Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      QMİ Ermənistanın təcavüzkar siyasətini pisləyən bəyanat yaydı

       

      Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində baş vermiş faciəvi hadisəni kəskin pisləyən bəyanat yayıb. Bəyanatda; dinc sakin, qadın, uşaq və qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraətin olmadığı bildirilir:

      “Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribat ilə erməni tərəfi növbəti dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verir.

      ...

      Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırırıq. Ümidvarıq ki, dünyanın nüfuzlu dini liderlərinin mövqeləri bu kimi halların qarşısının alınmasına, ədalətli sülhün bərqərarına xidmət edəcəkdir, inşallah.

      Bakı şəhəri, 5 iyul 2017-ci il”

      Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini mina və qumbaraatanlarla atəşə tutub. Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı şəhid olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

       

       

       

       

       

      Heydər məscidində 15 iyul şəhidlərinin xatirəsi yad edildi

       

      İyulun 15-də Bakıdakı Heydər məscidində yüzlərlə dindarın iştirakı ilə vəhdət namazı qılınıb, Türkiyə dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

      Vəhdət namazından əvvəl çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, həmin gün Azərbaycanın bütün məscidlərində Türkiyədə 15 iyul hadisələri zamanı qəhrəmancasına həlak olmuş insanların xatirəsi ehtiramla yad olunur.

      Allahşükür Paşazadə vurğulayıb ki, Azərbaycan xalqı və dövləti hər zaman Türkiyə xalqı və dövlətinin yanındadır. Bütün dünya da bunu bilməlidir ki, Türkiyə və Azərbaycan xalqları və dövlətləri, ələlxüsus möhtərəm dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın timsalında dostluq və qardaşlığımız, mənəvi birliyimiz sarsılmazdır.

      Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə xain dövlət çevrilişi cəhdi zamanı konstitusiya quruluşunun və vətənin müdafiəsinə qalxan 250 nəfər şəhid olmuş, 2000-dən çox insan isə yaralanmışdı.

      • Hits: 156 clicks

      Tecox component by www.teglo.info