böyük bayram olan Allah-Təalanın əbədi rizasına nail olmuş halda Camalullahı seyr etmək bayramı var.

      Xülasə, dünya həyatımızdakı bayramları Haqq-Təalanın rizasına vəsilə olacaq keyfiyyətdə, təqva üzrə yaşamağa çalışmalıyıq ki, bizi əbədi bayramlara yetişdirəcək körpü olsun.

      Bayramın ardından

      Mualla bin Fadl g belə deyir:

      “Sələfi-salehin nəsli altı ay Allaha dua edərək onları Ramazana çatdırmasını diləyərdi. Geri qalan aylarda da yaşadıqları Ramazanı qəbul etməsi üçün dua edərdilər”. (Qıvamus-Sünnə, ət-Tərğib vət-Tərhib, II, 354)

      Unutmayaq ki, Ramazani-Şərifdəki ibadətlərimizin qəbulunun dəlili Ramazandan sonrakı hal və istiqamətimizdir. Yəni Ramazani-Şərifdə yaşanan ibadət iqlimi və əldə olunan müstəsna qulluq səviyyəsi əkilən toxuma bənzəyər. Bu toxumun tutub-tutmadığı ilin digər aylarında cücərərək, yarpaq açıb çiçəklənərək meyvə verməsi ilə özünü göstərir.

      Mirzə Məzhər Canı Canan g buyurur:

      “Ramazani-Şərif zikrlə ayıq-sayıq keçirilərsə, ilin qalan hissəsində də bu gözəl hal davam edər. Əgər bu ayda qüsur və tənbəllik olarsa, bunun izi bütün il ərzində özünü göstərər”.

      Deməli, Ramazanda qazandığımız gözəl vərdişləri və qəlbi səviyyəni Ramazandan sonra nə qədər davam etdirə biləcəyimiz o ibadətlərimizin Haqq qatındakı məqbul olma səviyyəsinin də bir göstəricisidir.

      Həmçinin Ramazandan həqiqi mənada istifadə etmənin dəlili Ramazandan sonrakı halımızın Ramazandan əvvəlkinə nisbətən ilahi rizaya daha müvafiq olmasıdır.

      Bu etibarla Ramazan ayında qazandığımız mənəvi dəyərləri Ramazandan sonra da itirməməyə çalışmalıyıq.

      P Sağlığımız və şərtlər əl verirsə, qəməri ayların on üçüncü, on dördüncü, on beşinci günləri ilə bazar ertəsi və cümə axşamı günləri oruc tutaraq bu ibadətin könül feyzindən gücümüz çatdığı nisbətdə faydalanmağa davam edək.

      P Orucun təlqin etdiyi mərhəmət, şəfqət, qayğıkeşlik, comərdlik və fədakarlığı heç vaxt silinməyəcək şəkildə şəxsiyyətimizə nəqş edək.

      P Sahura qalxma vərdişini ömürlük səhər və təhəccüd intizamına çevirək.

      P Müqabilə şəklində oxuduğumuz xətmləri, Quranla ünsiyyətimizi hər günümüzə şamil etməyə çalışaq.

      Əshabi-kiramın Qurana duyduğu məhəbbət o qədər dərin idi ki, onu çox oxuyar, bir günlərinin belə oxumadan və səhifələrinə baxmadan keçməsini istəməzdilər. Günə Qurani-Kərimlə başlayar, gözündən şikayəti olanlara da Mushafa baxmağı tövsiyə edərdilər.[2]

      Həzrət Osman t hər səhər yuxudan qalxanda Mushafı-Şərifi öpməyi adət halına gətirmişdi.

      “Üzərimdən Allahın kitabını açıb oxumadığım bir gün, yaxud bir gecənin keçməsini istəmirəm”[3], - buyuran Həzrət Osman t çox oxuduğu üçün əlində iki Mushaf köhnəlmişdi.

      Biz də xüsusilə məktəblərdə dərslərin sona çatıb məscidlərdə yay Quran kurslarının başladığı bu günlərdə Qurana xidməti ən böyük nemət bilməliyik. Övladlarımızı bu mənəvi təhsil ardınca göndərməklə kifayətlənməyib Quran xidmətlərinə də səmimi qəlblə dəstək olmalıyıq. Çünki ayeyi-kərimədə belə buyurulur:

      “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. (Muhamməd, 7)

      Qurani-Kərim müəssisələrinə xidmət etmək o qədər mühümdür ki, yaşadığımız zəmanədə az qala fərzi-kifayə olmaqdan çıxaraq fərzi-ayn halına gəlmişdir. Rəsulullah r Məkkədəki o çətin və ağır günlərdə belə Quran məktəbi olan Darul-Ərkamı qurmuş, Mədineyi-Münəvvərəyə təşrif etdikdə də Quran məktəbi olan Suffəni inşa etmişdi. Ən çətin zamanlarda, hətta acından qarnına daş bağlayaraq ikiqat qaldığı günlərdə belə Əshabi-Suffəyə Quran təlim etməkdən geri qalmamışdı.

      İnsan sevdiyi ilə bərabərdir”[4] hədisi-şərifinin gərəyi olaraq biz də Həzrət Peyğəmbərin Quran təlimi həssasiyyətini gücümüz nisbətində yaşayıb yaşatmağa çalışmalıyıq. Çünki Onun bu xidmətinə sahib çıxmaq, dəstək olmaq və bu işə könül vermək axirətdə Peyğəmbərimizlə bərabər ola bilməyin ən böyük fürsətlərindən biridir.

      Bunu da əsla unutmayaq ki, ilahi rəhmət hər zaman təcəlli etməkdədir. Ömrün hər anı ilahi rizanı qazanmaq üçün bir fürsətdir. Mühüm olan hər halda ilahi rəhmətə qovuşduracaq vəsilələrin arayışı içində ola bilməkdir. Bu səbəblə “Hər keçəni Xızır, hər gecəni Qədir bil!” düsturu ilə bütün ömrü feyzli Ramazan iqliminə çevirməyə çalışmaq lazımdır.

      Müfəssir Fəxrəddin Razi hər bir halda yüksək qulluq vəcdi içində olmağın lüzumunu belə izah etmişdir:

      “Haqq-Təala rizasının hansı ibadətdə olduğunu gizlətmişdir ki, bütün ibadətlərə rəğbət edilsin.

      Qəzəbinin hansı üsyanda olduğunu gizlətmişdir ki, insanlar bütün günahlardan çəkinsin.

      İnsanlar arasındakı dostlarını gizlətmişdir ki, bütün insanlara hörmət göstərilsin.

      Dualar arasında qəbul etdiyi duanı gizlətmişdir ki, bütün dualara etibar edilsin.

      İsimləri arasında ismi-əzəmini gizlətmişdir ki, bütün isimlərinə təzim olunsun…”

      Yəni Ramazani-Şərif kimi mübarək gün və gecələri əhya edib digər günlərdə imkan olduğu halda tənbəllik etmək böyük zərərdir. Çünki müsəlmanlıq müəyyən zamanlara xas olan mərasim deyil, ömürlük təqva həyatıdır. İbadətlər müəyyən zaman içərisində əda edilib tamamlansa da ubudiyyət, yəni qulluq daimidir.

      Demək ki, Ramazani-Şərifdən sonra ibadət həyatımızda tənbəlliyə qapılmamaq, bu ayda qazanılan gözəl vərdişləri və mənəvi xatirələri unutmamaq, ixlasla edilən niyyət və əməlləri tərk etməmək, beləliklə, Ramazanın ruhaniyyətini mühafizə edərək növbəti Ramazana eyni könül feyzi ilə qovuşmaq zəruridir. Bütün ömrü Ramazan ruhaniyyəti içində keçirmək şərtdir.

      Mərhum atam Musa Əfəndi g belə nəsihət edərdi:

      “Övladım! Mütləq surətdə riyazət halında (qənaət edərək) yaşayın və Allahın verdiklərini Allah üçün infaq edin! Riyazət halınız yalnız üç aylara və Ramazana məxsus olmasın! Onu həyatınızın hər mərhələsinə yayın və ehtiyacınızdan artığını Allah yolunda infaq edin!

      Onu bilin ki, Dolmabağça və ya Topqapı sarayında yaşasanız da, yenə riyazətlə yaşamağa (israf və xəsislikdən çəkinməyə) məcbursunuz. Ona görə də var-dövləti qəlbinizdən kənarda daşıyın.

      Əgər ehtiyacınızdan artığını Allah yolunda infaq etməsəniz, Allahın verdiyi nemətlərə qarşı nankorluq etmiş olarsınız. Unutmayın ki, infaq edilməyən nemətlər zay edilmiş sayılır. Zay edilən nemətlər də hesabı çox ağır axirət vəbalıdır”.

      Xülasə, düşünmək lazımdır ki, saylı günlərdən ibarət olan dünya həyatı nə qədər uzun görünsə də, saylı günlərdən ibarət olan Ramazani-Şərif kimi qısa və məhduddur. Ramazan ayını mənəvi qazanc üçün fürsət mövsümü bilib səylərimizi artırdığımız kimi, bütün ömrümüzü və eyni feyz və ruhaniyyətlə, diri qəlblə əhya edə bilmək vacib məsələdir.

      Allah-Təala Ramazani-Şərifin feyz və ruhaniyyətini heç bir zaman üzərimizdən əskik etməsin. Ömrümüzü daimi Ramazan vəcdi ilə yaşayıb son nəfəslə əbədi bayrama qovuşa bilməyi hər birimizə lütf-kərəmi ilə ehsan və ikram etsin.

      Amin!..



      [1] Əli əl-Müttəqi, VIII, 477/23714.

      [2] Bax. Heysəmi, VII, 165.

      [3] Kənz, I, 225.

      [4] Buxari, Ədəb, 96.

       

      • Hits: 15 clicks

      Tecox component by www.teglo.info