Müsahibə-Ahmet TAŞGETİREN

      Share

      Ahmet Taşgetiren: YAZI YAZMAQ SÖZ MEMARLIĞIDIR

      Ahmet Taşgetiren (1948Kahramanmaraş), türk yazar və jurnalist.

      1965-ci ildə Kahramanmaraş İmam Xətib Liseyindən, 1970-ci ildə isə İstanbul Yüksək İslam İnstitutundan məzun oldu. Bir sıra jurnal və qəzetlərdə yazıları dərc olundu, köşə yazarlığı etdi. Radio və televiziyada həftəlik və gündəlik verilişləri ilə tamaşaçıların rəğbətini qazandı.

      “Altınoluk” jurnalının baş redaktorudur, “Star” qəzetində köşə yazıları dərc olunur. Ondan çox kitabın müəllifidir.

      İrfan: Müsəlman üçün gözəl söz nə mənaya gəlir? Özəlliklə də bir yazar üçün sözü gözəl söyləmək nə qədər mühümdür?

      Ahmet Taşgetiren: Yazı yazmaq ünsiyyətdir, rabitədir. Başqa bir insana mesaj göndərməkdir. Bir yazar özü üçün yazmaz. Daşıdığı dəyəri başqalarına çardırmaq üçün yazar. Ona görə də əlaqə quracağınız insanın analayacağı dili, qəlbinə nüfuz edəcək sözü və üslubu axtarıb tapmaq lazımdır. Bu da doğru kəlmələri seçmək, kəlmələrin düzülüşünü düzgün qurmaq, söyləyəcəyimiz sözün tonunu nizamlamaqla mümkündür. Yox, əgər oxucu ilə hər hansı bir ünsiyyət qurmağı fikirləşmirsinizsə, o zaman hər kəsi iynələyərsiniz, tənqid edərsiniz, yüksək pərdədən danışarsınız. Bu, ünsiyyət deyil. Bu üslub söylənən sözü insanlara çatdırmaz, qəlbə və beyinə gedən yoldan kənarda qalar. Elə ilk andan rədd edələr, etirazla qarşılanar. Bizdə bir deyim var: “Oynamaqdan məqsəd ütməkdir”, yəni qazanmaq. Yazı yazmaqdan əldə edilən qazanc da yalnız sözü gözəl söyləməklə mümkündür. Allah-Təala Hz. Musanı fironun yanına göndərərkən “ona qövli-leyyin – yumşaq söz söylə” deyir. Firon Allaha meydan oxuyan bir kafir olduğu halda, Həzrət Musanı ona göndərən Rəbbimiz yumşaq sözlü olmasını əmr edir. Yenə Qurani-Kərimə nəzər salsaq, bir adamla mücadilə edəcəyimiz zaman ən gözəl şəkildə mücadilə etməli olduğumuzu görürük.

      – Qurani-Kərimin bizə bu mövzuda təlimatı nədir?

      Qurani-Kərimdə sözlə bağlı “qövlən-meysura – asan anlaşılan söz”, “qövlən-mərufə - örfə uyğun söz”, “qövlən-sədidə - doğru söz” kimi bir çox ifadələr işlənir. Bunlar xüsusilə bir yazarın yazarlıq əxlaqını müəyyən edən düsturlardır. Şəxsən mən yazarlıq əxlaqı baxımından Qələm surəsinin ilk ayəsini hər zaman diqqətə alıram. Hətta otağımda da həmin ayənin xətt yazısı ilə istifini asmışam: “Nun, vəl qaləmi və mə yəsturun – Qələmə və yazdıqlarına and olsun”. Andın bir mənası da Allahı şahid tutmaqdır. Yəni qələmə və yazdıqlarına Allah şahiddir, yazdığımız yazılar axirətdə bizə şahidlik edəcək. Yuqoslav əsilli müsəlman b

      • Hits: 584 clicks

      Tecox component by www.teglo.info