155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      Tatarıstanda "İslam sənətində peyğəmbər sözü" sərgisi açıldı

       

      Tatarıstan muxtar vilayətinin paytaxtı Kazan şəhərində "İslam sənətində peyğəmbər sözü" adlı sərgi açılıb. Kazanda keçirilən festival çərçivəsində baş tutan sərgidə Almaniya, Hollandiya, İngiltərə və Rusiyadan olan kolleksiyaçılara aid şəxsi əşyalar nümayiş olunur.

      Eksponatlar arasında XIII-XIX əsrlərə aid qılınclar, osmanlılara aid XIV əsrdən qalma zəvvar geyimi, qızıl iplərlə işlənmiş səccadələr və kilimlər, müxtəlif qızıl-zinət əşyaları, XVII əsrdə Hindistanda yazılmış dəri cildli Qurani-Kərim və müxtəlif xəttatlıq nümunələri var.

      Kazanda baş tutan 13-cü Beynəlxalq müsəlman film festivalı çərçivəsində keçirilən sərgi noyabrın 10-a qədər ziyarətçilərin üzünə açıq olacaq.

       

       

      Əlhamra sarayında 500 ildən sonra azan oxundu

       

      İspaniyanın Qranada şəhərindəki Əlhamra (Alhambra) sarayında əsrlər sonra azan oxunub. Azanı oxuyan suriyalı musiqiçi Muaz ən-Nass bu barədə məlumatı və videonu sosial şəbəkədəki səhifəsində yayıb.

      “Bu saray əsrlərdir Allahın adını eşitməyə həsrət qalıb”, - deyən Muaz əvvəldən axıra qədər azanı oxuyub.

      Baş verənləri əks etdirən videonun sosial şəbəkələrdə paylaşılmasından sonra Muaz ən-Nassın bu hərəkəti ölkədə geniş müzakirə mövzusu olub.

      XII əsrdə tikilən və XIII əsrdə Qranada sultanı I Yusif tərəfindən hökmdarlıq sarayına çevrilən Əlhamra XV əsrin sonunda xristianların əlinə keçib. Saray UNESCO-nun dünya irsi siyahısındadır.  

       

       

      Gürcüstanda "Qurani-Kərim" gürcü dilində yenidən çap olunub

      Gürcüstanda “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sifarişi və dəstəyi ilə çap olunan müqəddəs kitab dini məktəblərə və məscidlərə, həbsxanalardakı dini ibadət yerlərinə, eləcə də maraqlananlara pulsuz paylanacaq.

      Əvvəlki nəşrdən fərqli olaraq, yeni kitabda mətn ərəbcə verilir, haşiyələrdə isə tərcümələr qeyd olunur.

       “Qurani-Kərim”in gürcü dilinə tərcüməsi isə Rezo Mikeladzeyə məxsusdur.

       

       

       

       

       

       

      Prezident İlham Əliyev BMT-nin sessiyasında çıxış edib

       

      Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib. Dövlət başçısı çıxışına erməni təcavüzünü dünyaya bir daha çatdırmaqla başlayıb.

       Ermənistanı işğalçı dövlət adlandıran prezident İlham Əliyev Qarabağ münaqişəsinin beynəlxalq sənədlər əsasında həllini tapmasının vacibliyini qeyd edib. Beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb.

       Çıxışında bir çox vacib məsələlərə toxunan prezident İlham Əliyev, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunduğunu da qeyd edib. 

       

       

      Ərdoğan BMT-də Arakanı gündəmə gətirdi

       

      Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edib. Çıxışında dünyada, xüsusilə müsəlmanların yaşadığı bölgələrdəki problemlər barədə danışan Ərdoğan Arakanda müsəlmanların məruz qaldığı faciələrdən xüsusilə bəhs edib:

       

      "Beynəlxalq ictimaiyyət Suriyada olduğu kimi, Arakan müsəlmanlarının məruz qaldığı zülmə göstərdiyi reaksiya ilə də sinifdə qaldı. Əgər Myanmada yaşanan bu faciənin qarşısı alınmasa, bəşəriyyət tarixi yeni bir qara ləkənin utancı ilə yaşamalı olacaq.  Baş verən bütün bu hadisələr və bəşəri faciələr, Türkiyə olaraq "Dünya 5-dən böyükdür" deyərək simvollaşdırdığımız BMT Təhlükəsizlik Şurasının yenidən nizamlanması çağırışımızın haqlılığını göstərir..."  

       Ərdoğan çıxışını, "Gözlərimiz hansı rəngdə olursa-olsun, hamımızın göz yaşları eyni rəngdədir" sözləri ilə yekunlaşdırıb. 

      • Hits: 307 clicks

      Tecox component by www.teglo.info