155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səfa MURADOV- BİR HƏDİS

      Share

       

      عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: {إِنَّ الصِّدْقَ يَهْدِي إِلَى البِرِّ، وَإِنَّ البِرَّ يَهْدِي إِلَى الجَنَّةِ، وَإِنَّ الرَّجُلَ لَيَصْدُقُ حَتَّى يَكُونَ صِدِّيقًا. وَإِنَّ الكَذِبَ يَهْدِي إِلَى الفُجُورِ، وَإِنَّ الفُجُورَ يَهْدِي إِلَى النَّارِ، وَإِنَّ الرَّجُلَ لَيَكْذِبُ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ كَذَّابًا}

      Abdullah ibn Məsuddan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Şübhə yoxdur ki, doğruluq insanı yaxşılıqlara yönləndirər. Yaxşılıqlar da insanı cənnətə aparar. Bir şəxs doğru danışa-danışa Allah qatında (əməlində və sözündə) doğrulardan yazılar. Yalançılıq isə insanı pisliklərə sürükləyər. Pisliklər də yalançını cəhənnəmə aparar. Bir şəxs o qədər yalan danışar ki, nəticədə danışdığı yalanlarla Allah qatında çox yalan danışanlardan yazılar”. (Buxari, Ədəb, 68; Müslim, Birr, 29)

      Bu hədisdə Allah Rəsulu (s.ə.s) bir-birinin ziddi olan iki mühüm xüsusiyyətə diqqət çəkmişdir. Bunlardan biri, insanın Allaha olan imanını və sevgisini artıraraq ona dünya və axirət səadətinı qazandıran doğruluqdur. Doğruluq Adəm oğlunu insanlıq səviyyəsinə qaldıran, onu izzət, şərəf və vüqar sahibi edib cəmiyyət fərdləri arasında qardaşlıq, dostluq, sevgi və mərhəmət kimi gözəl keyfiyyətlər meydana gətirən yüksək bir məziyyətdir. Doğruluq eyni zamanda insanın əməllərinin islah olunub günahlarının bağışlanmasına da vasitə olur. Allah-Təala belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin. (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kim Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar”. (əl-Əhzab 70-71) Doğruluq ədalət üzrə olmaq, din və ağıl çərçivəsində hərəkət etmək deməkdir. Bu çərçivə daxilində hərəkət etməyə çalışanlar Nisa surəsinin 69-cu ayəsində bildirildiyi kimi, peyğəmbərlikdən sonra ən yüksək mərtəbə olan "siddiqlər" mərtəbəsinə çatacaqlar. Doğruluq ancaq sözdə deyil, niyyət, iradə, əzm və əməldə də olmalıdır. Belə olduğu təqdirdə mömin sıxıntı və streslərdən qurtular, hətta yuxuları belə (sadiq) doğru olmağa başlayar. Rəsulullah (s.ə.s) buyurur: “Sizin ən doğru yuxu görəniniz, ən doğru danışanınızdır”. (Müslim, Röya, 6)

      Diqqət çəkilən ikinci xüsusiyyət isə yalançılıqdır. Hədisdə, yalan danışa-danışa insanın yalançılığa vərdiş edərək onu özü üçün əxlaq halına gətirəcəyi, bunun da insanı hər cür pisliyə sövq edərək cəhənnəmə getməsinə səbəb olacağı bildirilir. Bu xəbərdarlıq, yalan mövzusunda möminlərin son dərəcə diqqətli olmaları üçün ciddi bir xəbərdarlıq olub, yalançılığın və saxtakarlığın İslamda yeri olmadığını diqqətə çatdırır. Yalançılığı vərdiş halına gətirən bir insanın Allah nəzdində "kəzzab" adlandırılması yalanın insanı nə qədər ağır bir vəziyyətə salacağını göstərir. Bunun axirətdəki nəticəsi isə cəhənnəmə düşməkdir. Bildiyimiz kimi, yalan danışmaq dilə aid olan ən böyük xətalardan biridir. Dil isə ürəyin tərcüməçisi olub insanın bütün davranışlarına təsir edir. 

      • Hits: 463 clicks

      Tecox component by www.teglo.info