Ona Ümmət Olmaq... / Akif Hüseyinli

      Share

      İslam ümməti içərisində Rəsulullah (s.ə.s)-ə sevgi ilə bağlanan, onu hər an qəlbində gəzdirən o qədər abidə şəxsiyyət var ki, bəzən hansından söz açacağını bilmir insan.

       Hər biri bizə bu sahədə örnək olan o böyük insanlar arasında seçim etmək bir az çətindir və hətta doğru da deyil. Kimdən yazım deyə düşünərkən şair  Nabini xatırladım.

      İçində Nabinin də olduğu karvan Mədinəyə yaxın bir yerdə gecələmişdi. Səhər tezdən o mübarək şəhərə girəcəkdilər. O gecə karvandakılardan biri ayağını təsadüfən Məscidi-Nəbəviyə tərəf uzadır. Bunu görən Nabi qeyri-ixtiyari olaraq Saqın rki-əbdən kuyi hbubi-Xudadır bu” misrasıyla başlayan bir şeir yazır. Səhər Mədinəyə girərkən həmin şeiri müəzzinin minarədən oxuduğunu eşidərək təəccüb edir. Çünki o gecə yazdığı şeiri özündən başqa heç kim duymamışdı. Müəzzini tapıb oxuduğu şeiri hardan aldığını soruşur. Müəzzinsə belə cavab verir: “Yuxuda Rəsulullahı gördüm. Mənə bu şeiri verdi və  ümmətimdən Nabi Mədinəyə gəlir. Onu bu şeiri oxuyaraq qarşıla! dedi.” Bunu eşidən Nabi nə ümmətim dedi? – deyərək özündən getdi.

      Bu və bu kimi Rəsulullah sevgisi ilə dolu minlərlə ibrət sərlövhələri hər birimiz üçün ölçü olmalıdır. Özümüzü hesaba çəkməliyik ki, görəsən bizdəki Peyğəmbər sevgisi hansı ölçüdədir? Onun adını eşidərkən qəlbimizdə bir titrəmə duyulurmu? Bəlkə adı çəkildiyində salavat gətirməyi belə unuduruq. Bu gün fani sevgilər naminə hansısa müğənniyə aşiq olan gənclərin özünü ayaqlar altına atması, ağlaması bizə ibrət verirmi ki, biz də hər şeydən çox sevdiyimizi iddia etdiyimiz Rəsulullah üçün göz yaşı tökək. Həyatı pul, şöhrət və şəhvətdən ibarət bəzi insanları sevənlər onları təqlid etmək üçün min bir oyundan çıxmağa hazır olanlar varkən, gecələr ayaqları şişənədək ibadət və zikr edən, gündüzlərsə Allahın dinini təbliğ etmək üçün sonsuz çətinliklərə sinə gərən O uca Peyğəmbəri biz nə qədər təqlid edə bilirik? Halbuki hamımız onu sevdiyimizi iddia edirik. Söz düşəndə ona canımız qurban olsun deyirik. Əcəba əməllərimizlə bunu sübut edə bilirikmi?! 

      Ona layiq ümmət ola bilmək üçün nələri etdik və nələrdən vaz keçdik?!  

       

      • Hits: 676 clicks

      Tecox component by www.teglo.info