Home Arxiv 2007 № 8. Yanvar-Fevral-Mart Adət-Ənənənin Qorunmasinda Dinin Rolu / Ramiz Məmmədov


    Adət-Ənənənin Qorunmasinda Dinin Rolu / Ramiz Məmmədov

      Share

      Dünya millətlərinin bir-biriləriylə tanış olmaları, iqtisadi, siyasi və başqa sahələrdə əlaqələr yaratmalarının ən başlıca səbəblərindən biri onların fərqli irqlərə mənsub olmalarından irəli gəlir.

       Necə ki, bu haqda Allah belə buyurur: “Bir birinizi tanımanız üçün  sizi, millətlər və qəbilələr olaraq yaratdıq” (Hucurat,13). Bir milləti digər millətdən ayıran ən başlıca və ən əsas olan özəlliyi də hər bir millətin özünəməxsus adət və ənənəsidir. Demək ki, dünyadakı millətlərin bir-biriləriylə olan münasibətlərinin daha yaxşı olması, onların hər birinin özlərinə aid olan adət və ənənəsinə dəyər verib, qoruyub saxlamasından keçir. Amma çox təəssüflə qeyd etmək lazımdır ki, adət və ənənə zamanla dəyişikliyə məruz qalmaqdadır. Bu dəyişikliyin səbəbi zaman olmaqla bərabər özündən daha  böyük, inkişaf etmiş dövlətlərin təsiriylə də olabilməktədir. Bu arada qloballaşmağa toxunmadan keçmək olmaz. Qloballaşma bilindiyi kimi yuxarıda bəhs edilənin əksinə, dünyanın tək adət ənənə altında birləşməsidir. Bu da böyük dövlətlərin digərlərinin adət ənənələrini öz hakimiyəti altına alıb asimlasiya etməsidir.  Halbuki bir millətin adəti o millətin forması və ifadəsidir. (Halbuki bir millətin adəti, o millətin özünü ifadə etməsi və formalaşmasıdır.) Bunun üçün bir millət öz örf və adətini qoruyub saxlamaq məcburiyətində olmalıdır. Bunu hər kəs qəbul etsə də adətin dəyişməsinin önünü almaq yenə də çətin olur. Bunun qarşısını almağın yalnız bir yolu var o da adəti sağlam bir təməl üzərinə oturtmaq. Bu sağlam təməl də məhz dindir. Dinimizin bir çox adətimizi qoruyub saxlaması bunun bir nümunəsidir. Məsələn böyüklərə hörmət kiçiklərə şəfqətin bizim örfümüzdə önəmli bir yeri olduğu kimi dinimizdə də buna çox diqqət yetirilir. Hz. Peyğəmbər bu barədə belə buyurur: “Böyüklərə hörmət kiçiklərə mərhəmət etməyən bizdən deyildir” (Tirmizi, birr 15). Yenə ata anaya hörmət etməyin adətimizdə böyük bir yeri olduğu kimi dinimizdə də buna çox önəm verilir. Allah (c.c.) Quran-ı Kərimdə belə buyurur: “Rəbbin, özündən başqasına ibadət etməmyinizi və ata anaya yaxşılıq etməyi əmretdi.” (Isra, 23). Yenə qohumlara yaxşılıq etməyin həm örfümüzdə həm də dinimizdə önəmli yeri vardır. Allah bu haqda da belə buyurur: “Allah (c.c.), ədaləti, yaxşılığı və qohumlara (möhtac olduqları şeyləri) verməyi əmredir.” (Nəhl, 90). Yenə qonşu haqlarına riayət etmək adətimizdə olduğu kimi dinimizdə də bu bir əmirdir. Bununla əlaqəli olaraq Hz. Peyğəmbər belə buyurur: “Qonşusu ac ikən tox yatan bizdən deyildir.” (Heysemi, Mecmeu’zevaid, c. 8, s. 167) Bu misalları daha da çoxaltmak mümkündür. Bütün bunlar dinimizlə adət ənənəmizin üst üstə düşməsini göstərməklə yanaşı dinimizin, adət və ənənəmizi qoruyub saxlamasında önəmli  rolu olduğuna  sübutdur. Islam dininin örfə nə qədər önəm verdiyini biz islam hüququna  nəzər salmaqla da görürük. Məsələn islam hüququnu şəkilləndirən dəlillərdən biri də məhz örfdür. Yəni bir höküm qoyularkən örf və adət nəzərə alınaraq o höküm qoyulmaqdadır. Məsələn Peyğəmbərimiz xurmayla xurmanı dəyişdirməyi qadağan etdiyi halda Mədinədə ehtiyaçdan ötürü yaş xurmayla quru xurmanı dəyişdirən mədinəlilərə bunu qadağan etməmişdir. Bu da Peyğəmbərimizin örfə o zamanki adətə verdiyi dəyəri göstərir. Yenə dünyada Islam dininin yayılma səbəblərinin ən başlıcalarından biri də, digər millətlərin örf və adət ənənələrinə toxunmamasıdır. Azərbaycanda islamiyətin tez bir zamanda qəbul olunma səbəblərindən biri  bu olmaqla bərabər, adət ənənəmizin islamın əxlaq prinsipləriylə eyni olmasıdır.

      Bütün bunların yanında İslam dininin xalqımıza gətirdiyi elə adətlər də vardır ki, onu bu gün xalqımız dinimizin bir əmri olduğunu qəbul etməklə yanaşı o adəti milliləştirmişdir. Məsələn Sünnət mərasimi buna bir misaldır. İslam dininin gətirdiyi bu adəti xalqımız milliləştirmişdir. Vəya bu gün Islam dinindən heç xəbəri olmayan bir vətəndaşımız belə qadının adət halında yoldaşıyla cinsi münasəbətdə olmasını qəbul etməməktədir. Halbu ki bu Islam dininin bir əmridir. Amma xalqımız onu islamın bir əmri olmaqdan çox, adət ənənə kimi qəbul etməkdədir.

      Bütün bunlardan yola çıxaraq demək olar ki, zamanla dəyişməyə məruz qalan adət ənənəmizin qorunmasının əsas yollarından birinin dinimiz olduğunu bilib onu öyrənmək hər birimizin borcudur.

       

      • Hits: 716 clicks

      Tecox component by www.teglo.info