Ələddin SULTANOV- BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَلَوْ يُؤَاخِذُ اللهُ النَّاسَ بِظُلْمِهِمْ مَا تَرَكَ عَلَيْهَا مِنْ دَٓابَّةٍ وَلٰكِنْ يُؤَخِّرُهُمْ اِلٰٓى اَجَلٍ مُسَمًّىۚ فَاِذَا جَٓاءَ اَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ

      “Əgər Allah insanları etdikləri haqsızlıqlara görə cəzalandırası olsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onları təqdir olunmuş bir vaxta qədər təxirə salır. Əcəlləri gəlib çatdığı zaman, (ölümdən) nə bir an geri qalar, nə də irəli keçə bilərlər”. (ən-Nəhl, 16/61)

      Bu gün dünyada bir çox zülm, haqsızlıq, işgəncə və s. ədalətsizliklərin baş verdiyinin şahidi oluruq və bəzilərimiz belə bir sual verir ki, bəs nə üçün Allah-Təala bu zalım kimsələri cəzalandırmır?! Yuxarıdakı ayə məhz bu suala çox gözəl bir cavab təşkil edir. Bu sualın bir bənzərini Hz. Peyğəmbərin (s.ə.s) dövründəki müsəlmanlar da soruşmuşdular. Çünki cahiliyyə dövründəki ərəblər də zəiflərə, qadınlara, uşaqlara qarşı bir çox haqsızlıq və zülmlər edib Allaha şirk qoşduqları halda Uca Allah onlara dərhal bir bəla göndərməmiş və onları məhv etməmişdi. Unutmayaq ki, Allah-Təalanın bir sifəti də “əs-Sabur”dur. Yəni, Allah çox səbirlidir və mükafat, yaxud cəza vermək üçün tələsməz. Tələskənlik məhz insana məxsus bir xislətdir.

      Bu ayədə Allah-Təala insan oğlundan bəhs edərkən “insanlar” mənasına gələn “nas” kəlməsinə yer vermişdir. Təfsirçilərə görə burada, böyük günah işləyən, insanları qətl edən və Allaha şirk qoşan kəslər nəzərdə tutulmuşdur. Əgər Allah yer üzündə azğınlıq edən və günah işləyən hər bir insanı dərhal cəzalandırsaydı, o zaman dünyada insan nəsli qurtarar və dünyanın yaradılmasındakı məna və hikmət də yox olardı. Deməli, günaha görə cəzalandırmaq məsələsində insanların peşman olub doğru yola yönəlmə ehtimalını da nəzərə alaraq onlara möhlət vermək əsas prinsip olmuşdur. Ayədəki “yer üzündə heç bir canlını (sağ) qoymazdı”, ifadəsindən, insanlara görə digər canlıların da məhv ola biləcəyini anlayırıq. Uca Allah yer üzündə yaşayan və böyük günah işləyən insanları və cəmiyyətləri eyni vaxtda məhv etməmişdir. Müxtəlif yerlərdəki cəmiyyətləri etdikləri pis əməllərə görə fərqli zamanlarda cəzalandırmış və beləliklə, digər canlılar və insanlar həyatlarını davam etdirmişdir.

      Bu ayədən, eyni zamanda, ata-analar və müəllimlər üçün də bir tərbiyə metodu ortaya çıxır. Belə ki, valideynlər və müəllimlər uşaqların səhvləri qarşısında onlara dərhal cəza tətbiq etmək yolunu seçməməlidirlər. Əvvəlcə onlara öyüd-nəsihət verilməli, müəyyən xəbərdarlıqlar edilməlidir ki, bəlkə, onlar öz səhvlərini başa düşərək bu cür əməllərdən əl çəkələr. Ayənin sonunda isə bildirilir ki, Allah-Təala günah işləyənlərin cəzasını təxirə salar, ancaq onun ölümü, yaxud cəza vaxtı gəldiyi zaman bu müddət nə tezləşdirilər, nə də təxirə salınar.  

      • Hits: 302 clicks

      Tecox component by www.teglo.info