Nicat QƏRİBOV - HEKAYƏLƏR

      Share

      O gündən sonra atamla fəxr etdim

      Uşaq vaxtı atamla sirkə getmişdik. Bilet satılan kassanın qarşısında uzun bir növbə var idi. Bizdən öndə ata, ana və 6 uşaqdan ibarət bir ailə dayanmışdı. Kasıb olduqları çox bilinirdi. 

      Paltarları köhnə olsa da, çox təmiz idi. Uşaqlar sevincdən atılıb-düşürdülər. Sirkə gələ bildiklərinə görə çox xoşbəxt idilər. Bir azdan onlara da növbə çatdı. Ata kassaya yaxınlaşdı və biletin qiymətini soruşdu. Kassir ona biletin qiymətini deyəndən sonra kəkələməyə başladı. Dönüb həyat yoldaşının qulağına nəsə pıçıldadı. Üzündən necə pis vəziyyətə düşdüyü oxunurdu. Qəfil atam cibindən 20 dollar çıxartdı və yerə atdı. Sonra da əyilib yerdən götürdü və kişinin çiyninə toxunaraq: "Pulunuz yerə düşüb, cənab", - dedi. Kişi atama baxdı və gözləri dolaraq: "Təşəkkür edirəm, cənab", - dedi.

      Onlar bilet alıb içəri girdikdən sonra atam mənim əlimdən yapışaraq növbədən çıxdı. Çünki atamın o kişiyə verdiyi 20 dollardan başqa pulu yox idi.

      O gündən sonra atamla fəxr etdim. O iki dəqiqədə izlədiyim anlar mənim həyatımda ən gözəl tamaşa idi. O gün izləyə bilmədiyim sirkdən daha gözəl bir tamaşa...

      Çarli Çaplin

       

       

       

      Dörd Şam

      Dörd dənə şam asta-asta yanırdı. Səssizlik idi. Aralarındakı danışıq səsləri eşidilirdi.

      Birinci şam dedi:

      “Mən sülhəm. Heç kimsə mənim həmişə yanmağım üçün əlindən gələni etmir. Düşünürəm ki, bu gedişlə sönəcəyəm”.

      İkinci şam dedi:

      “Mən inancam. Demək olar ki, heç kim mənə əhəmiyyət vermir. Artıq lazım deyilmişəm kimi, bu səbəblə daha yanmağıma ehtiyac yoxdur”. Söylədiklərini bitirdikdən sonra söndü.
      Üçüncü şam isə:

      “Mən sevgiyəm. Daha yanmağa gücüm qalmayıb. İnsanlar məni bir kənara atdılar. Qədrimi bilmədilər. Özlərinə ən doğma olanları belə sevməyi çox gördülər”, - dedi və o da söndü.

      Qəflətən otağa bir uşaq girdi və şamlardan üçünün yanmadığını gördü. “Niyə yanmırsınız? Sizin sonuna kimi yanmağınız lazımdır”, - dedi ağlamağa başladı.

      Dördüncü şam uşağa dönərək belə dedi:
      “Qorxma, mən hələ yanıram. Diğər şamları yenidən yandıra bilərik. Çünki mən ümidəm”.

      Gözləri parlayan uşaq dərhal “ümid” şamını götürərək digər şamları yandırdı.

      Birləşmək başlanğıcdır. Birliyi davam etdirmək inkişaf, birlikdə çalışmaq isə müvəffəqiyyətdir.
       

       

       

       

       

       

      • Hits: 51 clicks

      Tecox component by www.teglo.info