İRFANDAN- QƏHRƏMANLIQ ABİDƏSİ

      Share

      Çanaqqala müharibəsində türklər qarşısında məğlubiyyət acısı çəkən ilgilislər İngiltərə dəniz donanmasının generalı Çörçili mühakimə edirlər: “Bu qədər imkanlara baxmayaraq bizdən qat-qat zəif bir ordu qarşısında necə məğlub olduq?” Çörçil bu ağır məğlubiyyətin səbəbini belə etiraf edir:

      “Axı niyə başa düşmürsünüz, biz Çanaqqalada türklərlə yox, Allah ilə döyüşdük. Əlbəttə ki, məğlub olacaqdıq!..”

      Çünki o gün zabitindən tutmuş sıravisinə qədər bütün ordu Allah yolunda fədakarlıq torpağına əkilmiş toxum kimi idi. O toxumlar qanla suvarılırdı. Onlar bilirdilər ki, əzəl-axır bu dünyanın da sonu gələcək, bu dünyaya tapınanların da... O biri aləmdəkilərsə ölümsüzdürlər. Ona görə də ölümsüz olanı, yəni əbədini seçdilər. Beləliklə də, Çanaqqalada sadəcə qəhrəmanlıq və cəsarət dastanı deyil, eyni zamanda sahib olduqları yüksək mənəvi səviyyənin bərəkəti ilə fəzilət dastanı yazıldı. Qəhrəman əsgərlər hələ döyüşə girmədən onun zəfər müjdələri ilə dolu röyalarını gördülər və gördüklərini gerçəkləşdirdilər. O gün Allahın lütfünə nail olaraq rahatlıq tapdılar.

      Çünki qəlblərində canlarından daha əziz vətən sevgisi vardı.

      Hər hansı bir varlığın nə qədər sevildiyi lazım gəldikdə onun uğrunda göstərilən fədakarlıq və gözə alınan risk ilə ölçülür. Bu baxımdan Çanaqqalada yaşananlar hər cəhəti ilə müstəsna bir vətən sevgisinin ən canlı təzahürlərini sərgiləmişdir.

      Şəhid ola bilmək böyük sevdaya çevrilmişdi. Xərəklə aparılan yaralı bir əsgərin komandirinin yanından keçərkən heyfsilənərək:

      “Şəhid ola bilmədim, Paşam!”,- deyərək hüznünü dilə gətirməsi bu sevdanın ən möhtəşəm misallarındandır.

      Dünya tarixinin ən əzəmətli döyüşlərindən biri olan Çanaqqala Müharibəsi düşmənin misilsiz maddi gücünə rəğmən iman gücünün, Haqq yolunda maldan və candan fədakarlığın zəfər əldə etməsinin sadəcə bir misalıdır.

      Orada hər bir əsgər ölümü özünə dost bilmişdi. Ona görə ölüm də onların qarşısına bir dost kimi çıxdı. Onların ölümü könüllərindəki güllərin rəngində oldu, yəni şəhadət gülü rəngdə...

      Bu zəfərin bir sirri də əsgərindən tutmuş komandirinə qədər hər kəsin, hətta bütün millətin Çanaqqalada bir yumruğa dönməsi, birlik-bərabərlik halında bölünməzliyi qoruması idi. Şairin dediyi kimi, “Toplu vurduqca ürəklər, onu top sindirəməz” ruhunun yaşanması idi. Yəni Çanaqqalada düşmənin önünü əslində mehmetcikin timsalında bir millətin ürəyi qarşıladı. Çünki üstlərinə gələn saysız-hesabsız düşmənin qarşısını yalnız beləliklə almaq mümkün idi. Qarşılarında kimisi aldadılaraq, kimisi özgə torpaqlarına göz dikərək gəlmiş bir çox millətdən ibarət böyük bir insan kütləsi vardı.

      O gün mühmetcik Vətənin müdafiəsinə qalxmışdı. Vətəni müdafiədən məqsəd sadəcə torpaqları qorumaq deyil. Buradakı əsas məqsəd o torpaqlarda yaşayan insanların dinini, canını, malını və namusunu qorumaq, millətin fərdlərini asayiş içində yaşatmaqdır. Əlbəttə ki, bu da vətən coğrafiyası üzərində olacağı üçün vətəni müdafiə olaraq ifadə edilmişdir.

      Qəhrəman əsgərlərimiz Çanaqqalada bu səadət və şərəfə o qədər könüldən bağlanmışdılar ki, silahları kimi imanlarına, imanları kimi də silahlarına sarılmışdılar. O gün Çanaqqalada sadəcə bu gün Türkiyə adlandırdığımız məmləkətin övladları şəhid olmurdu. O gün Azərbaycandan, Fələstindən, Suriyadan, İraqdan, Əfqanıstandan, Hindistandan və dünyanın bir çox yerindən müsəlmanlar ümmət şüuru ilə küfr və zülm qarşısında sipər olmuşdular. Onlar dünyanın dörd bir yanından qaçaraq qardaş ölkədə çıxan yanğını söndürməyə gəlmişdilər. Xüsusilə Azərbaycandan Çanaqqala cəbhəsinə yollanan igid oğullarımızın adını qeyd edərək “bir millət, iki dövlət” olmağın  timsalına çevrildiklərini vurğulamaq bir vəfa borcumuzdur.  

       

      ***

       

      Unutmamaq lazımdır ki, keçmişin bitdiyi yerdə millət bitər, insan bitər, şüur bitər. Millət tarixindən ibarətdir. Onu mənəvi dəyərlərindən və tarix şüurundan uzaqlaşdırsanız, geriyə insan sürüsü qalar. Keçmişimizin miras qoyduğu ünsürlərin zənginliyi nisbətində yeni əsərlər və yeni nəsillər canlı və davamlı olar. Millətlərin bəqası həssas, duyğulu və səviyyə qazanmış qəlbə sahib olan nəsillər yetişdirməklə mümkündür. Uşaqlarına laylasında tarixini və qəhrəmanlıq dastanını aşılayan nəsillər imanına, millətinə və bütün maddi-mənəvi dəyərlərinə sahib çıxacaqdır.

      • Hits: 228 clicks

      Tecox component by www.teglo.info